Azəri
Sunday 15th of September 2019
  1511
  0
  0

İslam və insan hüquqları

İslam və insan hüquqları

Günümüzdə aktual mövzulardan biri də insan hüquqları məsələsidir. Uyğun mövzuya müxtəlif prizmalardan yanaşmaq olar və yanaşılıb. Lakin biz insan hüquqları məsələsinə yazıya seçdiyimiz ad əsasında münasibət bildirməyə çalışacağıq. Yəni həm İslam dinin məqsədi, bu dində insanın mövqe və dəyəri və sonda isə İslamın insana verdiyi hüquqlar barəsində söz çacağıq.

İslam, ümumiyyətlə monoteist dinlərin əsas prinsipi insanlara düzgün həyat tərzini göstərmək, onları kamala çatdırmaqdır. İslam dini bu istiqamətdə həm əqidəvi, həm əxlaqi və həm də şəri-hüquqi kodeks qarşıya qoyub.

Qeyd edilən kodeks illuziyalara deyil, reallığa, həqiqətə əsaslanıb. Yəni İslamın məqsədi cəmiyyəti islah etmək, olduğundan ilk öncə bu sahədə mədəni-maarif fəaliyyətləri aparmış, sülh, sevgi dəyərləri ilə bütün insanları bir araya gətirməyə çalışmışdır. Lakin bu müqəddəs göstərişlərə uymayan şəxslərlə sərt davranmaya bilmir. Bu sərt davranmalar aqressivlikdən yox, əslində humanist prinsiplərdən irəli gəlir. Yəni Allah dərgahında insan o qədər müqəddəsdir ki, ən ləyaqətli bəndələrini - peyğəmbərlərini onun uğrunda qurban verir. Doğrudur, ilk baxışda peyğəmbərlərin din uğrunda əzaba qatlşadığını görürük. Lakin azacıq diqqət yetirdikdə dinin insanlar üçün göndərildiyini, peyğəmbərlərin də insanların hidayət edilməsi istiqamətində işkəncələrə məruz qaldığını müşahidə edirik. Əgər Allah insanın hidayət - doğru yola yönəlməsindən ötrü hətta ülul-əzm peyğəmbərlərini qurban verirsə, şübhəsiz eyni məqsədlə insanın özünü də tənbih edə bilər. Ona görə də dinin hər hansı prinsiplərinə, hökmlərinə hidayət baxışı ilə baxılmalıdır. Belə bir halda bir çox tərddüdlər imana çevirlə bilir.

İnsanı ən yaxşı tanıyan Allahdır. Onun haçan müti və haçan üsyankar olduğunu bilir. Yəni insanın pisixologiyası Allaha tam aydındır. Ona görə də yalınız müjədlərlə onun emosiyalarını təhrik etmir, paralel olaraq inzarla - hədələrlə onu kontrol etməyə çalışır. İnsanın yaradılmasında əsas məqsəd onun doğru yola yönəldilməsi olduğundan Allah-taala bəzən ən sərt hədələrlə onun uçruma getməsinin qarşısını almağa çalışır. Həkim xəstəyə xoş olmasa da xəstənin həyatını xilas etməkdən ötrü onun üzərində ən ağır cərrahiyə əməliyyatı aparmağa, ayağını-əlini kəsməyə məcbur olur.

İslam dinində insan varlıqların ən şərəflisi, yer üzündə Allahın canişini kimi təqdim edilir. Ümumiyyətlə, Allah-taala yer üzündə hər bir şeyin insan üçün yaratdığını bəyan edir (Bəqərə, 29). Bu, insana ən hümanist yanaşmadır. Lakin Allah sevimli bəndəsinin bu "hər şey"in içində itib-batmasını istəmir. Dəniz, dağ insan üçün yaradılıb, amma Allah insanın özünü dənizə atıb boğmasına, dağdan yuvarlanaraq özünə qəsd etməsinə icazə vermir.

Azadlıq insanın ən müqəddəs hüququdur. Lakin azadlıq insana xəyanət olunarkən yox, xidmət edərkən dəyər tapır. İnsan yaradılış baxımdan azaddır, istədiyi addımı ata bilər. Lakin İslam ona hər addımı atmağa icazə vermir. İnsan ixtiyarı ilə zəhər yeyə bilər, lakin din onu zəhər yeməməyə məcbur edir.

