Azəri
Thursday 28th of March 2024
0
نفر 0

ƏDALƏT

ƏDALƏTİN NÖVLƏRİ İlahi ədaləti iki hissəyə bölmək olar: 1-Təkvini ədalət; 2-Təşri'i ədalət; Təkvini ədalətdən məqsəd, kainatda ilahi ədalətin hökm sürməsi və ədalətin bütün varlıqlar arasında hakim olmasıdır. Təkvini ədalətin isbatı üçün kainatda olan nizam-intizam, həmçinin ədalət üzündən yaranmış varlıqların vücudunu müşahidə etmək kifayətdir. Rəvayətdə buyurulduğu kimi: “Asimanlar və yer ədalət əsasında möhkəm dayanmışdır.” Amma «Təşri'i» ədalət dedikdə, ilahi qanun, hökm və göstərişlərin
ƏDALƏT

ƏDALƏTİN NÖVLƏRİ
İlahi ədaləti iki hissəyə bölmək olar:

1-Təkvini ədalət;

2-Təşri'i ədalət;

Təkvini ədalətdən məqsəd, kainatda ilahi ədalətin hökm sürməsi və ədalətin bütün varlıqlar arasında hakim olmasıdır.

Təkvini ədalətin isbatı üçün kainatda olan nizam-intizam, həmçinin ədalət üzündən yaranmış varlıqların vücudunu müşahidə etmək kifayətdir.
Rəvayətdə buyurulduğu kimi:
“Asimanlar və yer ədalət əsasında möhkəm dayanmışdır.”
Amma «Təşri'i» ədalət dedikdə, ilahi qanun, hökm və göstərişlərin ədalət və insaf üzündən olması nəzərdə tutulur. Təşri'i ədalət özü də iki qismə bölünür:
Birinci: Peyğəmbərlər vasitəsi ilə göndərilmiş qanun və şəriətlərin ədalət əsasında olması;
Allah-təalanın göndərdiyi şəriət və hökmlərin hamısı ədalət əsasındadır və insanın qüdrət və imkan dairəsində məhdudlaşır. Qur'ani-kərimdə buyurulur:
«Biz insanın imkanından kənar hökm vermərik.»[16]
Sual: Allah təala Qur'ani kərimdə buyurur:
«Allah (üçün) layiqincə təqvalı olun.»[17]
Bildiyiniz kimi Həzrət peyğəmbərin (s) zamanında texnika inkişaf etməmiş və fəsad yayan televizor, video, internet və bu kimi digər təbliğat və rabitə vasitələri, olmamışdır. İndiki zamanda (14 əsrdən sonra) isə dünyanın hər bir nöqtəsində müxtəlif pozğunluq və fəsadla üzləşmək olur. Belə bir halda hansı bir müsəlman Allaha layiq olan şəkildə təqvalı ola bilər? Bu Allahın ədaləti ilə uyğun gəlirmi?
Cavab: Qur'ani-kərimlə ətraflı tanış olan hər bir şəxs bu suala çox asanlıqla cavab verə bilər.
Qeyd etmək lazımdır ki, Qur'ani kərimin bə'zi ayələrini deyil, bütün ayələrini nəzərdən keçirməli və daha sonra zehnimizdə olan sualları açıqlamalıyıq.
Qur'ani-kərimin ayrı bir surəsinə nəzər saldıqda öz sualımızın cavabını tapa bilərik. Bu barədə buyurulur:
«Bacardığınız qədər təqvalı olun.»[18]
həzrət peyğəmbərin (s) buyurduğu kimi, Qur'an ayələri bir-birini təkzib etmək üçün deyil, təsdiqləmək üçün nazil olmuşdur.[19]
Elə buna görə də hər bir müsəlmanın öz bacarığı qədər təqvalı olması heç də Allah ədaləti ilə zidd deyildir.
İkinci: Təşri'i ədalətin ikinci qismi axirət aləminə aiddir. Yə'ni axirət aləmində saleh bəndələrlə günahkarlara eyni səviyyədə baxılmayacaq və onların hər biri haqda ədalətli və insaflı hökmlər veriləcəkdir.
Qur'ani-kərimdə oxuyuruq:
«(Bu dünyada) zərrə qədər yaxşı iş görən şəxs onun (əcrini) görəcək, həmçinin zərrə qədər pis iş görən şəxs də öz (pis əməlinin) cəzasını çəkəcəkdir.»[20]
