Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Qiyamət günü mütləq soruşulacaq dödr sual

Qiyamət günü mütləq soruşulacaq dödr sual

Peyğəmbər səlləlləhu ələyhi və alih-dən nəql olunan bir rəvayətdə həzrət buyurub: "Qiyamət yetişəndə bəndə heç bir addım atmamış ondan dörd şey barəsində sual olunacaq:

1- Məhv etdiyi ömrünü nə üçün sərf etdyini

2- Gəncliyini hansı yolda köhnəltdiyini

3- Qazancının hansı yolla ələ gəldiyini və hansı yolda xərcləndiyini

4- Və biz Əhli-beytin sevgisi haqqında"

رُوِیَ عَنْ رَسول الله (صلّی الله علیه و آله و سلّم) قال: «إِذَا کَانَ یَوْمُ الْقِیَامَةِ لَمْ تَزَلْ قَدَمَا عَبْدٍ حَتَّى یُسْأَلَ عَنْ أَرْبَعٍ: عَنْ عُمُرِهِ

فِیمَ أَفْنَاهُ وَ عَنْ شَبَابِهِ فِیمَ أَبْلَاهُ وَ عَمَّا اکْتَسَبَهُ مِنْ أَیْنَ اکْتَسَبَهُ وَ فِیمَ أَنْفَقَهُ وَ عَنْ حُبِّنَا أَهْلَ الْبَیْتِ»

“Heç bir addım atmamış” ifadəsi sözün məcazi mənasına işarə edir: Qiyamət günü bərba olacaq, bəndə heç bir addım atmamış ondan dörd şey barəsində soruşulacaq.

 

İlk sual: «عَنْ عُمُرِهِ فِیمَ أَفْنَاهُ » Səndən soruşulacaq ki, dünyada olduğun müddət ərzində ömürünü hansı yolda puç etdin? Necə sərf etdin? Əslində burda insanın başdan-başa bötüv ömrü barəsində sual olunur; de ki, neçə il dünyada olduğun zamanda nə iş görmüsən?

Zərrə-zərrə və tədricən başa çatan gənclik

İkinci sual: «وَ عَنْ شَبَابِهِ فِیمَ أَبْلَاهُ» Təkcə bötüv ömür haqqında deyil, onun xüsusi bir bölümü barəsində də sual olunur: yəni gənclikdən; belə anlaşılır ki, ömrün bu bölümünə daha çox diqqət edilir. «أَبْلَاهُ» sözü ərəbcə məcazi anlamda deyilib,“köhnəltmək” sözünü ifadə edir; məsələn, yavaş-yavaş köhnələn bir libas kimi; bu gəncliyi necə zərrı-zərrə , tədricən əldən verdin? Hansı yolda bu gəncliyi köhnəltdin?

Üçüncü sual:  «وَ عَمَّا اکْتَسَبَهُ مِنْ أَیْنَ اکْتَسَبَهُ وَ فِیمَ أَنْفَقَهُ»  Dünyada əlinə gələn hər hansı miqdarda malı –istər az olsun istər çox, hansı yolla əldə etmisən və hansı yolda sərf etmisən? Yaxşı diqqət edin! Bu, iki sualdır: Hansı yolla əldə etmisən ? Hansı yolda sərf etmisən? Əhli-beyt məhəbbəti Qiyamət günü işə yarıyır.

Dördünü sual: «وَ عَنْ حُبِّنَا أَهْلَ الْبَیْتِ» Bizə ürək bağlılığı və sevgisi haqqında da soruşulacaq; Bizimlə bağlılıq yaratmısanmı? Belə anlaşılır ki, bu sual Qiyamət günü taleyüklü bir sualdır. Yəni dünyada əhli-beyt məhəbbətini ürəyindən yerləşdirsə bu məhəbbət Qiyamətdə işə yarıyacaq. Bu sualları insandan soruşlar və elə isə cavablarını hazırlayın, hər halda cavab verəcəksiniz!

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

MÖVSÜM SƏMƏDOVUN MƏHKƏMƏSİNİN VAXTI MÜƏYYƏNLƏŞDİ
Şiə Ruhanilərinə qan utduran əliyev rejimi silahlı insidentd törədən ...
“Ərəb baharı”nın anası səs verdi
FITNƏ-FƏSAD YUVASI
7 yaşlı qız bacısının ölüm səhnəsinə şahid oldu
Qurani-Kərimin rus dilində ilk tərcüməsinin nəşrinin ildönümü qeyd olundu
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
Xəbər yalan imiş
ABŞ polisi öldürdüyü şəxsin ailəsinə 15 milyon dollar ödəyəcək

 
user comment