Demək İslamda insana verilən hüquq onun hidayəti çərçivəsindədir. Bunun xaricində olan heç bir hüquqdan söz gedə bilməz. Ümumiyyətlə insanın hidayətinə qarşı olan hər hansı bir addım qanun yox, cinayət hesab edilməlidir.

Həmçinin, hansısa bir qanun qəbul edilərkən həm də insanın mənəvi qatı da nəzərə alınmalıdır. Mənəviyyat insanın şən və azad yaşaması üçün çox zəruri bir amildir. Bu arada çox dartışdırılan hicab məsələsinə baxaq. Hicab bəzilərinin düşüncəsinin əksi olaraq qadına azadlıq verir, ona hüquqlarından istifadə etməyə imkan yaradır. Həm də hicab qadının ifrat şəhvani meyillərini kontrol edərək onu mənəvi səmtə yönəldir. Açıq-saçıqlıq isə qadını daha çox nəfsinə tabe etdirib düşüncə, təfəkkür tərzini, mənəviyyatını sarsıdır.

Yaxud edam məsələsinə nəzər salaq. Dində bu hökmün icra edilməsi zahirən bəzilərini narahat edir. Lakin bunun fərqinə varmırlar ki, onların silah istehsal edən zavodları əslində dar ağacı istehsal edir.

Əvvəldə qeyd etdiyimiz kimi İslam dinində İNSAN müqəddəsidr. Lakin bütün insanlıq hisslərini itirmiş, şəfqətsiz ikiayaqlı insan sayıla bilməz. Qurani-Kərim belələrini insan saymır, hətta onları heyvandan aşağı hesab edir. Misal olaraq, onlarla azyaşlı uşağa, qıza təcavüz edən, ailələri ləkələyən, kobudcasına ictimai asayişi pozan, uyuşdurucu maddələr paylayaraq minlyonlarla gəncin həyatına son qoyan bir şəxsi cəzalandırmaq, pis əqidəli digər şəxslərə ibrət olsun deyə onu gur bir yerdə edam etmək insan hüququna ziddirmi?

Əgər qeyd edilən cinayətləri tördən şəxsi cəzalandırmaq insan hüquqlarını pozmaqdırsa, bir şəxsin cinayətinə görə bütöv bir ölkəni bombardman etmək, milyonlarla isanı (Əfqanıstan, İraq kimi) vəhşicəsinə qətlə yetirmək nə adlanır? Milyonlarla insanı (məzlum Qəzzə əhalisi kimi) illərlə ən ilkin hüquqardan məhrum edilməsinə nə ad verilməlidir?

İnsan hüquqlarından dəm vuran hegemon ölkələrdə inşa edilən silah zavodları insanlığa yönəlməmişdirmi? O silahların hər biri bir dar ağacı deyilmi? Quantanamo, Əbu-Qureyb kimi insanlığa zidd həbsxanalar və həmin həbsxanalarda ən ağır işkəncələr hansı dəyərlərə sığır?

Yazar :

Niyam Aqil

 

 

Bismillahir Rəhmanir Rəhim

 


source : www.abna.ir
  1511
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Almaniya höküməti Şiə təşkilatına verilən ianə yardımlarını qət etdi
      Pakistan ordusundan Hindistana: “Qətiyyətimizi sınamayın!”
      4 il öncə öldürülmüş əl-Bağdadinin dublikatı məğlubiyyətinə etiraf etdi –
      AİP səud rejiminin son cinayətlərini pisləyib
      Əsasən müsəlman məhbusların olduğu Quantanamonun rəhbəri işdən azad edildi
      Qərb demokratiyasının təzahürü: Belçikada 70 sarı jiletli həbs olunub
      Somali Əmək və İnkişaf Nazirliyinin binasına kamikaze hücumu
      İblisin əhvalatı həqiqidir, yoxsa təmsil üçündür?
      And içmək
      Əmirəlmöminin İmam Əli (ə) buyurur

 
user comment