Azəri
Monday 27th of February 2017
code: 58539
KİŞİNİN QADIN ÜZƏRİNDƏ OLAN HÜQUQLARI-5

İslamda ailə

Hüseyn Ənsariyan

4. ƏRİNİ İNCİTMƏKDƏN, TÜND XASİYYƏTLİLİKDƏN VƏ ACI DİLLİLİKDƏN UZAQ DURMAQ

Həzrət Peyğəmbər (s) bu mövzuda qadınlar üçün çox mühüm bir nitq söyləmişdir: «Ey qadınlar! Allah yolunda sədəqə verin. Bu sədəqə sizin zinət əşyalarınızdan və ya bir xurma dənəsi olsa belə. Ola bilər ki, sizin çoxunuz cəhənnəm yanacağısınız. Siz qarğış edir və ərlərinizin zəhmətlərinin qədrini bilmirsiniz». Bir qadın ərz etdi: «Məgər biz analıq etmirikmi? Uşaqlarımızı aylarla qarnımızda saxlamırıqmı? Ona süd vermirikmi? Bu ailə başçılarının qızları, qardaşlarına can yandıran bacılar bizim kimi qadın deyillərmi?» Həzrət buyurdu: «Bəli, hamilə olur, uşaq dünyaya gətirir, ona süd verir və məhəbbət göstərirsiniz. Əgər ərinizin sözündən çıxmağınız, onu incitməyiniz olmasaydı, heç bir namaz qılan qadın qiyamət odunda yanmazdı».

İmam Sadiq (ə) buyurur: «Üç nəfərin namazı qəbul olunmur: qaçmış xidmətçi qayıdana qədər, gecəni sübhə qədər əri narazı olan qadın və camaatın istəmədiyi halda hakimiyyət sürən rəhbər».

Əli ibn Cəfər qardaşı imam Kazımdan soruşdu: «Pis əxlaqı, acı dili və qabalığı ilə ərini incidən (qəzəbləndirən) qadının namazı və bu hərəkəti Allah yanında necədir?» Həzrət (ə) buyurdu: «O, əri razı olana qədər ömrünü günahla keçirir».

Həzrət Peyğəmbər (s) Hövlaya buyurur: «And olsun məni peyğəmbərliyə seçən Allaha! Əri ona qəzəblənən qadına Allah da qəzəblənir».

Peyğəmbər (s) qadınlardan ərlərindən bacarıqları xaricində olan bir şey istəməmələrini, ərlərinin hörmətini nə qohum, nə də yad yanında sındırmamalarını istəyir.

İmam Sadiq (ə) buyurur: «Ərini incidən, onu qəmləndirən qadın məlundur. Ərinə hörmət edən, onu incitməyən, hər bir vəziyyətdə ona itaət edən qadın xoşbəxtdir».

user comment
 

latest article

  Ümümdünya Müsəlmanlarının Ali Lideri Seyid Əli Xamenei cənablarının “Fiqh Risaləsi” çap ...
  İpə-sapa düzülməmiş incilər
  Ayətullah Amili: Netanyahunun Azərbaycana səfəri dünya azəriləri üçün böyük rüsvaylıqdır
  SUİ-ZƏNN VƏ BƏDBİNLİKLƏ MÜBARİZƏ!
  Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır
  DİNDARLIQDA MÖHKƏMLİYİN, DÜZLÜYÜN SƏMƏRƏLƏRİ
  Dövlətə işdiyən yerli hüquq müdafiəçiləri İslamçı məhbuslara sanki düşmən kəsilib
  “Qarabağ İslam torpağı olaraq Azərbaycana qaytarılmalıdır”- Ayətullah Şəbistəri
  Xanım Zəhranın (s.ə) mövludu münasibətilə qızıl gül paylanıb
  KİŞİNİN QADIN ÜZƏRİNDƏ OLAN HÜQUQLARI-7