Azəri
Saturday 7th of December 2019
  1271
  0
  0

Ayətullah Amili: Netanyahunun Azərbaycana səfəri dünya azəriləri üçün böyük rüsvaylıqdır

Ayətullah Amili: Netanyahunun Azərbaycana səfəri dünya azəriləri üçün böyük rüsvaylıqdır

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ərdəbil əyalətinin əhalisinin Rəhbərlik Ekspertlər Məclisində nümayəndəsi cümə namazının xütbələrinin digər bir hissəsində Azərbaycan Respublikasının izzət və zillətinin istər-istəməz bütün dünya azərilərinə aid olmasına toxunaraq deyib: “Ona görə də azərilərin Azərbaycan Respublikasında baş verən hadisələrə həssaslığı təbiidir”.

Xətib, cəllad və uşaq qatili olan sionist rejimin baş naziri Netanyahunun Azərbaycana bu yaxınlarda gözlənilən səfərini pisləyib və onu azərilər üçün böyük rüsvaylıq və zillət adlandıraraq deyib: “İsraillilərin Netanyahonun heykəlinin İsraildə qoyulmasına bir gün də dözmədiyi və onun qızıl heykəlini aşırdığı bir halda Azərbaycan xalqı bu cinayətkarı necə qəbul edə bilər? Halbuki israillilərin özləri belə onu qəbul etmirlər.”

Ayətullah Amili cəllad və uşaq qatili olan sionist rejimin baş nazirinin Azərbaycan Respublikasına bu yaxınlarda gözlənilən səfərinin əsas məqsədini açıqlayaraq deyib: “İsrailin Azərbaycan Respublikasına marağı iqtisadi və hərbi məqsədlər üzündən deyil. İsrailə Azərbaycan yalnız İranla qonşu olduğu üçün lazımdır və özünün Suriya və Livandakı məğlubiyyətlərinin əvəzini Azərbaycan vasitəsilə İrandan çıxmağa cəhd edir”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

  1271
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

    Yəmən ordusu Səudiyyə rejiminin Apaçi helikopterini vurdu
    Müqəddəs Qumda yerləşən "Din və Təbiət" muzeyi – Foto
    Təbrizdə "Quranın 30-cü Cüzünü Hifz Edək" Milli Layihənin 4000 şagirdlərdən ...
    Sualın xülasəsi: İnsanın dünyadan köçmüş yaxın adamını yuxuda görməyi üçün hansı ...
    İmam Xamenei cənablarının hüzuru ilə Əyyami Fatimə (s.ə.) məclisləri qeyd edilir – Foto
    Habil və Qabil kim ilə evlənmişdi?
    Aya şeytanın övladı vardır və onlar da lənətlənibdirmi?
    Buna diqqət etdikdə ki, Quran hər bir şeyi açıqlayıb bəyan edəndir, ayələri dərk ...
    Nə üçün az sayda peyğəmbərlərin adları Quranda çəkilmişdir?
    Təthir ayəsinin, ayənin ortasında qərarlaşması, xüsusiylə aid olmasını demək olarmı? ...

 
user comment