Azəri
Wednesday 27th of March 2019
  1133
  0
  0

İslam ölkələri birliyi

Ümumiyyətlə, ölkələrin, toplumların birliyi dedikdə nə başa düşülür? Ölkələrin sərhədləri, xalqların mənəviyyatı, inancı və ənənələri dəyişdirilmədən onların birliyi mümkündürmü?
Əlbəttə, ölkələrin və xalqların birliyi mümkündür. İslami baxımdan belə birliklərin yaradılması ictimai fikir, xalqların əqidə yaddaşı, yürütdükləri siyasət və iqtisadi amillər nəzərə alınmaqla müəyyən qlobal məsələlərin həlli, digər əməkdaşlıq niyyətlərinin reallığa çevrilməsi üçün müxtəlif kontekstdə nəinki mümkündür, bu, həm də çox zəruridir. Sözsüz ki, belə ittifaqlarda qarşılıqlı maraqlar önəm kəsb etməlidir.
Qloballaşmaya doğru gedən dünyamızda, dövlətlər arasında belə birliklərin yaranmasına maraq günü-gündən artır. Bu da insanların dünyanın hansı qütbündə yerləşməsindən asılı olmayaraq qarşılıqlı istək və ehtiyaclarının, modern texnologiya sayəsində ümumi rifah halının yüksəlməsi ilə sıx bağlıdır. Bir sıra beynəlxalq təşkilatların yaranması buna əyani sübut ola bilər.

Digər bir cəhətdən bəziləri düşünür ki, dünya bütünlüklə qloballaşmaya doğru hərəkət edir. Bu qloballaşma dünyanın sanki kiçik bir qəsəbə kimi formalaşmasına aparıb çıxaracaq. Ancaq digər bir nəzəriyyəyə görə qloballaşma, hər şeydən öncə, məntəqələşmə və qütbləşməyə doğru hərəkətdədir və bu gün müəyyən birliklərin yaranması bunu sübut edir. Bu nəzəriyyəyə görə qloballaşma, heç də bütün məntəqələrin müxtəlif xüsusiyyətlər əsasında qloballaşması demək deyil, əksinə, bu, kökü və tarixi baxımından biri-birinə yaxın və müştərək olan məntəqə və ölkələrin istək, maraq, mənafe və ehtiyaclarının ümumiləşdirilməsi deməkdir. Bu müştərəklikdir ki, müəyyən blok və birliklərin yaranmasına yol açır və nəticə etibarı ilə müxtəlif millətlərin öz arzu və istəklərinə qovuşmasına gətirib çıxarır.

Üçüncü amil \"İslami mahiyyət\"dir ki, bu da müsəlmanlar arasında müştərək bir məram və hədəf kimi onların birləşməsində mühüm rol oynaya bilər. İslam dininə bağlılıq və ona hörmət İslam dünyasının vahid bir güc və qüdrət əsasında birləşməsi üçün ən mühüm bir amildir və bunun qloballaşma dövrünün astanasında və onun gələcək fəsadlarından qorunması üçün belə bir məram əsasında reallaşması labüddür. Bu günkü Avropa birliyinin yaranmasında baxmayaraq ki, iqtisadi amil əsas sayılmışdır, ancaq fakt göstərir ki, onların \"avropalı olmaq\" mahiyyəti bu birliyin yaranmasında daha önəmli bir rol oynamışdır. 25 il ərzində Türkiyənin bu quruma daxil ola bilməməsinin bir çox səbəbləri olsa da, onun Şərq və müsəlman dünyasına aid olması əsas şərt kimi bu ölkənin quruma daxil olmasının qarşısını almaqdadır. Bu baxımdan müştərək mədəniyyət və dinə mənsubiyyət bu gunkü gundə belə bir birliklərin yaranmasını zəruri edir. Hətta bu gün biz bunu Afrika dövlətlərinin birlik yaratmasında nə dərəcədə əhəmiyyətli rol oynadığının şahidi oluruq. Bu günləri İslam dünyasında İslami mahiyyət əsasında belə bir birliyin yaranmasına müsəlmanların böyük marağı var. Ancaq təəssüflər olsun ki, bu gun Qərbin, xüsüsilə Amerikanın təzyiqləri, həmçinin onların himayə etdiyi kütləvi informasiya vasitələrinin təbliğatı nəticəsində müsəlman ölkələri arasında ixtilaf və nifaq toxumu səpilir və nəticədə belə bir birliyin yaranmasında ciddi maneələr törədilir. Bu cür toxumlardan biri də müsəlmanlar arasında millətçilik və məzhəbçiliyin qızışdırılmasıdır. Müsəlmanlar arasında maarifləndirmə güclənməlidir, onların köklərinə qayıdışı həm İslamın ucalığı, həm də millət və dövlət kimi ayrılıqda güclənməsi deməkdir. Bu isə Qərbin və İslam düşmənlərinin, başda Amerika Birləşmiş Ştatları olmaqla dünya hegemonlarına heç sərf etmir. Onlar dünya ölkələrini rahatlıqla əzib sərvətlərini talan etmək üçün onları tək və himayəsiz saxlamalıdırlar.

Qeyd etdiyimiz kimi iqtisadi amil İslam ölkələrində olan iqtisadi potensialdan istifadə etməklə, bu birliyin yaranmasında həlledici rol oynaya bilər. Bu gun bir sıra İslam ölkələri elmi-texniki sahədə bir çox nailiyyətlər əldə etmişlər. Bundan faydalanmaqla, birliyin məramına uyğun olaraq elmi-texniki nailiyyətləri digər üzvlərə ötürməklə onların inkişafına zəmin yaratmaq olar. Bundan əlavə İslam ölkələrinin bir çoxu yeraltı və yerüstü, o cümlədən neft və qaz kimi strateji sərvətlərə malikdirlər ki, onlardan əldə olunan böyük maliyyə gəlirlərindən düzgün istifadə etməklə və iqtisadi əlaqələri gücləndirməklə bu ölkələrin inkişafına nail olmaq olar.

