Azəri
Tuesday 23rd of April 2024
0
نفر 0

Peyğəmbər (s) digər insanlarla müqayisədə niyə cinsi ləzzətlərdən faydalanmaqda daha azad olub və hətta Peyğəmbər (s)- in həyat yoldaşları müəyyən qədər məhdudlaşdırılıblar?

Aşağıdakı iki məsələyə diqqət edin: Birinci: Allah Əhzab surəsinin 50- ci ayəsində, kənizlərdən tutmuş ta əmi qızları, bibi qızları, xala qızları, dayı qızları, mühacir qızlarını və çox qadını Peyğəmbərə halal edib və hətta bəyan edir ki, qadınlar hətta evlənmədən özlərini müftə onun ixtiyarına verə bilərlər. İkinci: Həmin surənin 53- cü ayəsində buyurur ki, Peyğəmbərin həyat yoldaşlarının hətta onun ölümündən sonra da, başqaları ilə evlənmək
Peyğəmbər (s) digər insanlarla müqayisədə niyə cinsi ləzzətlərdən faydalanmaqda daha azad olub və hətta Peyğəmbər (s)- in həyat yoldaşları müəyyən qədər məhdudlaşdırılıblar?

Aşağıdakı iki məsələyə diqqət edin: Birinci: Allah Əhzab surəsinin 50- ci ayəsində, kənizlərdən tutmuş ta əmi qızları, bibi qızları, xala qızları, dayı qızları, mühacir qızlarını və çox qadını Peyğəmbərə halal edib və hətta bəyan edir ki, qadınlar hətta evlənmədən özlərini müftə onun ixtiyarına verə bilərlər. İkinci: Həmin surənin 53- cü ayəsində buyurur ki, Peyğəmbərin həyat yoldaşlarının hətta onun ölümündən sonra da, başqaları ilə evlənmək haqları yoxlarıdır. Bu ayələr, cinsi azadlıqlarda bir növ ayrı- seçkilik deyilmi ki, Peyğəmbəri digərlərindən (istər kişi və istərsə də qadın) cinsi ləzzətlərdən faydalanmaqda daha azad edib, amma digərləri üçün məhdudiyyət qoyubdur?
Qısa cavab

Bu sual, Peyğəmbər (s) ilə digər insanlar arasında olan fərqlərə aiddir və cinsi əlaqələrin formasındakı kişi və qadın arasında olan ümumi fərqlərlə (öz yerində onun sübutları araşdırılıb) əlaqəli deyil.

Buna əsasən qısaca deyirik:

    Peyğəmbər (s)- ə verilən üstünlüklər, yalnız onun öhdəsində olan vəzifələr qarşılığındadır.
    Peyğəmbər (s) bu üstünlüklərdən heç vaxt ifrat formada faydalanmayıbdır.
    Şiənin müvəqqəti evliliyin qeyri- məhdud formada icazəli olmalı əqidəsinə əsasən, əməldə Peyğəmbər (s)- lə digər kişilər arasında o qədər də fərq gözə çarpmır.
    Peyğəmbər (s)- in həyat yoldaşlarına qoyulan məhdudiyyətlər onların mövqeyinə uyğun olsa da, amma bununla belə onlar Peyğəmbər (s)- lə yaşamağa məcbur deyildilər, əksinə öz razılıqları ilə bu məhdudiyyətləri qəbul ediblər.

Ətreaflı cavab

Əslində bu sual neçə hissəyə bölünür. Ona görə də, onun cavabını neçə əsasla verməliyik:

    Əhzab surəsinin əllinci ayəsində işarə olunan məsələlərin hamısı, Peyğəmbər (s)- ə məxsusdurmu?
    Niyə ər seçmənin xüsusi bir növü Peyğəmbər (s)- ə məxsus olub ki, onda imanlı qadınlar özlərini Peyğəmbər (s)- ə hədiyyə edib və mehriyyə almadan onun həyat yoldaşı ola bilərdilər?
    Niyə Peyğəmbər (s) başqa kişilərlə müqayisədə, cinsi məsələlərdə xüsusi üstünlüklərə malik idi?
    Peyğəmbər (s) üçün bu üstünlüklər ola- ola, niyə onun xanımlarının hətta digər qadınlar üçün qəbul olunmuş haqlardan məhrum olub və Peyğəmbər (s)- in ölümündən sonra digər bir şəxslə evlənmək haqqı yox idi?

