Azəri
Wednesday 27th of March 2019
  1068
  0
  0

Human Rights Watch Azərbaycanda hicab qadağası haqqında

Beynəlxalq şöbə: Human Rights Watch beynəlxalq hüquq-müdafiə təşkilatının direktor müavini Reyçel Denber Turanın müxbirinə müsahibəsində dindar vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi sahəsində hazırki vəziyyətə toxunub.

İQNA Quran agentliyyi deyerler.org-a istinadən məlumat verir ki, Azərbaycanda dindarların hicaba qadağaya qarşı etirazlarını və bu yaxınlarda islamçıların həbsini necə qiymətləndirirsiniz? Bu suala cavabda o bildirib ki, hicabın qadağan edilməsi din azadlığına, o cümlədən dini atributlardan istifadə hüququna zəmanət verən beynəlxalq insan hüquqları standartlarına ziddir. Bu standartlar həmçinin dövlətin şəxsi həyat hüququna zəmanət verməsini tələb edir. Qızların hicab taxmasına qadağa qadınların bərabər hüquqlarının təmin edilməsi və ayrı-seçkiliyə yol verilməməsi barədə öhdəliklərin pozulmasıdır.

Çeçenistan hakimiyyətin qadınların mütləq baş örtüyündən istifadə etməsi barədə göstərişi də analoji insan hüquqları pozuntusudur.

Hüquq və azadlıqların istənilən şəkildə məhdudlaşdırılması ayrı-seçkilik və vəziyyətə adekvatdır. «Azərbaycanda hakimiyyət qızların məktəblərə hicabla gəlməsinin qadağan edilməsi zərurətini təsdiq edən real arqument irəli sürməyib. Həm də qadağalar qanunverici deyil, inzibati səviyyədə tətbiq edilib», deyə Denber qeyd edib.


source : www.iqna.ir
  1068
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment