Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

Bilirsinizmi həqqun-nas üçün də şəfaət var?

Bilirsinizmi həqqun-nas üçün də şəfaət var?

  İmam Əli ibn Musa Ər-Rza ələyhis-salam atasından (ələyhimə-əs-səlam) və o da böyük babasından və o da həzrət Əli ibn Əbi Talib ələyhis-səlam-dan nəql edir ki, Allahın Rəsulu səlləllahu ələyhi və alih buyurdu: "Qiyamət günü, şiələrin hesabı bizə tapşırılacaq. Demək hər kəs ki, (boynunda olan) haqqı özü və Allahı arasındadırsa, biz hakimlik edər, hər hansı hökmü versək Allah da onu imzalayar. Hər kəsin (boynunda olan) haqqı özü ilə Allahının arasındadırsa, biz camaatdan istəyəcəyik ki, onu bağışlasınlar və onlar da bağışlayacaq. Hər kəsin (boynunda olan) haqqı onunla bizim aramızdadırsa, biz bağışlamağa, əfv etməyə və güzəşt etməyə hamıdan daha çox layiqik."

Biharul-ənvar, c. 8, s. 40, Uyun-ul-əxbarir-Rza ələyhis-səlam, c.2, səh. 57

Qəbisə Cofi İmam Sadiq ələyhis-səlamdan Allahla əlaqələrdən bəhs edərkən, “Onların dönüşü bizədir. Sonra onları sorğu-suala çəkmək də bizə aiddir” (Gaşiyə, 25-26) ayələri haqqında soruşdum. Buyurdu: Bizim haqqımızda nazil olub. O deyir; mən dedim ki, onun təfsiri barədə soruşuram. Buyurdu: "Çox yaxşı, Qəbisə! Qiyamət günü çatanda Allah, şiələrin hesabını bizə tapşıracaq. Onlar və Allah arasında olanlar üçün Allahın peyğəmbəri (səlləllahu ələyhi və alih) Allahdan istəyəcək ki, onları bağışlasın. Onlarla camaat arasında olan (haqq-hesab)-i Peyğəmbəri-Əkrəm onların tərəfindən ödəyəcək və bizimlə öz aralarında olanları isə biz bağışlayırıq ki, bununla da onlar cənnətə hesabsız gedəcəklər.

Əl-Ənvar, 7-203, Təfsiri-Füratil-Kufi, səh. 552


Cəmil ibn Dərrac deyir: Musa ibn Cəfər ələyhis-salama ərz etdim: Ağa, Cabirin “Onların dönüşü bizədir. Sonra onları sorğu-suala çəkmək də bizə aiddir” (ayəsi haqqında) söylədiyi təfsiri camaata deyə bilərəmmi? Həzrət buyurdu: "Hamıya demə, təkcə eşitməyə əhl olub faydalana bilənə söylə."

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

23-cü gecə -"Cohəni gecəsi"
ABNA 13 Rəcəbin Həzrət Əlinin (ə) viladətinin ildönümü günü və “Atalar ...
İSLAMDA VƏHDƏT VƏ BİRLİYİN RƏMZİ– ƏFV VƏ GÜZƏŞT (2)
Əgər insanların pis işlərinə görə Allah cəza verməkdə tələssəydi, hamı ...
Qədr gecələrinin müştərək əməlləri
Din və nigah
Qurani-kərimi oxumağın qaydaları
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN-2
Peyğəmbərimizin (s) Quran barəsində nigaranlığı
İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları NƏHCÜL-BƏLAĞƏ

 
user comment