Sual: Axirət aləmində zərrə qədər etdiyimiz günahların cəzasını çəkməli olsaq, onda elə bu başdan yerimizi cəhənnəmdə görməliyik. Çünki hər bir müsəlman öz gündəlik həyatında istər-istəməz bir çox kiçik günahlara batır.
Bu isə kiçik günahlara aiddir və böyük günahlardan söz açılsa, bəlkə də bu haqda danışmağa dəyməz.
Bu ilahi ədalətin ziddi sayılmırmı?
Cavab: Əvvəldə verilən sualın cavabında qeyd etdiyimiz kimi, əvvəla təqvalı olub günahlardan çəkinmək hər bir müsəlmanın öz bacarığı qədərdir.
Digər tərəfdən də Qur'ani-kərimin bə'zi ayələri bu nigarançılığı tamamilə aradan aparır və insanı ümidvar edir. Necə ki, Qur'ani-kərimdə buyurulur:
«Bircə yaxşı iş görən şəxsə on bərabər savab və bircə günah edən şəxsə isə təkcə bir günah yazılacaq və onlara heç bir zülm olunmayacaqdır.»[21]
Beləliklə hər bir müsəlmanın bir savab işi üçün on savab, bir günah işi üçün isə təkcə bir günah yazılır.
Bunun isə ilahi ədalətlə heç bir ziddiyyəti yoxdur və hətta Allahın nəhayətsiz rəhmətindən xəbər verir.
İLAHİ ƏDALƏTİN SÜBUTLARI
Allah təalanın hər növ zülmkarlıqdan uzaq olmasının isbatı üçün ağıl və Qur'an ayələri, həmçinin rəvayətlərdən istifadə olunur.
Ağılın hökmünə əsasən kainatın xaliqi hər növ zülmkarlıq və insafsızlıqdan uzaq olmalıdır. Əks təqdirdə Allah təalanın sifətlərindən biri sayılan «hikmət»-in mə'nası olmayacaqdır.
Heç bir ağıl və məntiq, zülmkar Rəbbi təsdiq etməz, çünki zülmə əl atan şəxs ya kimdənsə qorxur və onun şərrindən uzaq qalmaq istəyir, ya kimə və ya nəyəsə ehtiyacı vardır. Allah-taala isə bütün bunlardan pak və münəzzəhdir.
İndi isə İlahi ədaləti təsdiq edən bir neçə ayə və rəvayəti nəzərinizə çatdırırıq:
1- «Şübhəsiz Allah zərrə qədər belə zülm etməz.»[22]
2- «Şübhəsiz Allah insanlara (heç vaxt) heç bir zülm etməz.»[23]
«həqiqətən Allah ədalət, yaxşılıq, və yaxınlara (qohumlara) əl tutmağa göstəriş verir, (Həmçinin) çirkin, pis işlər və zülmkarlıqdan nəhy edir və xatırladasız deyə sizə moizə (nəsihət) verir.»[24]
Görəsən insanları ədalət və yaxşılığa əmr edən Allahın özü ədalət və insafdan kənar ola bilərmi?
3-«Yəhudi bir şəxs Həzrət Peyğəmbərdən (s) Allahın ədaləti barədə soruşduqda, Həzrət buyurdu:
Allah təala zülmün pisliyindən agah olub, zülmə ehtiyacı olmadığı üçün heç vaxt zülm etməz.»
Bütün bu sübutlardan belə bir nəticə alırıq ki, Allahın ədalət, insaf və hikməti inkar edilməzdir.
Allah təala öz işlərində ədalətli olmasaydı, Onun bütün işləri hikmətsiz sayılar, hikmətsiz işlər isə əbəs və mə'nasız olardı. Bu isə uca məqamlı Rəbbimizdən çox-çox uzaqdır.


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI
Təvəssül və şəfaətin inkarı tarixi
10 HƏDIS (22)
Riyakar və saxtakar insanın üç əlaməti
ŞӘFАӘTİN MӘNАSI
BƏRZƏX
MƏSİHİLİK
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
Nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi ,

 
user comment