Azəri
Friday 29th of March 2024
0
نفر 0

Qurani-Kərim barəsində sual və cavablar

Sual-10: Quranı bir yerə yığan ilk şəxs kim olmuşdur?

Cavab: Quranı bir yerə yığan ilk şəxs Həzrət Əli əleyhissalamdır.

Qurani-Kərim barəsində sual və cavablar


Sual-1: Quranın neçə surəsi var və ayələrinin sayına görə ən böyük və ən kiçik surələr hansıdır?

Cavab: Quranın 114 surəsi var və ayələrinin sayına görə ən kiçik surə "Bismillah"-ı ilə dörd ayəsi olan "Kovsər" surəsi, ən böyük surə isə 286 ayədən ibarət olan "Bəqərə" surəsidir.

Sual-2: Peyğəmbərə nazil olan birinci və axırıncı ayə hansıdır?

Cavab: Birinci nazil olan ayə "Ələq" surəsinin ilk ayəsi, axırıncı nazil olan ayə isə "Maidə" surəsinin 3-cü ayəsidir.

Sual-3: -Quranın ən əzəmətli ayəsi hansıdır?

Cavab: Quranın ən əzəmətli ayəsi "Bismillahir-rəhmanir-rəhim"dir.

Sual-4: Quranın ən ali ayəsi hansıdır?

Cavab: Quranın ən ali ayəsi "Ayətəl-Kürsi"dir.

Sual-5: Həzrət Muhəmməd (s.ə.v.v)-in "bu surə məni qocaltdı!" - deyə buyurduğu surələr hansıdır?

Cavab: Həzrəti Muhəmməd peyğəmbərin "bu surə məni qocaltdı" dediyi surələr "Hud", "Vaqiə", "Mursəlat" və "Nəbə" surələridir.

Sual-6: Peyğəmbərin "Bu ayə məni qocaltdı!" - deyə buyurduğu ayə hansıdır?

Cavab: Bu, "Hud" surəsinin 112-ci ayəsidir.

Sual-8: Quranın ən uzun ayəsi hansıdır?

Cavab: Quranın ən uzun ayəsi "Bəqərə" surəsinin 282-ci ayəsidir.

Sual-9: Allah taalanın hansı adı Quranın surələri qədər (114 dəfə) bu ilahi kitabda istifadə olunub?

Cavab: Allah taalanın "Rəhim" adı Qurani-Kərimdə 114 dəfə təkrar olunub.

Sual-10: Quranı bir yerə yığan ilk şəxs kim olmuşdur?

Cavab: Quranı bir yerə yığan ilk şəxs Həzrət Əli əleyhissalamdır.

Sual-11: Qurana ilk dəfə erab, yəni hərəkə qoyan kim olmuşdur?

Cavab: Qurana ilk dəfə hərəkə qoyan Əbul-əsvəd Duəlidir.

Sual-12: Allah tərəfindən yer üzünə neçə kitab gəlib?

Cavab: Allah tərəfindən yer üzünə nazil olan kitablar: 50 səhifə Həzrət Şueyb əleyhissalama, 30 səhifə Həzrət İdris əleyhissalama, 20 səhifə Həzrət İbrahim əleyhissalama, eləcə də Tövrat, İncil, Zəbur, Qurani-kərim nazil olmuşdur.

Sual-13: Neçə peyğəmbərin adı Quranda çəkilib?

Cavab: Bəzi peyğəmbərlərin adları Quranda bir neçə dəfə gəlmişdir, o cümlədən: Adəm peyğəmbərin adı-18 dəfə, Nuh-43 dəfə, İdris-2 dəfə, Hud-10 dəfə, Saleh-9 dəfə, İbrahim-69 dəfə, Lut-27 dəfə, İsmail-11 dəfə, Əlyəsə-2 dəfə, Zul-kəfl-2 dəfə, İlyas-2 dəfə, Yunis-4 dəfə, İshaq-17 dəfə, Yəqub-16 dəfə, Yusif-27 dəfə, Şüəyb-11 dəfə, Musa-163 dəfə, Harun-20 dəfə, Davud-16 dəfə, Süleyman-17 dəfə, Əyyub-4 dəfə, Zəkəriyya-7 dəfə, Yəhya-5 dəfə, İsmaili Sadiqil-vəd 1 dəfə, İsa-26 dəfə və Həzrəti Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in mübarək adı 4 dəfə Mühəmməd, bir dəfə isə Əhməd adı ilə zikr olunmuşdur. Bütün peyğəmbərlər içərisində 5 nəfəri "ulul-əzm", yəni şəriət sahibləri olmuşlar. Bütün nəbi və mürsəl peyğəmbərlərin içərisində ən fəzilətlisi-onların sonuncusu Mühəmməd ibni Əbdillah (səlləllahu əleyhi və alihi və səlləm)-dir.