İndi həmin sıra ilə, yuxarıdakı mövzuları araşdırırıq:

    Əvvəlcə, sualınızın birinci hissəsi ilə əlaqəli olan ayəyə nəzər salaq.

Allah bu ayədə, Peyğəmbərə (s) buyurur:

«يا أَيُّهَا النَّبِيُّ إِنَّا أَحْلَلْنا لَكَ أَزْواجَكَ اللاَّتي‌ آتَيْتَ أُجُورَهُنَّ وَ ما مَلَكَتْ يَمينُكَ مِمَّا أَفاءَ اللَّهُ عَلَيْكَ وَ بَناتِ عَمِّكَ وَ بَناتِ عَمَّاتِكَ وَ بَناتِ خالِكَ وَ بَناتِ خالاتِكَ اللاَّتي‌ هاجَرْنَ مَعَكَ وَ امْرَأَةً مُؤْمِنَةً إِنْ وَهَبَتْ نَفْسَها لِلنَّبِيِّ إِنْ أَرادَ النَّبِيُّ أَنْ يَسْتَنْكِحَها خالِصَةً لَكَ مِنْ دُونِ الْمُؤْمِنين»[1]

"Ya Peyğəmbər! Həqiqətən də, mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə (Mədinəyə) hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını və bir də Peyğəmbər onunla evlənmək istədiyi təqdirdə özünü (mehrsiz) Peyğəmbərə bağşlayan hər hansı bir mömin qadını digər möminlərə deyil, yalnız sənə məxsus olmaq üzrə sənin üçün halal etdik".[2]

Şərii hökmlər barəsində bir az məlumatlı olsaq, anlayacağıq ki, bu ayədə işarə olunan qadınlar, əlbəttə bir yeri çıxmaqla, Peyğəmbər (s)- ə məxsus deyil və bütün insanlara aiddir. O həzrətə "əhləl na ləkə" cümləsi ilə xitab etmək, yalnız ona məxsus olmağa dəlil deyil. Əksinə digər ayələrdə də görürük ki, onun ilk xitab olunanı, Peyğəmbər (s)- in özüdür, lakin onda olan hökm, bütün müsəlmanlara aiddir.[3]

    Yuxarıdakı ayədə "xalisətən ləkə" kəlməsi ilə Peyğəmbərə məxsus olan təkcə məsələ budur ki, bir qadın öz razılığı və istəyi ilə özünü Peyğəmbər (s)- ə bağışlayır. Bu formada evlilik o həzrətə məxsusdur və digərlərini üçün ondan faydalanmaq mümkün deyil. Amma bu hissə də diqqətli olsaq, bizim üçün maraqlı nəticələr olacaq:

Birinci: Bu üslub əməldə elə formada deyil ki, həqiqi mənada yalnız Peyğəmbər (s)- ə məxsusluq yaratsın, əksinə əgər bir qadın digər şəxslərə də müraciət edib və onlarla evlənməyə meyilli olduğunu bildirsə, belə evliliyin baş tutması mümkün olacaq. Bu fərqlə ki, Peyğəmbər mehr ödəmədən onunla evlənə bilər, digərləri isə mehr ödəməlidirlər.[4]

İkinci: Təfsirçilərin bəzisi bu fikirdədirlər ki, Peyğəmbər (s) ömrü boyu, özünə məxsus olan bu haqqından heç vaxt istifadə etməyibdir.[5] Amma digər bir dəstə isə bu fikirdədirlər ki, yalnız bir qadın bu yolla Peyğəmbər (s)- in həyat yoldaşı olubdur ki, bəzi rəvayətlərə əsasən, o da dul bir qadın ya boşanmış bir qadın olub ki, Şərik adında bir oğlu da var imiş.[6]

Ona görə də, ayənin bu hissəsini Peyğəmbər (s) üçün ali bir üstünlük və onu bir növ cinsi cəhətdən ayrı- seçkiliyə sübut nəzərə almaq olmaz.

    "Kişilərin hamısı niyə ən çoxu dörd qadınla evlənə bilər,[7] amma say cəhətdən belə bir məhdudiyyət Peyğəmbər (s) üçün mövcud deyil; barəsində deyirik:

3- 1- Peyğəmbər (s) üçün nəzərə alınan üstünlüklər, onun öhdəsinə qoyulan çox ağır vəzifələrin qarşılığındadır. Ona görə də, görürük ki, bir yerdə "xalisətən ləkə" kəlməsi ilə OHəzrətə bir "nafilətən ləkə"[8] kəlməsi ilə də gecə oyaq qalma və əlavə ibadət yalnız O Həzrətə vacib olubdur. Bu o hökmlərdir ki, insanlar üçün onu yerinə yetirmək müstəhəb və onu tərk etməyin də heç bir cəzası yoxdur.

Bəziləri bu fikirdədirlər ki, Peyğəmbər (s) bir tərəfdən irfanın və Allahla bağlılığın ən yuxarı həddndə olduğuna və digər tərəfdən maddi dünyada, adi insanlarla yaşamalı olduğuna görə, normallaşdıran vasitələrlə ehtiyacı var idi. Həyat yoldaşları ilə yaşamaq, o vasitələrdən biri sayılırdı.

3- 2- Tarixi oxuduqda görürük ki, başçılar onlarla və bəzən yüzlərlə qadınlarla hərəmxanalar təşkil ediblər. Amma Peyğəmbər (s) nəzəri cəhətdən belə hərəmxanalar təşkil edə bilməsinə baxmayaraq, amma əməldə, məşhur nəzərə əsasən O Həzrətin xanımlarının sayı əlin barmaqları qədər olmayıb. Onlardan birini çıxmaqla, hamısı dul və boşanmış qadınlardan olublar.

Bunların hamısı bunu isbat edir ki, yalnız cinsi məqsədlər belə evliliklərin hədəfi olmayıbdır.

3- 3- Şiənin nəzərində Peyğəmbər (s)- dən başqa, digər kişilərin də, qadınlar sayı cəhətdən məhdudiyyətləri yoxlarıdır. Amma yalnız dörd qadınla daimi formada və digər qadınlarla müvəqqəti formada evlənə bilərlər.[9] Buna əsasən və əməldə, cinsi azadlıqlarda Peyğəmbər (s)- lə digər kişilər arasında heç bir ayrı- seçkilik yoxdur.

3- 4- Təbii bəzi ixtilafları nəzərə almasaq, siz elə bir yeri tapa bilməzsiniz ki, Peyğəmbər (s)- in həyat yoldaşlarından biri, onun cinsi istəklərinə diqqətsizlik məsələsi ilə bağlı şikayət etmiş olsun. başqa sözlə, onların hamısı mövcud vəziyyətdən razı olub və sonradan deyəcəyimiz kimi, heç vaxt o həzrətdən ayrılmaq istəməyiblər. Amma çox az vaxt bəzi kişiləri tapa bilərik ki, hətta daimi iki arvadı arasında cinsi əlaqənin ehtiyaclarını aradan qaldırma məsələsində ədalətlə rəftar edə bilsin. Rəftarda fərqin olmasına görə, say cəhətdən onlar üçün məhdudluğun olması, yozulacaqdır.

