Azəri
Thursday 28th of March 2024
0
نفر 0

Dünyasını dəyişmiş Ayətullah Əhməd Sabiri Həmədaninin həyatına bir baxış

Dünyasını dəyişmiş Ayətullah Əhməd Sabiri Həmədaninin həyatına bir baxış

 Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 13 may 2017-ci il İslam Dünyası üçün yadlarda hüzünlə dolu gün kimi qaldı. Ayətullah Әhməd Sabiri Həmədani dünyasını dəyişdi (1923 - 13 may 2017)...

Biz ABNA olaraq İslam Dünyasına, xüsusilə də, Azərbaycan Respublikasına əvəzsiz yardım və köməkliyi olmuş Ayətullah Әhməd Sabiri Həmədani cənablarının fani dünyaya göz yumaraq Pərvərdigarına tərəf dönüşünü İmam Zaman həzrətlərinə, Ali Rəhbər Ayətullah Xameneiyə, Ali Təqlid Mərcələrinə və islam Dünyasına baş sağlığı ərz edirik!

 

Mərhum alimin həyat və fəaliyyətinə qısa bir nəzər

1923-cü il Həmədan şəhərinin Böyükabad kəndi, Peyğəmbər (s) və Әhli-beytini (ə)  sevər dindar ailədə dünyaya göz açmışdır.

    İbtidai təhsilini məktəbxanada başlamış və 1940-cı ildə təhsilini davam etmək üçün Həmədan dini elmi hövzəsinə yola düşüb təhsilinə davam etmişdir. Müqəddimə və bir sira “səth” dərslərini orada başa vurandan sonra təhsilinin davamı üçün Məşhəd elmi hövzəsinə sonra da Qum elmi hövzəsinə müraciət edir.
    1946-cı ildə Qum elmi hövzəsinə daxil olur. fiqh, üsul, təfsir, fəlsəfə, ürfan dərslərini başa vurur.

 

Müəllim və dostları

Təhsil illərində bir çox ustadlardan bəhrələnmişdir. Məşhəddə bir müddət mərhum Hac Seyid Haşim Qəzvini (rəh.) sonra Qum şəhərində müxtəlif illərdə Ayətullah Sultani Təbətəbai (rəh.) Ayətullahul-üzma Brucerdi (rəh.), Ayətullahul-üzma İmam Xomeyni (rəh.), Ayətullahul-üzma Gülpayaqani (rəh.) və Ayətullahul-üzma Mühəqqiq Damad (rəh.) dərs almışdır. O diqqət ediləcək həddə Ayətullahul-üzma Hac Seyid Əhməd Xonsaridən (rəh.) bəhrələnmişdir. Əqli elimlər zəminəsində Әllamə Təbətəbaidən dərs almışdır.Həmçinin öz elmini əməl üzrə inkişaf elətdirmək üçün təhsil illərində İmam Xomeyni (rəh.), Hac Ağa Hüseyn Qummi, Hac Ağa Rza Bəhauddini (rəh.), Әllamə Təbətəbai  və Ayətullahul-üzma Gülpayaganinin (rəh.) əxlaq dərslərində hazır olmuşdur. Şəhid Ayətullah Mədəni (rəh.) ilə dostluğu onun şəxsiyyətinin formalaşmasında oduqca təsirli olmuşdur.

 

Elmi mədəni fəaliyyət

Təhsil aldığı illərində dərs də demiş, Həmədan və Qum elmi hözəsində “Müqəddimat” - “Səth” dərslərini tədris etmiş çox sayda şagirdlər yetişdirmişdir. Mərhum 31 ünvan kitabın müəllifidir. Yazdığı kitabların əksəriyyəti bir çox dillərə o cümlədən rus və Azərbaycan dillərinə tərcümə edilmişdir. Müxtəlif dillərdə olduqca çox məqalələri qəzet və jurnallarda çap olmuşdir. Həmçinin ərəb və fars dillərində şerlər yazmışdır.

Digər fəaliyyətlərindən mərhumun Qum şəhərində “Cəfəriyyə” dini mədrəsəni təsis etməsini qeyd etmək olar.

Siyasi-ictimai fəaliyyətləri

İran İslam inqilabından öncə və sonra daim İmam Xomeyni (rəh.) xəttini müdafiə etmişdir. İnqilabdan sonra da layiqli xidmətlər etmişdir. Onlardan bəziləri aşağıda qeyd edilmişdir:

 

▪️Qeyri-İranlı tələbələrərin vəziyyəti ilə məşğul olmaq üçün məsuliyyəti;

▪️Qum elmi hövzəsinin “Müdiriyyət şurasında”da üzv olması;

▪️İlk dəfə olaraq Qum elmi hövzəsində qeyri-İranlı tələbələr üçün müdiriyyət  dəftərxanasını (hazırkı Camiətul əl-Mustəfa univerisitetini) təsis etməsi.

▪️İkinci və üçüncü dövrlərdə “Xübrəgan Məclisi”nin, Həmədan üzrə nümayəndəsi;

▪️Qum elmi hövzəsi “Camieye müdərrisin”də üzv olması;

▪️İstanbulda İmam Xomeyninin (rəh.) nümayəndəsi;

▪️Bakıda Ali dini lider Ayətullahul-üzma Seyid Xamneinin nümayəndəsi (1992-1998-ci illər);

Allah ruhunu şad etsin!

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İSLAMIN ZÜHURU-2
ŞЕYХ FАZİL LӘNKӘRАNİNİN ÖMÜRLÜYÜNDӘN
HİZBULLAH[1]QÜVVƏLƏRİNİN ÜSTÜNLÜYÜ
İohann Volfhanq Höte: «Quran – kitabların kitabıdır»
Şeyx Məhəmməd Fazil Lənkərani dәftәrхаnаsının nümаyәndәliklәri
İMAMIN ADININ VƏ YERİNİN GİZLİ SAXLANMASI İLƏ ONUN QORUNMASI
DÖRDÜNCÜ FƏSİL
Əhli-beyt (ə) və Qədir-Xum
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...
Əbu Talibin mömin olması barədə varid olmuş hədislər

 
user comment