Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Quranda şərabın haram edilməsi

Quranda şərabın haram edilməsi

Allahın bu ayədə haram buyurduğu “hər cür günah” ifadəsindən məqsədi şərabdır
  Xəlifə Məhdinin şiəçiliyə qarşı güclü mübarizəsinə dair bir nümunə, onun Mədinədə İmam Kazim (əleyhissəlam) ilə söhbətidir. Məhdi xəlifə olduğu illərin birində Mədinə şəhərinə gəlib Peyğəmbərin (səlləllahu əleyhi və alih) qəbrini ziyarət etdikdən sonra İmam Kazim əleyhissəlamla görüşüb öz fikrində o Həzrətin elmini yoxlamaq məqsədilə, Quranda şərabın haram edilməsi məsələsini ortaya atıb soruşdu: “Şərab Quranda haram edilibmi?” Daha sonra əlavə edib dedi: “Camaatın əksəriyyəti şərabın Quranda qadağan olunmasını bilir, ancaq bu qadağanın mənasının haram olduğunu bilmir.”
İmam Kazim (əleyhissəlam) buyurdu: “Bəli, şərabın haram olması Quranda açıq-aşkar buyurulmuşdur.”
— Quranın harasında?
— Allahın (Peyğəmbərə xitab edərək) buyurduğu “De ki: Rəbbim yalnız aşkar və gizli alçaq işləri, zina etmək, lüt gəzmək və s. "hər cür günahı" haqsız zülmü... haram buyurmuşdur.” (“Əraf” surəsi, ayə 33.) ayəsində.
İmam Kazim (əleyhissəlam) bu ayədə digər haram buyurulmuş şeylər barədə danışdıqdan sonra buyurdu: “Allahın bu ayədə haram buyurduğu “hər cür günah” ifadəsindən məqsədi şərabdır. Çünki Allah Özü başqa bir ayədə buyurur: "Ya Məhəmməd!" Səndən içki və qumar haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətindən daha böyükdür.” (“Bəqərə” surəsi, ayə 219.) “Əraf” surəsində açıq-aşkar haram buyurulmuş “hər cür günah” ifadəsi “Bəqərə” surəsində şərab və qumara aid edilmişdir. Buna əsaslanıb deyirik ki, şərab Quranda açıq-aşkar haram buyurulmuş və qadağan olunmuşdur.” Məhdi, İmam Kazim əleyhissəlamın bu istinad və sübutuna heyran qalıb ixtiyarsız olaraq (orada olan) Əli ibn Yəqtinə dedi: “And olsun Allaha ki, bu, Haşimi fətvasıdır.” (Yəni bu, Bəni-Haşim tayfasından olan şəxsin fətvasıdır, bu cür fətvanı yalnız Bəni-Haşimdən olanlar verə bilərlər.) Əli ibn Yəqtin də, öz növbəsində dedi: “Sizə - Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinə belə elm vermiş Allaha şükr olsun!”
Məhdi, Əli ibn Yəqtinin bu cavabından narahat olub öz qəzəbini güclə boğduğu bir halda dedi: “Ey rafizi, düz deyirsən! ”

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Xəvariclər Nəhrəvan döyüşündə haqq yoldan azmışdılarmı? Əli (ə) Müaviə ...
İmam Hüseyn(ə) Qurani- kərimin ayələrində
Məhərrəm ayının 19-cu günü
Allah vəhyinin mütərcimləri
IMAM HÜSEYN ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
İmam Həsən Əskərinin (ə) Əli ibn Babəveyhə məktubu
MÜBARIZƏ VƏ CIHAD ALOVU (2)
Həzrət Əlinin (ə) haqsılığa münasibəti
Peyğəmbər (s) - Şölələnən çıraq
Məhərrəm

 
user comment