    Sualın son hissəsi ilə bağlı deməliyik ki, Peyğəmbər (s) ilə həyat yoldaşları arasında olan cinsi azadlıqlarda olan fərqlər, əslində aşağıdakı yerlərdən birinə qayıdır:

4- 1- Bu fərqlərin bəzisi təkcə Peyğəmbərə (s) aid olmayan kişi və qadın cinsi arasında olan fərqlərdən qaynaqlanır və bunun dəlili də öz yerində müzakirə olunubdur. Bu hissə sizin sualnızın əsas məqsədi olmasa da, amma onunla bağlı, haşiyədə gələn cavablara baxa bilərsiniz.[10]

Peyğəmbər (s) və həyat yoldaşlarının əsas cinsi fərqləri ilə əlaqədə, o həzrətin həyatı dövrünə qayıtdıqda digər kişilərlə heç bir fərqi yoxdur. Bu cəhətdən, O Həzrətin həyat yoldaşlarının məhdudiyyətləri, digər qadınlar kimidir.

4- 2- İkinci hissə, Peyğəmbər (s)- in həyat yoldaşları ilə digər qadınlar arasındakı fərqlərdir. Bu haqda deməliyik ki, onların cəmiyyətdə yüksək mövqelərinin olmalarına görə, adi qadınlara oxşar hərəkətlər edə bilməzdilər. Allah onlara xitab edərək buyurur:

"Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. (daha çox mükafat və savaba malik olacaqsınız)."[11]

Bunun qarşısında buyurur:

"Ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq- aşkar bir çirkin (günah) iş görsə, onun əzabı ikiqat olar".[12]

Belə bir mühüm mövqeyə daxil olma və möminlərin anası rolunda qərarlaşmaq, onların özlərinin şəxsi razılıqları olmadan və məcburi formada ola bilməz.

Ona görə də, Allah öz Peyğəmbərlərinə buyurubdur:

"Ya Peyğəmbər! Zövcələrinə belə de: "Əgər siz dünya həyatını və onun dəbdəbəsini istəyirsinizsə, gəlin sizə təlaq haqqınızı verim və gözəl bir tərzdə (Allahın buyurduğu qayda üzrə) boşayım. Yox, əgər Allahı, onun Rəsulunun və axirəy dünyasını istəyirsinizsə, (bilin ki,) Allah içərinizdən yaxşı iş görənlər üçün böyük bir mükafat hazırlamışdır."[13]

Bundan sonra O Həzrətin zövcələri, aşağıdakılardan birini seçə bilərdilər:

Birinci: Qiymətli hədiyyələr almaqla və çox hörmətli formada, Peyğəmbər (s)- dən ayrılıb və digər qadınlar kimi öz həyatlarını sürərlər. Təbiidir ki, bunu seçməklə onlar başqasının arvadı ola bilərdilər.

İkinci: Baxmayaraq ki, dünyəvi yüksək mövqeyi və axirətin münasib mükafatını nəzərə almaqla, təqvalı olan halda, O Həzrətin həyat yoldaşı qalardılar.

Təbiidir ki, bunu seçməyin, məhdudiyyətləri də olacaq. Tarix buna şahiddir ki, Peyğəmbər (ü)- in həyat yoldaşlarının hamısı, qarşıdakı məhdudiyyətləri bilə- bilə, O Həzrətin yanında qalmağa üstünlük veribdir.

Bəzi rəvayətlərə əsasən, razılığı elan etməkdə qabaqcıl idi.[14]

Bu məhdudiyyətlərdən biri, Peyğəmbər (s)- dən sonra başqaları ilə evlənmək qadağası idi ki, Əhzab surəsinin 53- cü ayəsində buyurur:

"Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük günahdır".

İbn Abbas deyir: Bu ayə Peyğəmbər (s)- dən sonra Ayişə (vəfadarlığını Peyğəmbərə elan etməkdə öndə olan qadın) ilə evlənmək istəyən kişi haqda nazil olub. Sədi adında digər bir təfsirçi deyir:

Ayişə ilə evlənmək istəyən kişi, Təlhə bin Ubeydullah idi.[15]

Diqqət edin ki, bu hörmətli səhabə möminlər anası Ayişənin köməyi ilə, Cəməl döyüşündə böyük bir fitnə yaratdı.

