Azəri
Thursday 28th of March 2024
0
نفر 0

Həcc karvanının ilk dayanacağı

Həcc karvanının ilk dayanacağı

Mədinə... Həcc karvanının ilk dayanacağı. Əziz Peyğəmbərimizin (s) mübarək hərəmi, Bəqi qəbiristanlığı, Həzrəti Fatimənin (s) yeri bilinməyən məzarı... Hər bir hacı bu şəhərə daxil olarkən İslam tarixinin əzəmətini hiss edir. Bu şəhərin hər küçəsindən Rəsuli-Əkrəmin (s) və Əhli-Beytin (ə) ətri gəlir.

İslam tarixinin başlanğıcı, həm qəmli, həm də sevinc dolu günlərin xatirəsi. Bu şəhər insanı zaman baxımından geri ataraq bizi sanki Peyğəmbər (s) və Əhli-Beytin (ə) hüzuruna aparır. Sanki əsri-səadətə (səadət əsri, Peyğəmbərin (s) Mədinədə yaşadığı illər) düşürsən. Bəşəriyyətin qan, fəsad və mənəviyyatsızlığa düçar olduğu bir an insanları haqqa dəvət edən Peyğəmbər (s) Məkkədə olmazın çətinlik və əziyyətlərlə üzləşdi. On ildən sonra o, Yəsrib adlı bir şəhərə mühacirət edərək, bəşər tarixinin yeni səhifəsini açdı. Bu şəhərin adı dərhal Mədinətun-Nəbi (Peyğəmbər şəhəri) və ya qısa olaraq Mədinəyə dəyişdirildi. Ədavət və kini ürəklərdən pozan Həzrət Muhəmməd (s) qardaşlıq və ədaləti bərqərar etdi. İlk məscidin bünövrəsini öz əlləri ilə qoyaraq, müsəlmanların bir yerə toplaşıb ibadət etmək, dərdləri ilə bölüşmək, bir-birinə yardım əlini uzatması üçün məkan təyin etdi. Ömrünün sonuna kimi burada qaldı, burada da vəfat etdi və burada dəfn olundu.

Hacıların tələsdiyi ilk məkan da elə Məscidun-Nəbidir (Peyğəmbər məscidi). Onlar qüsl alıb paklandıqdan sonra tələsərək Peyğəmbərimizin (s) dəfn olunduğu Məscidun-Nəbinin qapıları qarşısına gəlirlər. Ədəbə uyğun olaraq əvvəl Peyğəmbərə salam verilir, sonra isə izin alınır. Daha sonra müsəlmanlar hərəmə daxil olur, Peyğəmbərin (s) məzarının zərihinə sarı Allahı zikr edə-edə, Peyğəmbəri yad edə-edə gedirlər. Həzrət Rəsulullah (s) hədislərin birində belə buyurub: “Hər kim məni sağlığımda və ya ölümümdən sonra ziyarət etsə, Qiyamət günü mənim yanımda olar və mən ona şəfaət edəcəm”. İmam Sadiq (ə) isə buyurub: “Uca Allah Həzrət Muhəmmədi (s) bütün məxluqatdan, bütün peyğəmbər və mələklərdən üstün edib, ona tabe olmağı Allaha tabe olmaqla eyni edib, onun qəbirinin ziyarətini isə Allahın evinin ziyarəti ilə eyni edib”. Zərihə yaxınlaşarkən heyrətini saxlayıb, məhəbbətini gizlədə bilməyən müsəlmanlar bu şəxsiyyətin yolunun yolçuları olduqlarının xoşbəxtliyini anlayırlar. “Salam olsun sənə, ey Allahın elçisi, həmd olsun Allaha ki, bizi sənin vasitənlə hidayət edib, şirk və azğınlıqdan nicat verib”, - deyə zəvvarlar bəşəriyyətin yol göstərəninin, əzəli və əbədi Allahın ən üstün və ən sevimli bəndəsinin məzarı önündə durur, ancaq o məzara nə toxuna bilir, nə də doyunca münacat edə bilirlər…

Mədinənin qəlbində digər müqəddəs məkan var. Bura Bəqi qəbiristanlığıdır. İlk şəhidlərin məzarları əhatəsində dörd imamın – İmam Həsən (ə), İmam Zeynül-abidin (ə), İmam Baqir (ə) və İmam Sadiqin (ə) dağıdılmış qəbirləri tez gözə çarpır. İmamların (ə) qəbrini viran vəziyyətdə görən müsəlmanlar uzaqdan həsrətlə baxa-baxa öz İmamlarına salam göndərirlər. Onlardan kimi ziyarətnamələr oxuyur, kimi təvəssül duasını pıçıldayır, kimi isə gözləri ilə haranısa axtarır. Həzrət Fatimənin (s) mübarək məzarını. Həmin Fatimənin (s) məzarını ki, onun razılığı Allahın razılığıdır, onun qəzəbi Allahın qəzəbidir. Ancaq xanım Fatimeyi-Zəhranın (s) qəbiri naməlum olduğundan, onun aşiqləri Mədinənin küçələrinə düşüb ondan bir nişanə axtarır, ona salam göndərir, və xanımı ziyarət edə bildikləri ümidi ilə Peyğəmbər (s) şəhərindən ayrılırlar.

Allah övliyalarını ziyarət edən şəxslər mənəvi baxımdan onlara bənzəməyə çalışır, onların həyatlarından ibrət alırlar. Artıq qəlblərini Allahla görüşə hazırlamış zəvvarlar müqəddəs Məkkəyə yola düşürlər...

ahlibeyt.az

Həsən ibn Əli, Əli ibn Hüseyn, Məhəmməd ibn Əli və Cəfər ibn Məhəmmədin (onlara Allahın salamı) məzarları ▼

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Hüseyn (ə) - şəhidlər ağası
İmam Əli əleyhis-salamın Bəni-Təyy qəbiləsindən və Xəvaricdən (onların ...
Rəsuləllahın(s) ayı
İmam Əli əleyhis-salamın (Allah-təalanın həmd və şükrü barəsindəki) ...
"Sarəllah" sözünün mənası nədir?!
Alim və tələbə hər ikisi inkişaf və hidayətdə şərikdirlər
Bu gün Ruqəyyənin şəhadət günüdür
Əli (ə), Ramazan ayında çox ibadət edirdi, yoxsa başqa aylarda?!
Azərbaycan idmançıları İmam Rzanın(ə) məqbərəsində olublar
Peyğəmbərin (s.ə.a.s) şeytanla söhbəti

 
user comment