Azəri
Thursday 20th of June 2019
  678
  0
  0

Azərbaycan məktəblərində hicab qadağasına etirazlar Türkiyəni bürüyüb

Beynəlxalq şöbə: Ankarada, Vanda və Sakaryada Azərbaycanın orta məktəblərində hicaba qoyulan qadağaya etirazlar artmaqdadır

İQNA Quran agentliyinin islam-azeri.az saytına istinadən verdiyi məlumta görə, Türkiyənin Ankara, Van və Sakarya şəhərlərində keçirilən aksiyalarda Azərbaycandakı hicab qadağası pislənilib.

Ankaranın dini etiqad və vicdan azadlığı layihəsi çərçivəsində keçirilən aksiyada İHH təşkilatından Serkan Codal Azərbaycandakı hicab qadağasını tənqid edərək deyib ki, təhsil hüququ və dini etiqad azadlığı önündəki maneələrin beynəlxalq razılaşmalar və Azərbaycan Konstitusiyası ilə mühafizə edilməsi kağız üzərində qalmamalıdır.

Van şəhərində də bu layihə çərçivəsində təşkil edilən aksiyada Azərbaycandakı hicab qadağası tənqid edilib. Tədbir zamanı qəbul edilən mətbuat açıqlamasında deyilir ki, Vanın hüquq və azadlıq müdafiəçiləri olaraq Azərbaycandakı hicab qadağasını pisləyirik. Haqq və azadlıqlar müdafiəçiləri olacağımızı buradan bir daha təkrarlayırıq.

Sakaryada da bu layihə çərçivəsində təşkil edilən aksiyada Azərbaycandakı hicab qadağası tənqid edilib. Aksiyada oxunan qətnamədə deyilir ki, Azərbaycan da hicab qadağası ilə tanış oldu. Minlərlə müsəlman azərbaycanlı buna etiraz olaraq küçələrə axın etdi. Xalqımız çox gözəl anlayır ki, istər Türkiyədə, istərsə də Azərbaycanda bu qadağaların arxasında dünyanın imperialist qüvvələri dayanır.

Aksiyalar zamanı 2010-cu il mayın 31-nə keçən gecə İsrailin dəniz quldurlarının Qəzzaya humanitar yardım aparan \"Mavi Marmara\" gəmisinə basqını da pislənib. Bu cinayət zamanı qətlə yetirilən 9 türkiyəlinin xatirəsi yad edilib.

Qeyd edək ki, sözügedən aksiyalara Türkiyənin aşağıdakı təşkilatları fəal şəkildə qatılıblar:

Gökkuşaği derneği, İnsan-der, Mazlum-der, Memur-sen, Umut işiği derneği, Erdem-der, Anadolu gençlik derneği, Van imam hatip mezunlari ve mensuplari derneği, Van kardelenler kadin derneği.


source : www.iqna.ir
  678
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Qəzzəli əlillər sionist İsrail rejimin cinayətlərinə etiraz olaraq aksiya ediblər – Foto
      Dinsizliyin acı nəticələri, Bakıda sifarişli qətl: qadını öldürüb yandırdılar - Foto
      Fransa polisinin vəşiliyi Sarı gödəkçəliləri daha da əzimkarlıqla aksiyaslar keçirməyə ...
      Ölülərin bu dünyada dirilməsi hadisələri necə baş veribdir?
      İmam Xamenei: “ABŞ-ın düşmənçiliyi cavabsız qalmayacaq”
      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)

 
user comment