Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Qətərin Milli Quran müsabiqəsinin 19-cu tur komitəsi təşkil olundu

Qətərin "Şeyx Casim bin Muhəmməd Ali Sani" adına Quran hifzi müsabiqəsinin 19-cu tur komitəsi bu ölkənin İslam işləri naziriliyinin fərmanı ilə təşkil olundu.

  xəbər agentliyinin Qətərin “Ər-Rayə” qəzetinə istinadən verdiyi məlumata əsasən, Qətərin İslam işləri naziriliyi 2012-ci ildə keçiriləcək (1433-cü hicri) "Şeyx Casim bin Muhəmməd Ali Sani" adına Quran hifzi müsabiqəsinin 19-cu tur komitəsinin təşkil olunması hökmünü verdi.

Bu hökmə əsasən Seyid Məhəmməd Məhmud əl-Məhmud komitənin rəisi, Nasir Yusif əs-Səliti komitənin rəis müavini və vitse-prezidenti və Həmd Əhməd əl-Molla, Əli Ubeyd Ali Mehran, Fəhəd Muhəmməd əl-Fəhid, Səd İmran əl-Kuvari və Haşim Muhəmməd Teyfur bu komitənin üzvləridir.

Müsabiqədə iştirak etməyin şərtlərini, müsabiqənin zaman və məkanını, mükafatlarını, habelə müsabiqə zamanı əlavə proqramların icrasını təyin etmək, komitənin öhdəsinə düşən vəzifələrdir.

Bu xəbərə əsasən "Şeyx Casim Quran müsabiqəsin" komitəsi Qətərin Dini İrşad və Təbliğ idarəsində fəaliyyət göstərir. Müsabiqələrin Hakim və Münsiflər heyəti yarışların son nəticəsini bu komitəyə elan edəcklər.

"Şeyx Casim Quran müsabiqəsi" kişi və qadınların iştirakı ilə 7 ixtisas: Quranın (30 cüz) tərtil və təcvidlə hifzi, 25, 20, 15, 10, 5 cüz (Quranın hər 10 vərəqi bir cüz sayılır) Quran hifzi tərtil və təcvid qaydalarına əsasən və yeniyetmələr və səkkiz yaşından aşağılar üçün 1 cüzdən 5 cüzə kimi Quran hifzi üzrə keçiriləcəkdir.


source : ایکنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Hicab və Hicab Məhbuslarının hüquqlarının Müdafiə Komitəsinin Bəyanatı
Qasırğa cənub bölgəsində fəsadlar törədib
İngiltərə ölkədə ən böyük Məscidin tikintisinə icazə vermədi
Mədinə universitetində Quran məlumatları adlı tədqiqat müəssisəsi yaradılacaq
"Qüds günü" və hədəfləri (köşə yazısı)
Əhmədinejad: “İngiliscə yox, türkcə danış!”
Quran yarışlarının final mərhələsi Quran Telekanalından və radiosundan canlı ...
Müqavimətin qələbəsi
Səudiyyəlilər Yemenlə əlaqədar həyasız açıqlama verdi
Livan İslami Amal Cəbhəsi Əqsa məscidindəaparılan qazıntı işləri haqqında ...

 
user comment