Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

Pakistanın “ Camiətuz-Zəhra” mədrəsəsində Quran və təfsir dərsləri tədris olunur

Pakistanın Kəraçi şəhərinin ətrafındakı Rəzəviyyə qəsəbəsində yerləşən “Camiətuz-Zəhra” mədrəsəsində Qurani-kərimin təcvid və təfsiri üzrə kurslar fəaliyyətə başlayıb.

“Camiətuz-Zəhra” mədrəsəsinin müdiri Tahirə Fazili,  xəbər agentliyinə verdiyi məlumatda bildirir: Qurani-kərimin kursları İsfənd ayının əvvəlindən başlayaraq Fərvərdin ayının sonuna qədər davam edəcəkdir.

O davam etdi: Bu kurslarda Qurani-kərimin təcvid və təkrar olunan kəlmələrin tərcüməsi tədris olunur. Tədrisdə “Tənzilul-Quran” müəssisəsinin kitablarından istifadə olunur.

Xanım Fazili həmçinin bildirdi: Təfsir dərslərində Əllamə Təbatəbainin təfsirindən, təcvid dərslərində isə beynəlxalq İran və Misir qiraətçilərinin səs yazılarından istifadə olunur.

Xanım Fazili sonda təfsir dərsləri barədə dedi: Əvvəlki kurslarda Nur surəsinin təfsiri tədris olunmuşdur. Bu dəfə isə Bəqərə və Ali-İmran surələrinin təfsiri tədris olunacaqdır.


source : ایکنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ƏXLAQIN TƏRİFİ VƏ ƏHƏMİYYƏTİ -1
Xalq inqilablarında insanlar Əqsa məscidini himayə etmək üçün də ...
Misirdə keçirilən Beynəlxalq Quran müsabiqəsində 99 ölkədən nümayəndələr ...
Ustad Füruği: Rəcəb, tövhid nalələri ayıdır
Yəmən : “ Sənada ” İngiltərə səfirliyinin yaxınlığında partlayış aktı ...
Fransa məscidlərinin İmam camaatlarının milli qurultayı keçirildi
Müsabiqənin son mərhələsində müsabiqə iştirakçılarının tərkibi münsiflər ...
Fransanın müxtəlif şəhərlərində Qurban bayramı namazı qılınacaq
Britaniyalı şiələr ərbəində əzadarlıq məclisləri təşkil edəcək
İran Televiziyasının rəsmi nümayəndəsi Bakıya buraxılmayıb

 
user comment