Azəri
Thursday 28th of March 2024
0
نفر 0

Peyğəmbərin (s) möcüzəsi

İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alehi və səlləm) insanları islam dininə dəvət etməsi bir sıra möcüzələrlə birgə olub. Onlardan bəzilərinə işarə edirik: 1 – İslam Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) insanları İslama dəvət edir və risalət vəzifəsini öhdəsinə alır. Müşriklər gördülər ki, Peyğəmbər (səlləllahu ələyhi və alehi və səlləm) öz iddiasına israr edir və əshabı islamın ya
Peyğəmbərin (s) möcüzəsi
İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alehi və səlləm) insanları islam dininə dəvət etməsi bir sıra möcüzələrlə birgə olub. Onlardan bəzilərinə işarə edirik:
1 – İslam Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) insanları İslama dəvət edir və risalət vəzifəsini öhdəsinə alır. Müşriklər gördülər ki, Peyğəmbər (səlləllahu ələyhi və alehi və səlləm) öz iddiasına israr edir və əshabı islamın yayılması və tövhid əqidəsini dəvətdən ötrü hər çətinliyə sinə gəlirlər. Müşriklərin bütlərə ibadət etmələri, şirk qoşmaları və Peyğəmbər (səlləllahu ələyhi və alehi və səlləm) və əshabına əziyyət vermələrinə baxmayaraq islam Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) və əshabı öz təbliğ yollarında möhkəm dayanmışdılar. Müşriklər qərara gəlirlər ki, islam Peyğəmbərini (sələllahi əleyhi və alehi və səlləm), əshabını, əmisi Əbi Talibi, bəni Haşim övladlarını və bəni Əbdülmüttəlib övladlarını iqtisadi və ictimai cəhətdən sıxıntıda saxlamaqdan ötrü onları mühasirə şəraitində Şöb əbi Talib adlı xüsusi bir yerdə saxlayırlar. İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alehi və səlləm) peyğəmbər elan olunmasından altı il sonra bu qərara gəlirlər. Qureyş tayfasının böyükləri öz aralarında belə bir zalimanə əhd bağlayırlar ki, bu gündən sonra heç kim bəni haşim tayfası Məhəmmədi (səlləllahu ələyhi və alehi və səlləm) onlara öldürmək üçün təhvil verməyincə heç kimin ixtiyarı yoxdur ki, onlarla nə ticarət etsin, nə qız alsın və nə də qız versin. Yazdıqdan sonra qureyşin səkkiz nəfər böyük şəxsiyyətlərindən bu kağıza möhür də vururlar. Bütün bunları mənsur ibni Əkrəmənin əli ilə yazırlar. (Allah onun əlini şil eləsin!)
Əhdnaməni yazdıqdan sonra besətin yeddinci ilində məhərrəm ayında Kəbə evinin divarından asırlar. Lövhə üç il Kəbənin divarından asılı qalır. Bu üç il mühasirə müddətində Peyğəmbər (səlləllahu ələyhi və alehi və səlləm) bəni Haşim və səhabələr çox şiddətlə əziyyət çəkirlər. Peyğəmbər (səlləllahu ələyhi və alehi və səlləm), Əbu Talib və Xədicə bütün mal-dövlətlərini bu müddətdə xərc edirlər. Onlar gizlin şəkildə ikiqat qiymətinə çətinliklə də olsa qida məhsulları alıb müsəlmanlara çatdırırdılar. Bununla mühasirədə olanlar acından ölmürlər.
Bu arada həzrət Cəbrail (əleyhissalam) Peyğəmbərə (əleyhissalam) nazil olur. Xəbər verir ki, Allah-taala qarışqa göndərir ki, Kəbədən asılan o əhdnaməni yesin. Təkcə, Allah adı olan qismət toxunulmamış qalır. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) bu xəbəri əmisi Əbu Talibə çatdırır.
Əbu Talib qureyşi cəm edib onları qorxudaraq belə deyir: Gedin yazdığınız o əhdnamıni gətirin! Bəlkə ona baxıb bizi mühasirədən çıxarasınız və öz qohum əqrabalarınızla silə-rəhm edib bu qəhətiçiliyi kəsəsiniz! Əhdnaməni gətirirlər. Əbu Talib müraciət edir: Təsdiq edirsiniz ki, bu sizin əhdnamənizdir? Cavab verirlər: Bəli! Soruşur: Bu əhdnaməyə əliniz dəyibmi? Deyirlər: Xeyr!
Əbu Talib cavab verir: Mühəmməd öz Allahından mənə xəbər verib ki, Allah-taala sizin yazdığınız əhdnaməni yeməkdən ötrü qarışqa yollayıb və Allah sözündən başqa orda nə varsa hamısını qarışqa yeyib. Deyin görüm əgər bu söz düzgün olsa nə edəcəksiniz? Cavab verirlər ki: Əgər belə olsa biz sizə qarşı olan bu əməlimizdən əl çəkəcəyik. Əbu Talib cavab verir: Əgər bu söz yalan olsa Məhəmmədi sizə verəcəm onu öldürə bilərsiniz! Cavab verirlər: Nə yaxşı insaflı və gözəl söz danışdın? Əhdnaməni gətirirlər. Qarışqa, “Bismillah” kəlməsindən başqa bütün yazıları yemişdi. Belə olan halda onlar fəryad çəkirlər: Bu ancaq bir sehrdir! Bu vaxt əhalidən böyük bir dəstəsi Bəni Haşim tayfasının müdafiəsinə qalxır və onları bu düşdükləri vəziyyətdən xaric edirlər. Bundan sonra bəni Haşim həmən yerə qayıtmırlar.[12] Bu möcüzə səbəb olur ki, insanlardan bir dəstəsi İslama gəlsinlər.
