Azəri
Tuesday 16th of April 2024
0
نفر 0

Peyğəmbərin (s) əziz qızı həzrət Fatiməi Zəhranın son sözləri

Peyğəmbərin (s) əziz qızı həzrət Fatiməi Zəhranın son sözləri

– Xəbər Agentliyi: Böyük İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) əziz qızı həzrət Fatimeyi-Zəhra (səlamullahi əleyha) ömrünün son anlarında Əmirəl Möminin həzrət Əliyə (əleyhi səlam) belə buyurmuşdur: “Əmoğlu mən ölüm xəbərimi almışam. Yavaş yavaş atamla görüşməyə yaxınlaşıram. İndi ürəyimdə olan bəzi istəkləri səndən istəyəcəyəm.”

İmam Əli (əleyhi səlam) buyurdu: “Ey Allahın Elçisinin qızıi! Buyur istədiyini de!”

Həzrət Zəhra (səlamullahi əleyha) buyurdu: “Əmoğlu sənin evində yalan demədim, sənə xəyanət etmədim və sənin itaətindən boyun qaçırmadım... Sənə birinci vəsiyyətim budur ki, məndən sonra bir xanımla ailə həyatı qur! Çünki kişilər qadınsız yaşaya bilməzlər... Növbəti istəyim budur ki, mənim haqqımda zülm edən insanları mənim dəfn mərasimimə buraxmayasan. Onlar Allahın və Onun Elçisinin düşmənləridirlər. Onların və tərəfdarlarının heç biri mənim cənazəmdə iştirak etməsinlər. Məni insanlar yuxuya gedəndə dəfn et!” (Roudətul-Vaizin, 1/ 151)

Əllamə Məclisi, Biharul-Ənvar əsərində (c.79, s.27, hədis:13.) həzrət Fatimeyi-Zəhranın (səlamullahi əleyha) İmam Əliyə (əleyhi səlam) vəsiyyətini belə nəql edir:

"... Öldüyümdə özün mənə qüsl ver, kəfən elə, qəbirə qoy, qəbir örtüyümü çək, torpağı qəbirim üzərinə yay, baş tərəfimdə mənimlə üz-üzə otur, mənim üçün çoxlu Quran oxu, dua et. Çünki o saatlarda ölünün insanlarla ünsüiyyətdə olmasına hər zamankından daha çox ehtiyacı var... Səni Allah əmanət edirəm, balalarımı da sənə vəsiyyət edirəm...".

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
Orucluq - yoxsa aclıq?
İMАM RİZАYА (Ә) ХİLАFӘTİN TӘKLİFİ
MÖCÜZƏ NƏDİR?
Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi ...
NÜDBƏ DUASI
Qədr gecəsi
VACİB VƏ VACİBDƏN DAHA VACİB NƏDİR?
MƏSUMLAR HAQQINDA
Kəbİrə günah haqqında alİmlərİn buyuruqları

 
user comment