Azəri
Tuesday 22nd of August 2017
code: 80932
SUİ-ZƏNN VƏ BƏDBİNLİYİN İCTİMAİ ZƏRƏRLƏRİ

 Sui-zənn və bədbinliyin ictimai zərərləri və mənfi təsirləri olduqca çoxdur:

1. Sui-zənn, bədbinlik və bədgümanlıq ictimai reallıqları dərk etməyə mane olur. Bu xislətə düçar olan və hamıya bədbinliklə baxanlar hadisələrin və ictimai səhnələrdəki fəaliyyətlərin səbəblərini ayırd edə bilməyib, çoxlu səhvlərə yol verir, öz aləmində hər şeyi həqiqətə zidd görürlər. Elə buna görə də həmişə geridə qalır, ələ düşən fürsət və dəyərli şəxslərdən faydalanmır və hər yerdə düzgün nəticə çıxara bilmirlər.

2. Sui-zənn, bədbinlik və bədgümanlıq ictimai həmkarlığa, qəlblərin bir-birinə qovuşmasına böyük manedir. Həmin xislət insanı fərdi həyata, tək yaşamağa, guşənişinliyə, ondan baş qaldıran digər səhv fikirlərə doğru çəkir, başqasına etimadın, inamın qarşısını alır, həmkarlığın əsasını qırır.

3. Başqalarının eyiblərini arayıb-axtarmaq da sui-zənn, bədbinik və bədgümanlıqdan baş qaldırır və Qurani-Kərimin “Hücurat” surəsinin 12-ci ayəsi buna bir misaldır:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اجْتَنِبُوا كَثِيرًا مِّنَ الظَّنِّ إِنَّ بَعْضَ الظَّنِّ إِثْمٌ وَلَا تَجَسَّسُوا وَلَا يَغْتَب بَّعْضُكُم بَعْضًا أَيُحِبُّ أَحَدُكُمْ أَن يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًا فَكَرِهْتُمُوهُ وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ تَوَّابٌ رَّحِيمٌ

“Ey iman gətirənlər! Çox vaxt zənnə – gümana qapılmaqdan çəkinin. Çünki zənnin bəzisi günahdır. (Başqalarının işlərində) axtarış aparmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? (Şübhəsiz,) sizin bundan xoşunuz gəlməz. Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edən və mehribandır!”

4. Bəzən sui-zənn və bədbinlik ədavət və kin-küdurətə, hətta qanlı döyüşlərə də səbəb olur. Nəticə etibarilə ailə ocaqları dağılır, böyük və layiqli şəxslər qətlə yetirilir. Qurani-Kərimin “Hücurat” surəsinin{يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِن جَاءكُمْ فَاسِقٌ بِنَبَأٍ فَتَبَيَّنُوا أَن تُصِيبُوا قَوْمًا بِجَهَالَةٍ فَتُصْبِحُوا عَلَى مَا فَعَلْتُمْ نَادِمِينَ} (Ey iman gətirənlər! Əgər fasiq şəxs sizə bir xəbər gətirsə, dərhal onun doğruluğunu araşdırın ki, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!) – ayəsinin nazil olması ilə bağlı deyilir: “Vəlid ibn Əqəbənin bədbinliyi nəticəsində az qalmışdı ki, bir tayfa dağılsın. Verilən ayə xəbərin doğruluğunun araşdırılmasını göstəriş verərək gözlənilən faciənin qarşısını alır.” (“Təfsiri-nümunə”, Ayətullah Məkarim Şirazi, “Hücurat” surəsinin 6-cı ayəsinin təfsirində)

5. Sui-zənn, bədbinlik və bədgümanlıq insanlar arasında dostluq və məhəbbəti söndürür, yerinə nifaq və ikiüzlülük toxumlarını səpir. Bu xislətin sahibi zahirdə başqaları ilə normal ünsiyyət saxlasa da, batində bədbinliklə bərabər riyakarlıq ruhiyyəsi güclənməyə başlayır.

Bir sözlə, sui-zənn və bədbinliyin ictimai zərər və təsirləri bizim təsəvvür etdiklərimizdən daha çoxdur və yuxarıda qeyd olunanlar onun bir hissəsini təşkil edir. “Əxlaq sayəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi, səh. 95-96.)

user comment
 

latest article

  İlahi Hidayət Çırağının Doqquzuncu Nuru İmam Cavad (ə)-ın şəhadəti günüdür
  İmаm Cаvаddan (ә) qırх hәdis
  Təqva – Əhli-beyt (ə) vilayətinin meyarı
  Gündəlik beş namaz nə üçündür?
  MƏHƏMMƏD İBN ƏBU BƏKRİN HƏYATI
  Əba Sələt Hərəvi
  Seyyid Həsən Nəsrullah: İsrail qarşıda olacaq istənilən yeni müharibədə rüsvaycasına məğlub ...
  "Şura" surəsi
  Sad surəsi
  "Səba" surəsi