Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Ermənistanda “Qurani Kərim”in yarışı keçirilib

Ermənistanda “Qurani Kərim”in yarışı keçirilib

İrəvanda yaşayan iranlılar Nimeyi Şəbanı təmtərahla keçirtmişlər. İnşəAllah o gün olsun yurd-yuvalarından qaçqın düşmüş Azərbaycanlılar tezliklə ana torpaqlarına qayıdaraq bu bayramları ermmənilərsiz keçirtsinlər. Amin.

Ermənistanda "Qurani Kərim"in yarışı keçirilib + Foto

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Ermənistan paytaxtı İrəvanda qurani Kərim" üzrə yarış keçirilib.

Qeyd olunan yarış Nimeyi Şəban gecəsi, İmam Sahibə Zəmanın (Allah onun zühurun tezlə.dirsin) anadan olan günü münasibəti ilə İrəvanda yerləşən Məscid-i Kabudda (Göy Məscid) keçirilmişdir.

Yarış Quran Kərimin Qiraəti (Quranın gözəl oxunuşu), Tərtili (Quranı təcvid qaydası ilə asta nə çox sürətlə və nə yavaş sürətlə oxunması), Məfahimi (Qurandakı kəlmələrin məfhumları), Hifzi (Quranı əzbərdən demək) və Azan üzrə keçirilmişdir.

Qeyd edək ki, İrəvanda yaşayan iranlılar Nimeyi Şəbanı təmtərahla keçirtmişlər. İnşəAllah o gün olsun yurd-yuvalarından qaçqın düşmüş Azərbaycanlılar tezliklə ana torpaqlarına qayıdaraq bu bayramları ermmənilərsiz keçirtsinlər. Amin.

Məscid-i Kabud barədə qısa anlayış:

Azərbaycanca: Göy məscid, Ermənicə: Կապույտ Մզկիթ, Kapuyt Mzkit və Գյոյ Մզկիթ, Gyoy Mzkit; Farsca: مسجد کبود,

Məscid-i Kabud Ermənistanın paytaxtı İrəvanda yerli müsəlmanların dua etdikləri məsciddir. 1766-ci ildə İrəvan xanı Hüseyn-Əli Xanın əmriylə tikilmişdir və Azərbaycan memarlıq nümunələrindən biridir. Eni 66 metr, uzunluğu 97.2 metr olan Məscid-i Kabud İrəvan Məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi Came Məscidi idi.

Çar dövründə İrəvanda azərbaycanlıların dua etdikləri 8 Məsciddən biri idi. Məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarətdir; və ümumilikdə 7.000 kvadrat metrlik ərazidə yerləşir. İkinci dünya müharibəsindən sonra Sovet hökümətinin radikal dünyəvi siyasətinə uyğun olaraq hündürlüyü 24 metr olan 4 minarədən 3-ü söküldü və 1952-də Məscidin bir hissəsi planetariyə, bir hissəsi isə məthəfə döndərilmişdir.

Məscid XX yüzildə ermənilər tərəfindən iki dəfə yandırılmışdır. İlk dəfə 1918-ci ildə, sonra isə 1955-ci ilin martında azəri din xadimi Mahmud Aruzoğlu, həyat yoldaşı və 22 nəfər alim məsciddə ibadət edərkən.

1995-2006-cı məscid İran İslam Respublikasının «İslam İnqilabının Veteranları və Ehtiyaclıları Komitəsi»nin tikinti şirkətlinin köməyi ilə bərpa olunub və İran İslam Respublikasının Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir.

Məscidin görüntülərin sizə təqdim edirik:

 


source : www.alimamali.com
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Dünyanın ən qədim kiçik Quranı xristiandadır
Qurani- kərimdə müsəlman hansı mənanı daşıyır?
"İnfitar" surəsi
Nəfsdən xilas olaq!
"Bələd" surəsi
"Nəhl" surəsi
"Təkasur" surəsi
Ələq" surəsi
"İsra" surəsi
Mücadilə" surəsi

 
user comment