Sual-14: Hansı surələr Ənbiyanın (peyğəmbərlərin) adı ilə adlanıb?

Cavab: "Hud", "Yusif", "Yunis", "İbrahim", "Loğman", "Nuh", "Muhəmməd" surələridir.

Sual-15: Hansı surələr heyvanların adı ilə adlanıb?

Cavab: "İnək" (Bəqərə), "Qarışqa" (Nəml), "Hörümçək" (Ənkəbut), "Fil" "Arı" (Nəhl) surələridir.

Sual-16: Hansı surələr qiyamətin adı ilə adlanıb?

Cavab: "Rəd", "Həşr", "Casiyə", "Vaqiə", "Qiyamət", "Təğabun", "Nəbə", "Qariə" və "Zilzal" surələridir.

Sual-17: Hansı surələrdə vacib səcdələr var?

Cavab: Quranın dörd Surəsində vacib səcdə vardır: 1-"Ən-nəcm" (53-cü Surə); 2-"İqrə" (96-cı Surə); 3-"Əlif-Lam-Mim Tənzil" (32-ci Surə); 4-"Ha-Mim Səcdə" (41-ci Surə). Bu surələr əzaim adı ilə məhşurdur.

Sual-18: Quran Peyğəmbərə neçə dəfə nazil olub?

Cavab: Quran Peyğəmbərə 2 dəfə nazil olub: bir dəfəyə ("Qədr" surəsinin ilk ayəsinə görə) və tədricən ("Əsra" surəsinin 106-cı ayəsinə görə).

Sual-19: Quran oxumaq üçün hansı müstəhəb əməllərə riayət etmək lazımdır?

Cavab: Quran oxuyanda aşağıdakı şərtlərə riayət etmək lazımdır:

1- Paklıq və təharət (dəstəmazlı olmaq); Əgər Quran oxuyanda əllərin onun yazılarına dəyməsi ehtimalı verilsə, onda hökmən gərək dəstəmaz alınmalıdır.

2- Ağzın paklığı (dişləri fırçalamaq);

3- İxlas üzündən və Allaha görə oxumaq;

4- Qurandan qabaq məxsus duaları oxumaq;

5- "Nəhl" surəsinin 98-ci ayəsində buyurulan "əuzu billahi minəş-şeytanirrəcim" sözünü deyək.

6- Quranı üzündən oxumaq; hətta əzbərdən bilsə belə; bu iş günahların bağışlanmasına səbəb olur.

7- Gözəl səs ilə oxumaq;

8- Ərəb ləhcəsi ilə oxumaq;

9-Quran hər bir müsəlmanın səadətə çatmağı üçün bir proqramdır. Bu səbəbdən hər gün ən azı on ayə oxuması yaxşıdır.

10- Mənasına diqqət etmək;

11- Ahəstə və yavaş-yavaş oxumaq;

12- Quran oxunan zaman qulaq asmaq və sükut etmək;

13- Səcdə ayələrinə çatanda səcdə etmək;

14- Quranı xətm etmək (qurtarmaq);

15- Quranı əzbərləmək;

16- Quranı münasib yerdə saxlamaq;

17- Quranın qarşısında ədəb qaydalarına riayət etmək;

18- Quran oxunduğundan sonra "sədəqəllahül-əliyyul-əzim" demək

19- Quran oxunduqdan sonra dua oxumaq.

Sual-20: Nə üçün Quranın evlərdə oxunması tövsiyə edilib?

Cavab: Hədislərdə gəlib ki, Quran oxumaq evləri nurani edər, bərəkətini çoxaldar. Mələklər orada hazır olar, şeytanlar o evdən uzaqlaşarlar. O ev asiman əhli üçün nurani olar.

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article


 
user comment