Azəri
Thursday 18th of April 2019
  1098
  0
  0

Camiətul-Mustafa (s) universitetinin Tehran və Qeşm adasında filialları açılacaq

Elm və təfəkkür şöbəsi: Camiətul-Mustafa (s) universitetinin beynəlxalq əlaqələr üzrə rektor müavini bildirib ki, universitetin Tehran şəhərində və Qeşm adasında filialları açılacaq.

İQNA Quran agentliyinin məlumatına əsasən, : Camiətul-Mustafa (s) universitetinin beynəlxalq əlaqələr üzrə rektor müavini Məcid Həkim İlahi bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, hələlik yeni fialların nə zaman açılması dəqiqləşməyib, lakin hazırlıq işləri gedir.

O əlavə edib ki, Camiətul-Mustafa (s) Beynəlxalq Universiteti 1979-cu ildə təsis olunuub və hazırda Qum, Məşhəd, Qorqan, İsfahan və 60 ölkədə nümayəndəlikləri var.

Həkim İlahi deyib ki, Camiətul-Mustafa (s) universiteti Mədəni İnqilab Ali Şurası tərəfindən təsis olunub və universitetin diplomunu İranın Elm Nazirliyi təsdiq edir. \"Camiətul-Mustafa (s) universitetində islami elmlər və humanitar elmlər tədris olunur. Universitetdə 158 fənn üzrə orta təhsil, bakalavr pillə , maqistratura pilləsi , doktorluq pilləsində dərslər keçirilir.

 

Camiətul-Mustafa (s) universitetinin nəzdində Fars Dili öyrənilməsi mərkəzi də fəaliyyət göstərir ki, indiyədək bu mərkəzdə 20 min tələbə Fars dilini öyrənib, -deyə Həkim İlahi deyib.

O həmçinin universitetin qısa müddətli kurslar təşkil etdiyini də bildirib. \"Müxtəlif tələbə və müəllim qrupları qısa müddətli kurslarımızda iştirak edir. Cari ilin əvvəlindən indiyədək (İranda il mart ayında dəyişir) 100 dövrdən çox qısa müddətli kurslar təşkil olunub\", -deyə Həkim İlahi deyib.


source : www.iqna.ir
  1098
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment