Azəri
Friday 19th of April 2024
0
نفر 0

Yəhya ibn Əksəmlə mübahisə

Məmun Tus şəhərindən Bağdada köçdükdən sonra İmam Cavad əleyhissəlama bir məktub yazıb onu Bağdada dəvət edir. Bu dəvət də, İmam Riza əleyhissəlamın Tus (Mərv) şəhərinə dəvət olunması kimi zahirdə könüllü həqiqətdə isə məcburi bir səfər idi.

İmam Cavad (əleyhissəlam) Məmunun dəvətini qəbul edib Bağdada gedir. Bir neçə gündən sonra Məmun onu öz sarayına dəvət edərək ona qızı Ümmul-Fəzllə evlənmək təklifini edir. İmam Cavad (əleyhissəlam) Məmunun bu təklifi qarşısında sükut edir. Məmun da sükutu razılıq əlaməti sayıb tədarük fikrinə düşür. O təntənəli şəkildə bir məclis qurmaq istəyirdi. Lakin bu xəbərin Bəni-Abbas arasında yayılması böyük narazılığa səbəb olur. Bəni-Abbas sülaləsinin nümayəndələri bir yerə toplaşaraq Məmuna öz etirazlarını bildirib dedilər: “Bu nə işdir görürsən? Əli ibn Musa ər-Rizanın vəfat etdiyi və hakimiyyətin Bəni-Abbasın əlində olduğu bir halda hakimiyyəti yenə də, Əlinin övladlarına vermək istəyirsən? Biz bu işə yol verə bilmərik. Aramızda olan neçə illik düşmənçiliyi unutmusan?” Məmun soruşur: “Bəs sizin fikriniz nədir?” Onlar dedilər: “O uşaqdır və hələ elm və bilikdən xəbəri yoxdur.” Məmun dedi: “Siz bu ailəni yaxşı tanımırsınız onların kiçiyi də böyüyü də tükənməz elm sahibidir. Əgər mən deyənə razı deyilsinizsə onda onu yoxlayın. Qəbul etdiyiniz bir alimi gətirib onunla bəhs etdirin onda mənim dediklərimə inanarsınız.

Abbasilər alimlərin arasında (öz elmi ilə aləmə səs salmış) Yəhya ibn Əksəmi seçirlər. Məmun İmam Cavad əleyhissəlamın elm və bilik səviyyəsini yoxlamaq üçün bir məclis təşkil edir. Həmin məclisdə Yəhya ibn Əksəm üzünü Məmuna tutub deyir: “İcazə verirsən, bu gəncə bir sual verim?” Məmun deyir: “Onun özündən icazə al!” Yəhya İmam əleyhissəlamdan icazə istədikdə, o Həzrət buyurur ki nə istəyirsən soruş!” Yəhya deyir:
-“Həcc mövsümü zamanı ehram bağlayıb heyvan ovlamış şəxsin hökmü necədir?” İmam Cavad (əleyhissəlam) buyurur:
-“Həmin şəxs o heyvanı hərəmdən kənarda ovlamışdır yoxsa hərəm daxilində? Ehram bağlamış şəxs ehram haqqında heyvan ovlanmasının haram olduğunu bilib yoxsa yox? Heyvanı bilərəkdən ovlamışdır yoxsa bilmədən? Heyvanı ovlayan şəxsin özü azad insan olub yoxsa qul? Uşaq olmuşdur yoxsa böyük? Birinci dəfədir bü cür iş görür yoxsa bir neçə dəfə (bundan qabaq da) belə iş görüb? Ovladığı heyvan quşlar cinsinə aiddir yoxsa quş deyil? Böyük heyvan olub yoxsa kiçik? Gördüyü bu işdən peşman olub yoxsa yox? Heyvanı gecə ovlayıb yoxsa gündüz? Bağladığı ehram ümrə həccinin olub yoxsa təməttö həccinin?”Bu məsələ barədə İmam Cavad əleyhissəlamın müxtəlif hallar qeyd etməsinə heyran qalmış Yəhya ibn Əksəmin üzündə zəiflik hiss olunur və dili topuq vurmağa başlayır. Belə ki bütün məclisdəkilər onun İmam Cavad əleyhissəlamın qarşısında aciz olduğunu açıq-aşkar hiss edirlər. Bu vaxt Məmun deyir: “Şükr olsun Allaha ki mənim fikirləşdiyim düz çıxdı.” Sonra isə üzünü öz qohum-əqrəbasına tutub deyir: “Qəbul etmədiyiniz həqiqəti indi anladınızmı?”

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment