Azəri
Friday 29th of March 2024
0
نفر 0

YALAN İMANLA UYĞUN GƏLMİR

YALAN İMANLA UYĞUN GƏLMİR

Bir çox hədislərə əsasən, yalan imanla ziddir və yalançının nişanəsi imansızlığıdır. Bütün bu hədislər Qurani-Kərimə əsaslandırılıb. Belə ki, bir ayədə buyurulur:

{إِنَّمَا يَفْتَرِي الْكَذِبَ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِآيَاتِ اللّهِ وَأُوْلـئِكَ هُمُ الْكَاذِبُونَ}

“Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançılardır.” (“Nəhl” surəsi, ayə 105.)

Rəvayətlərə nəzər salanda, möminin yalandan uzaq olduğu və yalan danışmasının mümkünsüz olduğunun şahidi oluruq. O cümlədən:

سُئِلَ رَسُولُ اللهِ: يَكُونُ الْمُؤْمِنُ جَباناً؟ قالَ: نَعَم. قِيلَ: وَ يَكُونُ كَذّاباً؟ قالَ: لا

1. Peyğəmbəri-Əkrəmdən (s) “Mömin qorxaq ola bilərmi?” – deyə soruşulduqda buyurdu: “Bəli!” Soruşdular: “Yalançı necə?” Buyurdu: “Xeyr!” (“Biharul-ənvar”, 72-ci cild, səh.262.)

2. İmam Əli (ə) buyurur:

لا يَجِدُ عَبْدٌ طَعْمَ الْاِيمانِ حَتّى يَتْرُكَ الْكِذْبَ هَزْلَهُ وَ جِدَّهُ

“İnsan yalanı – istər ciddi, istərsə də zarafat olsun – tərk etməyincə, imanın dadını duymaz.” (“Biharul-ənvar”, 72-ci cild, səh.249.)

3. Yenə o həzrət buyurur:

جانِبُوا الْكِذْبَ فَاِنَّهُ مُجانِبُ الْاِيمانِ

“Yalandan çəkinin ki, o, imana qarşıdır.” (“Biharul-ənvar”, 78-ci cild, səh.9.)

Bu bir neçə hədisdən məlum olur ki, möminlər yalandan çəkinir və imanla yalan bir yerə yığışmır. Yalan insanın qəlbinə qaralıq gətirir və yalançılar kiçik və dəyərsiz məsələlərlə bağlı yalan danışdıqları üçün başqalarının mühüm sözlərinə də inanmırlar. Belələri hətta möminlərin cərgəsinə də qoşula bilər, lakin qəlblərinin şəkk və tərəddüddən yaxa qurtarması mümkünsüzdür. Buna əks olaraq düz danışanlar özləri düz danışdıqları üçün eşitdikləri hər sözə əhəmiyyət verirlər. Yalançılar isə hər kəsə və hər şeyə qarşı ya bədbindirlər, ya da şübhə ilə yanaşırlar. Belə isə, heç onlarda iman hissi möhkəmlənə bilərmi? Tarix də göstərir ki, çox vaxt münafiq, azğın və yalançılar ilahi peyğəmbərlərə iftira yaxırmış, onları yalançı hesab edirmişlər.

Yalançı elə təsəvvür edir ki, boyun qaçırdığı vəzifələrini cürbəcür hiylələrlə yoza biləcək. Belələri üçün əhd-peymanı pozmaq, fürsəti əldən vermək, vəzifəyə əməl etməmək və s. çox asandır. Çünki bir sıra saxta üzrlərlə məsələni sadələşdirib, məsuliyyətdən danışaraq özünü suçsuz qələmə verəcək. Lakin doğruluq və düz danışmağı seçənlər bunun əksinə olaraq heç vaxt səhlənkarlığa yol vermir, özlərini dəyər və qiymətdən salmırlar.

İsa peyğəmbərin (ə) belə buyurduğu nəql olunur: “Hər kəs çox yalan danışsa, onun həm Allah, həm də insanlar yanında olan hüsnü-cəmalı və vüqarı aradan gedər.” (“Kafi”, 2-ci cild, səh.255.)
YALANÇI ÖZÜNƏ DƏ İNANMIR

Yalançılar ətrafdakılara inanmadıqları kimi, bəzən özlərinə də etibar etmirlər. Həqiqətdə onlar hər şeyə, hətta öz iradə və bacarıqlarına biganədirlər, həyatda çətinliklərlə üzləşməkdən qorxurlar. İmam Əmirəlmöminin Əlinin (ə) “Nəhcül-bəlağə”nin “qısa kəlamlar” bölümündə belə bir buyruğu var:

اِيّاكَ وَ مُصادَقَةَ الْكِذّابِ فَاِنَّهُ كَاالسَّرابِ! يُقَرِّبُ عَلَيْكَ الْعَبِيدَ وَ يُبَعِّدُ عَلَيْكَ الْقَرِيبَ

“Yalançı ilə dostluqdan çəkin ki, o, ilğıma bənzəyir; sənə uzağı yaxın, yaxını isə uzaq göstərər.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 38; “Əxlaq sayəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi, səh.61-63.)

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Siravlonda Quran xəttatlıq sərgisi keçirilir
Əfqanıstanda Fransa əsgərləri İslam dinini qəbul edirlər
Teləfir əməliyyatı uğurla davam edir, Həşdu Şəbi işid-çiləri darmadağın ...
Pakistanda göyərtəsində 47 nəfər olan təyyarə dağa çırpılıb
Səudiyyə Ərəbistanında "İslamın tanıdılma qaydaları" adlı beynəlxalq konfrans ...
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
Livanda Əl-imamul-Xomeyni əl-isalətu vət-təcdid kitabının təqdimat mərasimi ...
Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub
Qumda “İmam Xumeyni (r.ə) və xalqlar arasında oyanış hərakatı” adlı konfrans ...
Azərbaycanın təhsil müəssisələrində hicaba rəsmi qadağa!

 
user comment