İqtisadi inkişaf öz növbəsində dövlətlərarası ticari əlaqələrin yüksəlməsinə, bu da xalqların - toplum və fərdlərin maddi rifah halının durmadan yaxşılaşmasına, eyni zamanda mədəni əlaqələrin güclənməsinə gətirib çıxaracaq.

Müsəlman ölkələri arasında vahid pul sisteminin yaradılması istər iqtisadi, istərsə də siyasi baxımdan birliyin mühüm atributu ola bilər. Və bu, eyni zamanda İslam dövlətləri birliyini Avropa və dünya banklarından, beynəlxalq banklardan asılılığını aradan qaldıracaq, onun istismarçı xüsusiyyətlərindən azad edəcək.

İslam ölkələri arasında vahid pul siyasəti dolların hegemonluğuna son qoya bilər. \"Vördz borton\" əhdnaməsinə görə dünya ticarətində dollar beynalxalq pul vahidi kimi tanınmışdır. Ancaq 2002-ci il yevronun dövrəyə buraxılmasından sonra dollar ciddi problemlərlə üzləşib. Baxmayaraq ki, bir çox müsəlman ölkələri hələ də dolları öz ticari əlaqələrində işlədirlər və gələcəkdə müəyyən çətinliklərlə üzləşə bilərlər. Artıq bu gün müsəlman ölkələrinin vahid pul buraxmalarına çox müsbət şərait yaranıbdır. Getdikcə öz gücünü əldən vermiş dollar vahid müsəlman pulunun buraxılması ilə həm öz istilasını müsəlman ölkələrindən götürəcək və həm də dünyada tarazlıq yaranacaqdır.

Xarici siyasət sahəsində birgə fəaliyyət müsəlman ölkələri arasında birliyə zəmin yarada biləcək digər mühüm amillərdən biri ola bilər. Avropa ölkələri hələ vahid pul sisteminə keçməmişdən öncə, xarici siyasətdə ümumi fikir birliyinin mexanizmini araşdırıb yaradaraq onun əsasında birliklərini qura bildilər. Bu gün İslam dünyasında da belə potensiallar mövcuddur. İslam dünyası öz siyasət və birliklərini ən azından dünyanın geosiyasi mənzərəsini nəzərə almaqla müsəlman dövlətlərin torpaqlarının zəbt olunmasının qarşısının alınması, onların suveren hüquqlarının beynəlxalq çərçivədə qorunması üçün yaratmalıdır. Doğrudur, bu gun İslam Konfransı Təşkilatı dünyada böyük təşkilatlardan biridir. Ancaq bu təşkilatın dünya çapında nüfüz və təsir dairəsini genişləndirməkdən ötrü ayrı-ayrı müsəlman ölkələri arasında bu və ya başqa formada ictimai-siyasi qurumlar yaradılmalıdır ki, onlar digər müsəlman ölkələri və orda olan təşkilatlarla daima rabitədə olsun, İslam dünyasının problemlərini biri-biriləri ilə bölüşüb ictimaiyyətə çatdırsınlar. Bu gün Qərb dünyasının himayə etdiyi kütləvi informasiya vasitələri İslamı terrorizmlə əlaqələndirməyə çalışır. Bu fikrin səhv və İslama zidd olduğunu hər bir İslam dövləti və hər bir müsəlman sübut etməlidir. Beləliklə İslama hücumun qarşısını ala bilərik.

Mədəniyyətlərarası dialoq məsələsi baxmayaraq ki, öz növbəsində çox mühüm və zəruri bir məsələdir, ancaq ilk növbədə bu, İslam məzhəbləri arasında məsələ kimi qoyulmamalı və onun müsəlmanlara və İslam dünyasına vurduğu ziyanlar araşdırılmalı və bu kimi ixtilafların yaranmasında maraqlı olan qüvvələr hər birimiz üçün aşkar edilməlidir. Müsəlmanlar bilməlidirlər ki, bu məsələdən yalnız İslamın düşmənləri yararlana bilər. Bu gün Qərbin məqsədi İslam dünyasında milli, irqi və məzhəb qarşıdurması yaratmaqdır, bu məsələdə beynalxalq sionizm təşkilatının xüsusi marağı var. Onlar çalışırlar ki, müsəlmanlar bu tip məsələlərə xüsusilə milli və məzhəb məsələlərinə dar çərçivədən yanaşsınlar və bununla da ixtilaf onların arasında daim hakim olsun. Ona görə də bu məsələlər, dinlər və mədəniyyətlərarası dialoqdan öncə müsəlmanlar arasında öz həllini tapmalıdır.

Müsəlman ölkələri və onların cəmiyyətləri çalışmalıdırlar ki, biri-birilərini yaxından tanısınlar. Bu əlaqələr həm dövlətlər səviyyəsində, həm də ictimai təşkilat, ayrı-ayrı qurum və fərdlər arasında qurulmaqla qarşılıqlı etimadı durmadan yüksəldə və inkişaf etdirə bilər.

Arzu edirik ki, müsəlman dünyası İslam maarifini düzgün aparmaqla qarşıya çıxan problemlərini birləşərək özləri həll etsinlər. Bu isə öz növbəsində İslam siyasətinin düzgün aparılmasından birbaşa asılıdır.
  1133
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...
      İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin ...

 
user comment