2. - İslam Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) Mədinə şəhərinə hicrət edir. Əbu Bəkr də o Həzrətlə bir yerdə Məkkədən Mədinəyə hərəkət edirlər. Qureyşdən bir dəstə atlı yollayırlar ki, Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) tutub Məkkəyə qaytarsınlar və öz nəzarətləri altında saxlasınlar. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) atlıları gördükdə Əbu Bəkrlə birlikdə Məkkə yaxınlığındakı Sur dağının mağarasına girirlər. Atlılar gəlib həmin mağaranın ağzanda Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) axtarmağa başlayırlar. Bu zaman Allah-taala bir hörümçək yollayır ki, mağaranın ağzana tor toxuyub üstündə otursun. Hörümçək ona ilham olunduğu kimi mağaranın ağzında tor qurub üstündə oturur. Atlılar mağaranın ağzında hörümçək toru görüb onun dağılmadığını müşahidə etdikdə fikirləşirlər ki, bu mağarada heç kim olmaz və mağaraya daxil olmurlar. Əgər mağaraya kimsə girsəydi sözsüz hörümçək toru dağılardı. Beləliklə atlılar məyus halda geri dönürlər.
Başqa bir möcüzə də budur ki, Süraqət ibni Cuşəm Peyğəmbərin (səlləllahu ələyhi və alehi və səlləm) tutulmasına görə Müğeyrə tərəfindən qoyulmuş mükafatı almaqdan ötrü Məkkədən xaric olur və Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) gəzməyə başlayır. Qureyş bu işə görə yüz dəvə mükafat təyin etmişdi. Məkkə ilə Mədinə arasında məsafə 470 km-ə çatırdı. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Əbu Bəkrlə mağaradan çıxdıqdan sonra Mədinəyə tərəf hərəkətə gəlirlər. Bu zaman möhkəm silahlanmış Süraqə ilə üzbəüz olurlar. Bu halı görən İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Allaha belə dua edir: İlahi! Necə istəyirsənsə elə də Süraqənin şərrini məndən uzaqlaşdır. Elə bu zaman Süraqənin atının ayaqları axıra qədər quma batır. Suraqə fəryad çəkir: Ya Mühəmməd! Mən bilirəm ki, mənim atımın ayaqlarının batması sən tərəfdəndir. Allahdan istə atımın ayaqlarını çıxartsın. Canıma and olsun ki, məndən sizə xeyir gəlməsə də, şərr gəlməz!
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Allaha dua edir. Allah-taala atın ayaqlarını qumdan azad edir. Süraqə sözünün üstündə durmayıb təzədən Peyğəmbərə (səlləllahu əleyhi və alehi və səlləm) tərəf hücum etmək istəyir. Yenidən atının ayaqları axara qədər quma batır. Bu halət üç dəfə təkrar olur. Hər üç dəfədə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) dua edir at batır və təzədən dua edir at qumdan çıxır.
Süraqə peşiman halda Məkkəyə gəlir və bu halı qureyşə xəbər verir. Lakin onun sözünü qəbul etmirlər. Xüsusilə Əbu Cəhl onu daha çox inkar edir. Süraqə isə onun cavabında bu məzmunda ərəbcə bir şer söyləyir:
Ey əba Həkəm əgər özün orda olub şahid olsaydın,
Atımın ayaqlarının yerə necə batmasını görsəydin,
Özün bilərdin və şəkkin olmazdı ki, həqiqətən, Mühəmməd,
Peyğəmbərdir, sübutu var, nəyə görə onu inkar edirsiniz?[13]
Bu iki hadisə Peyğəmbərin (səlləllahu əleyhi və alehi və səlləm) Məkkədən Mədinəyə hicrət etdiyi zaman baş vermiş hadisədir və o həzrətin Peyğəmbərliyinə dəlalət edən dəlillərdəndir.
İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) bütün bu hadisələrdən ən mühüm möcüzəsi Qurani-kərim sayılır və o, Qiyamətədək qalacaq.
 
Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifdə olunub

source : sibtayn
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İSLAMIN ZÜHURU-2
ŞЕYХ FАZİL LӘNKӘRАNİNİN ÖMÜRLÜYÜNDӘN
HİZBULLAH[1]QÜVVƏLƏRİNİN ÜSTÜNLÜYÜ
İohann Volfhanq Höte: «Quran – kitabların kitabıdır»
Şeyx Məhəmməd Fazil Lənkərani dәftәrхаnаsının nümаyәndәliklәri
İMAMIN ADININ VƏ YERİNİN GİZLİ SAXLANMASI İLƏ ONUN QORUNMASI
DÖRDÜNCÜ FƏSİL
Əhli-beyt (ə) və Qədir-Xum
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...
Əbu Talibin mömin olması barədə varid olmuş hədislər

 
user comment