Azəri
Thursday 28th of March 2024
0
نفر 0

Qurani-Kərimdə imamət və vilayət

Qurani-Kərimdə imamət və vilayət

"Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və sizlərdən olan əmr sahiblərinə tabe olun."
İmamət və vilayətlə əlaqədar iki fərqli bəhs mövcuddur:
1. "Ümumi imamət və vilayət"; yəni hər bir əsr və dövrdə insanlar arasında Allah tərəfindən bir imam və rəhbər mütləq olmalıdır; istər peyğəmbərlik, istərsə də yalnız imamət məqamına malik olsun.
2. "Xüsusi imamət və vilayət"; bu ilahi məqam İslam peyğəmbərindən sonra onun canişininə aiddir.
Başqa sözlə, nübüvvət və peyğəmbərlik iki qismə – ümumi və xüsusi peyğəmbərliyə bölündüyü kimi, imamət də iki qismə bölünür.
Qurani-Kərimdə ümumi imamət və vilayət haqqında bir sıra ayələr mövcuddur. O cümlədən:
1-"Sən yalnız qorxudansan. Hər tayfanın da bir hidayət edəni vardır." ("Rəd” surəsi, ayə: 7.)
2-"Ey iman gətirənlər! Allahdan qorxun (Onun əmrinə qarşı çıxmayın) və doğru danışanlarla birgə olun." ("Bəraət” surəsi, ayə: 119.)
3-"Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və sizlərdən olan əmr sahiblərinə tabe olun." ("Nisa” surəsi, ayə: 59.)

"İnzar və hidayət" ayəsi
Birinci ayədə İslam peyğəmbərinə (s) xitabən buyurulur:
"Sən yalnız qorxudansan. Hər qövmün və millətin də bir hidayət edəni vardır!"
Fəxri-Razi bu ayənin təfsirində üç fikir söyləmişdir:
1. "Münzir" (qorxudan) və "hadi" (rəhbər və hidayət edən) sözlərinin hər ikisi eyni məna daşıyır və ayənin mənası belədir: "Sən yalnız hər tayfanı qorxudan və hidayət edənsən!"
2. İslam Peyğəmbəri (s) qorxudan, Allah isə hidayət edəndir.
3. İslam Peyğəmbəri (s) qorxudan, İmam Əli (ə) isə hidayət edəndir.
İbn Abbas deyir: "Peyğəmbər (s) mübarək əlini sinəsinə qoyub buyurdu: ( اَنا الْمُنْذِرُ ) "Mən qorxudanam!" Sonra isə əlini Əliyə (ə) tərəf uzadaraq buyurdu:
"Ya Əli! Sən (isə) hidayət edənsən. Məndən sonra doğru yolu tapanlar sənin vasitənlə hidayət olacaq." ("Kəbir" təfsiri, Fəxri-Razi, 19-cu cild, səh. 14.)
Bu üç baxışı digər təfsirçilər də qeyd etmişlər. Sünni təfsirçilərinin bəziləri isə bu ayənin 1-ci və 2-ci təfsirinin düzgün olduğunu sübut etməyə çalışmışlar. Çünki 3-cü təfsir onların təəssübkeş təfəkkür tərzinə uyğun deyil. Halbuki birinci təfsir ayənin zahiri ilə uyğun gəlmir. Çünki hər iki vəsf İslam Peyğəmbərinə (s) aid olsaydı, onda Allah-taala belə buyurardı: "İnnəma əntə munzirun və hadin li-kulli qovmin" – "Həqiqətən, sən yalnız hər millət və tayfanı qorxudan və hidayət edənsən!" Başqa sözlə, ərəb qrammatikasına əsasən, (“carr və məcrur” olan) "li-kulli qovmin" (hər tayfanı) ifadəsi "hadi" (hidayət edən) sözündən öncə qeyd edilə bilməz. Əgər öncə qeyd edilərsə, onda hər iki vəsfdən öncə gəlməli və belə deyilməlidir: "İnnəma əntə li-kulli qovmin munzirun və hadin" – "Həqiqətən, sən hər tayfanın yalnız qorxudanı və hidayət edənisən!" Bir sözlə, "li-kulli qovmin" (hər tayfanı) ifadəsinin iki vəsfdən yalnız birindən öncə qeyd edilməsi və digərinə aid edilməsi üçün bir dəlil yoxdur; ya hər ikisindən öncə, ya da hər ikisindən sonra qeyd edilməlidir.
İkinci təfsirdə də uyğunsuzluq var. Çünki Allah-Taalanın hidayətçi olmasına heç bir şəkk-şübhə olmadığından onu qeyd etməyə ehtiyac qalmır. Bir də cümlənin zahiri mənası hər bir əsr və zamanda xüsusi hidayətçinin olmasını bildirir. Halbuki tək halda "li-kulli qovmin hadin" (hər tayfanın bir hidayətçisi vardır) – ifadəsindən başa düşülən cəm hal Allaha münasib deyil.
Beləliklə, yuxarıda qeyd olunan ayənin yeganə məqbul təfsiri budur ki, Peyğəmbəri-Əkrəm (s) qorxudandır və hər dövrdə hər qövmün hidayətçisi var.
Görəsən, bu hidayətçi məqamı hər dövr və tayfanın alimlərinə də şamildirmi? – Cavab mənfidir. Çünki hər dövrdə bir yox, çoxsaylı alimlər ola bilər. İslam Peyğəmbəri (s) bir nəfər olduğu kimi, müsəlmanların hidayətçisi də hər dövrdə bir nəfər olmalıdır. Başqa sözlə, İslam Peyğəmbəri (s) dinin təsisçisi olduğundan camaatı qorxudur, İmam isə onları hidayət etməklə bu yolu davam etdirir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK
BEŞİNCİ FƏSİL: İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ
ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL
Dostluq

 
user comment