Azəri
Saturday 23rd of March 2019
  1017
  0
  0

İRTU hicab qadağasını və həbsləri pislədi

Beynəlxalq şöbə: Beynəlxalq İslami Radio və Televiziyalar Birliyi (İRTU) Azərbaycandakı hicab qadağası və həbslərlə əlaqədar bəyanatla çıxış edib.

İQNA Quran agentliyinin İslam-Azeri.az İnternet qəzetinə istinadən verdiyi xəbərə görə, 30-a yaxın ölkədən İslami radio və televiziyaların qatıldığı IRTU, bütün dünyadakı üzvlərinə göndərdiyi məlumatında deyilir: \"Azərbaycanda bütün ölkə miqyasında yayılan etiraz hərəkətlərinə, hicab qadağasına qarşı çıxışlara görə bəzi İslamçılar və partiya liderlərinin həbs olunmasına baxmayaraq, Azərbaycan rəhbərliyi məktəblərdə hicab qadağasını tətbiq etməkdə israrlı görünür\".

 

Bəyanatda hicab qadağasının Qərb imperializminin İslam ölkələrindəki nüfuzunun bir nəticəsi olduğu ifadə edilərək, bütün müsəlmanlardan bu qadağa qarşısında İslami məsuliyyətlərini dərk etmələri istəndi.

 

Məlumatda İslami media və internet xəbər saytlarına da bir çağırış edilərək bu ifadələrə yer verildi:

 

\"Hicabı qadağan etmək İslamın qanunları və insan haqqlarının təməl əsaslarına zidd bir hərəkətdir... Bu mövzunun əhəmiyyətinin diqqət mərkəzində saxlanılması və İslam Ümmətinin mənfəətlərini müdafiə etmək baxımından məsuliyyətlərimiz, media vasitələrini istifadə edərək hər növ mədəni hücumlara qarşı günahsız və məzlumlarla əlaqədar mövzuları işıqlandırmağı və İslamın müqəddəsatını müdafiə etməyi, İslam cəmiyyətlərinin haqqlarını qorumağı zəruri etməkdədir. İslami media, haqsızlığa uğrayan müsəlman cəmiyyətlərin mədəni təcavüzkarlıq qarşısında haqlı iddialarını dəstəkləmək, xüsusilə də Azərbaycandakı hicab qadağasına qarşı etirazları müdafiə etməyə borcludur\"


source : www.iqna.ir
  1017
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment