Azəri
Friday 29th of March 2024
0
نفر 0

Aclığın dəyəri nədir?!

Aclıq, bütün dinlərdə; o cümlədən yəhudi, xristian və islam kimi dinlərin əsas təməllərdən sayılır və vaciblərindən hesab olunur. İnsanın nəfsi cəhətdən təkmilləşməsində və Allahı tanımasında çoxlu faydalara malikdir. Orucluq zamanı aclığın fiziki və mənəvi faydaları haqqında müxtəlif mənbələrdə mətnlər mövcuddur. Bizim müqəddəslərimizin kəlamında isə onun daha dolğun dəyərləri əks olunur. Həzrət Əli ələyhis-salam buyurub:
Aclığın dəyəri nədir?!

Aclıq, bütün dinlərdə; o cümlədən  yəhudi, xristian və islam kimi dinlərin əsas təməllərdən sayılır və vaciblərindən hesab olunur. İnsanın nəfsi cəhətdən təkmilləşməsində və Allahı tanımasında çoxlu faydalara malikdir.

Orucluq zamanı aclığın fiziki və mənəvi faydaları haqqında müxtəlif mənbələrdə mətnlər mövcuddur.
Bizim müqəddəslərimizin kəlamında isə onun daha dolğun dəyərləri əks olunur.
Həzrət Əli ələyhis-salam buyurub:
"Aclıq çəkmək, paklıq üçün necə də yaxşıdır!"
Başqa bir kəlamda: "Aclıq çəkmək, nəfsin dönüklüyünü və onun adətlərini sındırmaq üçün necə də yaxşıdır!"
Me`rac hədisində Allahın Peyğəmbərindən (səlləllahu ələyhi və alih) belə nəql olunub: "Şeytan, Adəm oğlunun daxilində qan kimi cəryandadır. Onun keçidlərini aclıqla darlaşdırın."
Me`rac hədisində, Peyğəmbərdən (səlləllahu ələyhi və alih) maraqlı bir hədis nəql olunub.
Peyğəmbər  (səlləllahu ələyhi və alih), me`rac gecəsi öz Rəbbindən istəyib belə dedi: Ey Allah! Məni belə bir işə yönəlt ki, onunla Sənə yaxınlaşım.
Buyurdu: Gecəni gündüz, gündüzünü gecə et.
Soruşdu: Ey Allah, bunu necə etmək olar?
Buyurdu: "Öz yuxunu namaz, yeməyini isə aclıq qərar ver. Ey  Əhməd, Öz izzət və cəlalıma adn olsun ki, elə bir bəndə yoxdur ki dörd şeyin zəmanətini versin, onu cənnətə aparmayam: Dilini saxlasın və onu özünə aid olmayana görə açmasın; ürəyini vasvasdan saxlasın; Mənim ondan xəbərim olduğunu -nəzərim altında olduğunu təqdis etsin və gözünün nuru aclıqda olsun!

Ey Əhməd! Kaş ki, aclığın, sükutun, xəlvətin və ondan irs aparanların (dadmış oluqları) şirinliyini dadmış olaydın!
Soruşdu: Ey Allah, aclığın irsi nədir?
Buyurdu: "Hikmət; qəlbi qorumaq; Tanrıya yaxınlaşmaq; daimi qəm; camaat üçün az xərcli olmaq; həqiqəti danışmaq; rahatlıq və asanlıq,  yoxsa çətinlikdə yaşamasına əhəmiyyət verməmək!
Ey Əhməd! Bilirsənmi bəndə hansı halda Mənə yaxınlaşır?
Dedi: Xeyir, Ey Allah!
Buyurdu: "Ac, yaxud səcdə halında olanda."


source : sibtayn
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article


 
user comment