Azəri
Sunday 24th of March 2019
  960
  0
  0

Cütlüyün təhlükəsi

Bu yazını 60 illik zülmə məruz qalan Fələstin xalqına ithaf edirəm
“Zülm! Cinayət! Terror! İşğal! Təcavüz! Şərəfsizlik! – İndi bu sözlər ABŞ-İsrail cütlüyünün mahiyyətini başa salan ən layiqli sözlərdir.”
Heç kəsə sirr deyil ki, təkcə Buş hökuməti yox, bütövlükdə ABŞ dövləti və onun aparıcı ictimai-siyasi elitası ABŞ-da kifayət qədər güclü olan İsrailin lobbisinin təsiri altındadır. Əlbəttə, İsrail lobbisinin ABŞ-ın ictimai-siyasi həyatına təsirləri haqqında geniş diskussiyalar aparmaq o qədər də asan deyil. Lakin az da olsa belə fikirlərə rast gəlmək mümkündür. İsrail lobbisinin fəaliyyəti haqqında bu və ya digər tədqiqatlar bir daha sübut edir ki, özünü “demokratik” hesab edən və dünyaya “nümunə olmağa” iddialı olan ABŞ əslində göründüyü kimi deyil və gizli qüvvələr, oliqarxlar tərəfindən idarə olunur. İsrail lobbisinin ABŞ-ın xarici siyasətinə təsirinin miqyası olduqca böyükdür. Bunun nəticəsidir ki, Fələstin torpağında İsrail və Ərəb dövlətlərinin yaradılması haqqında BMT-nin ədalətsiz qərarından indiyə qədər konfliktin digər tərəfinin, yəni ərəb əhalisinin və ya onun təşkilatlarının ABŞ dövləti tərəfindən sıxışdırılması halları səngimir. Bu isə bölgədə gərginliyin daha da artmasına səbəb olur. Gərginilik artdıqca və ya səngimədikcə isə Fələstin xalqının inkişafından söz gedə bilməz ki, bu da sionizmin maraqlarına tam mənada xidmət edir. Əslində ABŞ hökumətinin əsil mahiyyəti dünya siyasətinin, o cümlədən Yaxın-Şərq probleminin hər hansı istiqamətdə inkişafında öz maraqlarından çıxış etməkdən ibarətdir. Çoxları üçün bu siyasət təbii görünsə də tarixdə əsas konfliktlərin mahiyyətində durur. ABŞ-ın xarici siyasətindən bu gün sionizm iyi gəlir. Bu gerçəkdir. Hər nə qədər buna başqa donlar geyindirməya cəhdlər olsa da bu gerçəkdir – ABŞ əvvəllər sionizmə dəstək verirdisə bu gün sionizmləşir. Bu gün ABŞ cəmiyyətinin dövlət idarəçiliyinə təsirləri getdikcə zəifləyir, bunun yerini isə sionizm siyasətinin icraçısı AİİƏK (Amerika-İsrail İctimai Əlaqələr Komitəsi) tutur. Bu gün ABŞ hökuməti Fələstin probleminin yalnız hərbi yolla ola bilmədiyini desə də hərbi gücünün artırılmasının İsrailin milli təhlükəsizliyi üçün zəruri olduğunu qeyd edir, İsrail ABŞ tərəfindən dəstəklənərək “silah anbarına çevrilir”, İsrailin irqçi və zarakı siyasətinə göz yumulur, hətta açıq dəstək verilir. Bu dünya siyasətinə sionist yanaşma deyil, bəs nədir?
Maraqlıdır ki, 1975-ci ildə BMT-nin Baş Assambleyasının 30-cu sessiyası sionizmi irqçi ideologiya adlandırsa da İsrailin Yaxın-Şərqdə digər xalqlara qarşı irqçi təcavüzünün qarşısının alınması istiqamətində konkret tədbirlər görülməmişdir. Bu bir daha sübut edir ki, sionizmin irqçi xarakteri əslində, böyük dövlətlərin Yaxın Şərqdəki iqtisadi-siyasi maraqları ilə üst-üstə düşür. Artıq heç kəsə sirr deyil ki, sionizmin əsas himayəçisi ABŞ-dır. İsrail nəinki ABŞ-ın Yaxın-Şərqdə müttəfiqidir, hətta onun Yaxın-Şərq üzrə siyasətinə ciddi təsir göstərir. İsrailin keçmiş baş naziri Ariel Şaronun “Biz ABŞ siyasətinə nəzarət edirik və bunu Amerika xalqı bilir” deməsi ilə artıq hamı razıdır. İsrail yaradılından bu yana, yəni 1948-ci ildən bu yana ABŞ-ın İsrailə etdiyi maddi və hərbi yardımlara nəzər salmaq kifayətdir başa düşək ki, İsrail-ABŞ dostluğu sıradan bir müttəfiqlik deyil. Gələcəyin Qlobal dünyasında görmək istədikləri iki ən böyük gücün birgə fəaliyyətidir. İsrail Yaxın-Şərqdə ABŞ-ın və böyük Qərb dövlətlərinin iqtisadi maraqlarını müdafiə etdiyi üçün, onun region dövlətləri və dünya xalqları üçün yaratdığı ciddi təhlükələrə göz yumurlar. Bu isə dünya düzənini yaxın gələcəkdə iki nəticə ilə üz-üzə qoyacaqdır. Birincisi – İsrailə belə təcavüzkar siyasət yürütməyə “icazə verən” dövlətlər yaxın gələcəkdə İsrailin “kontrolunu” itirə bilər ki, bunun nəticəsində İsrail daha zalım və qatil dövlətə çevriləcək və bundan ABŞ və Qərb dövlətləri də zərər çəkə bilər. Çünki zülm və təcavüz heç zaman öz çərçivəsində qərar tuta bilmir. İkincisi – İnkişaf etmiş dünya dövlətlərinin (ABŞ və Qərb dövlətləri) özlərindən qeyrilərinə bu cür ədalətsiz mövqedə durmaları tez bir zaman ərzində dünyada onlara yeni alternativin yaranması ilə nəticələnəcək və zülmdən, ədalətsizlikdən əzilən dünya xalqları özləri üçün yeni “himayəçi” axtarışında olacaqlar. Yeni alternativlər içində ən real namizədlərə Rusiyanı, İranı, Çini, Yaponiyanı misal çəkmək olar ki, bunların heç biri Amerika və Avropaya aid deyillər.

  960
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...
      İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin ...

 
user comment