Azəri
Friday 26th of April 2024
0
نفر 0

7 və 9 Yanvar İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günləridir

7 və 9 Yanvar İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günləridir

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hicrətin 232-ci ilində rəbius-sani ayının 8-də, digər bir tarixə əsasən isə, 232-ci ilində rəbius-sani ayının 10-da 12-ci İmam həzrəti Məhdi Sahib Zəmanın (Allah Tala Onun şərəfli gəlişini tezləşdirsin) hörmətli valideyni İmam Həsən Əsgəri (əleyhi səlam) anadan olmuşdur. Bu hesabla bu il Miladi tarix ilə İmam Həsən Əsgərinin (əleyhi səlam) doğum günü Yanvar ayının 7-si ilə 9-na təsadüf edir.

Biz ABNA olaraq bu şərəfli gün münasibəti ilə başda zəmanənin İmamı həzrət Məhdi (əleyhi səlam) olmaqla Onun haqq Naibi İmam Xamenei cənablarına, Ali Təqlid Mərcələrinə, bütün dünya xalqlarına və saytımızın izləyicilərinə səmimi qəlbdən təbrik ərz edirik!

 

İmam Həsən Əsgərinin (əleyhi səlam) həyatına qısa baxış

Atası onuncu İmam Həzrət Əliyyən-Nəqi (əleyhi səlam), anası isə Hüdeysə adlı təqvalı bir qadın olmuşdur. Bu qadın təqvalı və İslam baxışına malik bir qadın olmuşdur. Onun fəzilətinə gəldikdə isə bunu demək kifayət edər ki, o, İmam Həsən Əsgərinin (əleyhi səlam) şəhadətindən sonra o cür böhranlı bir vəziyyətdə şiələrin pənahgahına çevrilmişdi.

İmam Əsgəri (əleyhi səlam) qəsbkar Abbasi xəlifəsinin əmrilə məcburi şəkildə Samirrada Əskər adlı bir yerdə saxlanıldığı üçün Əsgəri adlandırılmışdı.

O Həzrət (əleyhi səlam), 22 yaşında ikən atası şəhadətə yetişmişdi. Altı il şiələrin İmamı olmuş, ümumilikdə isə iyirmi səkkiz il yaşamışdır. Hicrətin 260-cı ilində qəsbkar Abbasi xəlifələrin tərəfindən zəhərləndirilərək şəhid olmuş və Samirra şəhərində öz evindəcə, atasının qəbrinin yanında dəfn olunmuşdur.

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Həzrət Əbülfəzl Abbas ələyhis-salamın təvəllüdü ilə bağlı qısa mesajlar
Əli ələyhis-salamın matəmində
Hüseyndir Xaliqi əzəm fədası..
MƏHƏMMƏD FİZULİNİN FƏLSƏFİ GÖRÜŞLƏRİ
İRAQLILARIN MƏKTUB YAZMASI
Yəhudinin Peyğəmbərə (s) suallar
İmam Həsən Əsgərinin (ə) nəzərində Qeyb məsələsi
Həzrət Məsumənin (ə.s) buyurduqlarından
Əmanətdarlıq
Bəla niyə gəlir ?!

 
user comment