İndi, əgər o, möminlərin anasının əri adını da daşıyasdı, daha böyük fitnələr yaratması və o keçmişdə Peyğəmbər (s)- in həyat yoldaşı olan bir şəxsin əri olması adı ilə, camaatın fikrini özünün qanunsuz istəkləri üçün aldatması ehtimalı olmazdımı? [16]

Ona görə də, və belə yerlərdə və buna oxşar yerlərdə ehtimal olunan sui- istifadələrin qarşısını almaq üçün, Peyğəmbər (s)- in həyat yoldaşlarına onun vəfatından sonra evlənmələri qadağan oldu. Qabaqcadan da dediyimiz kimi, onlar Peyğəmbər (s)- in həyatı zamanı O Həzrətdən ayrılıb və digəri ilə evlənə bilərdilər. Amma indi ki, öz razılıqları ilə, O Həzrətlə evlilikdə qaldılar, qəbul olunan məhdudiyyətləri də bunun daxilində qəbul etdilər.

 

[1] - Əhzab surəsi, ayə 50.

[2] - Məkarim Şirazinin tərcüməsi.

[3] - Nümunə olaraq baxın: Təlaq surəsi, ayə 1.

[4] - Kuleyni, Məhəmməd bin Yəqub, Kafi, cild 5, səh 384, h 2, Darul- kutubul- İslamiyyə, Tehran, 1365 hicri şəmsi.

[5] - Təbəri, Əbu Cəfər Məhəmməd bin Cərir, Cameul- bəyan fi təfsiril- Quran, cild 22, səh 17, Darul- mərifə, Beyrut, 1412 hicri qəməri.

[6] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 22, səh 202. Müəssisətul- vəfa. Beyrut, 1404 hicri qəməri.

[7] - Bu haqda müxtəlif təfsir, kitablarına müraciət edib, Nisa surəsinin üçüncü ayəsinin izahında yazılan məsələləri oxuya bilərsiniz.

[8] - İsra surəsi, ayə 79.

[9] - Kuleyni, Məhəmməd bin Yəqub, Kafi, cild 5, səh 451, «انهن بمنزلة الإماء و لیست من الأربع » "İnnəhunnə limənzilətil- ima və beysət minəl- ərbə" babında mövcud olan rəvayətlər.

[10] - Göstəricilər: "İslamda qadın və kişinin irsinin fərqləri" 2207 nömrə; "İslamda qadın və kişinin diyəsinin fərqi "2379 nömrə; "Qadın və kişinin mürtəd olmasının hökmünün fərqi olmasının fəlsəfəsi, 1912 nömrə, "Qadınla kişinin diyəsinin fərqli olmasının səbəbi" 7469 nömrə; Qadınla ərinin irsinin fərqli olmasının səbəbi" 886 nömrə.

[11] - Əhzab surəsi, ayə 32.

[12] - Əhzab surəsi, ayə 30.

[13] - Əhzab surəsi, ayə 28- 29.

[14] - Təbəri, Əbu Cəfər Məhəmməd bin Cərir, Cameul- bəyan fi təfsiril- Quran, cild 21 səh 100.

[15] - İbn Kəsir Dəməşqi, Təfsirul- Quranil- əzim, cild 6, səh 403, Darul- kutubul- elmiyyə, Beyrut, 1419 hicri qəməri.

[16] - Bu haqda, 6644 sualın saytını oxuyun.


source : islamquest
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Dünyanın ən qədim kiçik Quranı xristiandadır
Qurani- kərimdə müsəlman hansı mənanı daşıyır?
"İnfitar" surəsi
Nəfsdən xilas olaq!
"Bələd" surəsi
"Nəhl" surəsi
"Təkasur" surəsi
Ələq" surəsi
"İsra" surəsi
Mücadilə" surəsi

 
user comment