Azəri
Tuesday 12th of December 2017
code: 80902
Terrorçular Türkiyədə 2017-nin süftəsin etdilər, İstanbulda yeni il gecəsi dəhşətli terror - 39 ölü, 69 yaralı
Görüntülərdə silahlı şəxsin müəssisəyə yaxınlaşaraq insanlara atəş açdığı müşahidə edilir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, dünıən gecə saat 02:00 radələrində İstanbulda gecə klubunda silahlı hücum həyata keçirilib. Silahlı şəxs Reina adlı müəssisəyə gələrək insanlara atəş açıb. Klubda hücum zamanı 700-800 nəfər olub. Nəticədə 39 nəfər ölüb, 69 nəfər yaralanıb. Öldürülənlərin çoxu əcnəbi vətəndaşlarıdır.

Görüntülərdə silahlı şəsxin müəssisəyə yaxınlaşaraq insanlara atəş açdığı qeyd edilib. Bundan sonra bir nəfər yola yıxılır, insanlar xilas olmaq üçün klubun daxilinə qaçırlar, terrorçu da oraya yönəlir.

Digər bir görüntü isə binanın daxilində qeydə alınıb. Silahlı şəxs burada ətrafa göz gəzdirir və sonra müəssisənin otaqlarından birində gizlənir.

Qeyd edək ki, ötən həftə ABŞ rəhbərliyi Türkiyədəki vətəndaşlarına yeni illə bağlı xəbərdarlıq etmişdi. ABŞ tərəfindən edilən xəbərdarlıqda "izdihamların arasına girməkdən, xüsusilə də qərblilərin, turistlərin və əcnəbilərin tez-tez getdiyi bilinən restoran, biznes mərkəzləri, ibadətgah, nəqliyyat mərkəzləri və digər yerlərdən mümkün qədər çəkinin" ifadəsi qeyd edilmişdi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

user comment
 

latest article

  Suriya Ordusu və müttəfiqləri terrorçu Nüsrə Cəbhəsi ünsürlərinə qarşı hücuma keçdilər
  Şri-Lanka buddistləri Müsəlmanlara qarşı vəhşicəsinə hücuma keçdi
  İsveçrə Sosial Demokrat partiyasının sədri: İslam dininin İsveçrədə rəsmi din elan olunmasını ...
  Əsgər analarına dəstək" İctimai Birliyi “Ərbəin - İkinci Aşura” adlı tədbir keçirib
  Uşaq Qatili Səud rejiminin Yəmənə etdiyi təcavüzü nəticəsində 60 sivil Şəhid olub
  Yəmən Zilzal 2 raketləri ilə Səudiyyənin cənubun dağıtdı
  İraq əl Ramadi məntəqəsinə nəzarəti tam bərpa etdi, strateji məntəqə olan Ravahın qərb ...
  Al Anbarın qərbində sionistyönlü terrorçuların 15 bazası darmadağın edildi, 40 qəsəbə azad edilib
  İran İslam Respublikasından “Hepatit C” virusundan əziyyət çəkən xəstələrə şad xəbər
  İmam Xamenei: "İslam dünyası sionist rejimə qarşı müqavimət məsuliyyətini daşıyır"