Azəri
Thursday 28th of March 2024
0
نفر 0

Babilik və Bəhailik

Babilik və Bəhailik

 FIKIR VƏ ETIQADLAR

Babilik və Bəhailik təriqətinin irəli sürdüyü fikirlərə, etiqad bəslədiyi məsələlərə gəldikdə isə qeyd etmək lazımdır ki, bu təriqətin fikir və əqidələri demək olar ki, tamamilə İslamın əqidə məsələlərindən fərqlənir. Buna misal olaraq üç məsələni qeyd edirik:

1. Onların əqidəsinə əsasən Allah Taala tərəfindən göndərilmiş bütün mənəvi dəyərlər-Adəm (ə)-dan həzrət Məhəmməd (s)-a qədər bütün peyğəmbərlər Babın (Mirzə Əli Məhəmməd Rza Şirazinin) şəxsiyyətində təcəlla etmişdir. Belə ki, Peyğəmbərlər və onların gətirdikləri İlahi dinlərin həqiqi təmsilçisi Bab özüdür.

İlk əvvəl Mirzə Əli Məhəmməd İmam Mehdi (ə)-la insanlar arasında vasitəçi olduğunu söyləyərək "Bab" təxəllüsünü götürdü. Sonra özünü İmam Mehdi kimi tanıtdırdı. Çox keçməmiş Peyğəmbərlik iddiasını irəli sürdü və nəhayət, sonda bütün Peyğəmbərlərin təmsilçisinə çevrildi.

2. Babilər İslamın vəd etdiyi məad, qiyamət günü, cənnət və cəhənnəmi inkar edərək Babın zühur etdiyi vaxtın qiyamət günü olduğuna inanırlar.

3. Onlar Babilik dininin gəlməsi ilə bütün dinlərin qüvədən düşdüyünə etiqad bəsləyir və bununla da bütün İlahi qanunları rədd edirlər. Bundan əlavə, babilər ibadət məsələləri və həmçinin bütün şəriət qaydalarını tamamilə dəyişərək digər qaydalarla əvəz etmişlər. Həmin qaydalar bunlardır.

İslam şəriətində murdar buyurulmuş bütün şeyləri pak hesab edirlər.

Gün ərzində beş dəfə azan verirlər. Azanın sözləri isə tamamilə islami azanın sözlərindən fərqlənir.

Gündə cəmi bir dəfə sübh çağı iki rükət namaz qılırlar. Həmin namazın qılınma qaydası və zikrləri də, həmçinin, İslamda qılınan namazdan fərqlənir.Yalnız, meyit namazını camaatla birgə qılmağa icazə verirlər.

Zəkatla bağlı qanunlarında isə deyilir ki, hər bir babi öz pullarını hər ilin əvvəli babilərin ali şurasına verməlidir.

Oruc tutarkən onlar babın qadağan etdiyi şeylərdən çəkinirlər. Orucun müddəti isə gün çıxandan başlayıb gün batandan sonrayadək davam edir. Qəribə burasıdır ki, babilərdə on bir yaşdan qırx iki yaşadək (31 il) oruc tutmaq vacib sayılır. Qırx iki yaşdan sonra hər kəs oruc tutmaqdan azaddır.

Babilər həcc ziyarəti üçün məkkəyə getmirlər. Çünki onların şəri qanunlarına əsasən həcc ziyarəti babın doğulduğu evə, yaxud həbs olunduğu yeri və həmçinin, on səkkiz səhabənin evlərini ziyarət etməkdən ibarətdir. Və bu ziyarət təkcə kişilərə vacib olur. Eyni zamanda onun üçün müəyyən bir müddət təyin olunmadığından istənilən vaxt həmin yerləri ziyarət etmək, həcc ziyarəti sayılır.

Babilkdə on bir yaşdan sonra evlənmək vacib olur. Kişilər ən çox iki qadınla evlənə bilərlər. Bu babın verdiyi hökmdür. Bəhaulla isə bu hökmü bir qədər də inkişaf etdirərək, yalnız bir qadınla evlənməyi halal buyurmuşdur. Boşanma onlarda məkruh hesab edilir. Boşanmaq istəyən ailəyə yenidən razılığa gəlib barışmaq üçün bir il möhlət verilir. Bu müddətdən sonra fikirlərindən dönməyərək ayrılmaq istədikdə isə yenidən onlara bir aylıq möhlət verməklə fikirlərindən danışıb bir yerdə yaşamaq qərarına gələ bilmələri üçün imkan yaradılır.

Bu firqənin qanunlarına əsasən, meyit on doqquz gün saxlanılmalı, ipək və pambıqdan olan beş paltarla kəfənləməli, beş dəfə yuyulmalı (yəni qüsl verilməli) və parıltılı billurdan hazırlanmış qəbirdə dəfn olunmalıdır.

Cihadı və kafirlərin əmlaklarını müsadirə etmək hökmünü ləğv etmişlər.

Sələmi halal etmişlər. Bu məsələdə isə onlar babın aralarında razılıq olmaq şərti ilə tacirlərə alqı-satqıda hər bir vasitədən istifadə etməyə izn verilir" deməsini əsas götürürlər.

Əmr be məruf (yaxşı işlərə əmr etmək) və nəhy əz münkər (pis işlərdən çəkindirmək) prinsipini haram etmişlər. Babilik və Bəhailik təriqətinin ən görkəmli şəxsiyyətləri:

1."Bab"ləqəbli Mirzə Əli Məhəmməd Rza Şirazi.

2."Bəhaulla" ləqəbli Mirzə Hüseyn Əli.

3."Sübhü əzəl" (Əbədi səhər) ləqəbli Mirzə Yəhya Nuri.

4."Babul-Bab" ləqəbli Molla Hüseyn Bəşruni.

5."Qürrətül-eyn" (göz oxşayan) ləqəbli Zərintac.

6."Ğüsnü əzəm" (nəhəng şaxə) və (Əbdül-Bəha) (Bəhaullahın nökəri) ləqəbli Abbas Əfəndi.

7.Şövqi Əfəndi (Abbas Əfəndinin nəvəsi).

Qeyd edək ki, bu firqənin əsas yerləşdiyi yer İrandadır. Onların az bir hisəsi İraqda, Suriyada, Livanda və Fələstin ərazisində mövcuddur.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK
BEŞİNCİ FƏSİL: İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ
ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL
Dostluq

 
user comment