Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

22 Bəhmən yürüşünün yekun qətnaməsi: ABŞ İranın 1 nömrəli düşmənidir

22 Bəhmən yürüşünün yekun qətnaməsi: ABŞ İranın 1 nömrəli düşmənidir
Bu il İranda 22 Bəhmən yürüşündə iştirak edənlər qətnamə qəbul edərək, Amerikanı özlərinin bir nömrəli düşməni elan ediblər.
<video crossorigin="" poster="http://www.abna.co/cache/image/2017/02/10/fbd5381b652bf25aecb0297b5e7d26d5.jpg" width="300" height="150"> </video></div>

% buffered00:00Current time00:00

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata əsasən - İran xalqı bu gün cümə 22 Bəhmən yürüşünün sonunda bir qətnamə qəbul edərək, bildirib ki, İran xalqı ABŞ-ın nüvə anlaşması qarşısında öz öhdəliklərinə əməl etməməsi və anlaşmanı pozmasına görə son dərəcə qəzəblidir və Ağ Evin İrana qarşı yeni sanksiyalar tətbiq etməyə cəhd göstərməsini, regionun irticaçı rejimləri ilə əlbir olub İranofobiya və İslamofobiya siyasətini izləməsini pisləyərək, İran rəsmilərindən qətiyyətli və önləyici tədbirlər görməklə, tutarlı cavab verməsini istəyir. 

İran xalqı bu qətnamədə İranın təhlükəsizliyinin heç bir vəchlə müzakirə və güzəşt predmeti olmayacağına təkid edərək, raket potensialını önləyici qüdrətin simvolu adlandırıb və beynəlxalq qanunlara və BMT-nin nizamnaməsinə əsasən tanınmış bir haqq olaraq milli təhlükəsizliyə zəmanət verən qırmızı xətt adlandırıb. 

Qətnamənin davamında deyilir: İran xalqı regionda cərəyan edən İslam Müqaviməti hərəkatını himayə etmək habelə, Ali-Səud və Ali-Xəlifənin ABŞ, İngiltərə və İsrailin planı və himayələri, regionun irticaçı rejimlərinin dəstəyi ilə Yəmən və Bəhreyndə törətdikləri cinayətləri qınayaraq, dünyada ifratçılıq, zorakılıq, terrorizm və nifrətin genişləndirilməsinə qarşıdır. 

22 Bəhmən yürüşünün yekun qətnaməsində həmçinin Fələstin İslam Dünyasının əsas mövzusu və müqavimət ,Fələstin xalqının haqlarına təminat verən yeganə yol olaraq vurğulanıb və İslam Dünyasının Fələstin xalqının haqq və hüquqlarının təmin edilməsi üçün bütün imkanlarını səfərbər etməsinə təkid edib.

22 Bəhmən yürüşü bu gün cümə Tehranda və İranın hər bir məntəqəsində milyonlarla xalqın  iştirakı ilə keçirildi.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Xamenei cənabları Ramazan ayı ilə əlaqədar gündəlik Quran məclisi keçirir
Sionist rejim bu gün ikinci dəfə Əqsa məscidinə hücum etdi
Pakistanda Ölümcül Hücum: Yüzlərlə ölü və yaralı / İŞİD: Hədəfimiz ...
Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri ...
Nigeriya rejimi Şeyx Zəkzəkinin azadlığını tələb edən aksiya ...
Hizbullah Suriya sərhədində əməliyyatlara davam edir
İmаm Hüsеyn әlеyhissәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İmam Xamenei: Amerikanın regionla bağlı bir planı və İranla bağlı başqa bir ...
әmr bе mә᾽ruf vә nәhy әz münkәrin şәrtlәri
Suriya ordusu Hələbin Ramusa rayonunu azad etdi

 
user comment