Azəri
Wednesday 24th of April 2019
  726
  0
  0

Aşura Ayətullah Xameneinin nəzərində

Bu yazıda çalışacağıq ki, Seyyid Əli Xameneyi həzrətlərinin Aşura ilə bağlı fikirlərini müxtəsər də olsa, xülasə şəklində oxucularımızın diqqətinə çatdıraq.
Hüseyn ibn Əli (ə) və onun səhabəsinin mücadilə və mübarizəsi hər nə qədər çətin və müxtəlif maneələrlə üz-üzə idisə, O Həzrətin şəhadətindən sonra bir o qədər də İmam Səccad (ə) və Xanım Zeynəb (s.ə) belə maneələrlə qarşı-qarşıya qaldılar. Fərqi bundadır ki, birində səhnə hərbi, digərində isə mədəni-təbliği idi.
İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə O Həzrət buyurur: \"Hər kim Aşura hadisəsi haqda bir şeir yazib, kimlərisə ağlada bilsə, behişt ona vacib olacaqdır\". Sual budur ki, niyə görə İmam bu hədisi söyləyir? Bu ona görə idi ki, o zamankı hakimiyyət bütün təbliğat vasitələri ilə Aşura hərəkatını, ümumiyyətlə Əhli-beytin (ə) haqqını və həqiqətini gizli saxlamaq fikrində idilər (Amma İslamda haqqı bərpa etmək vacib və böyük əcr sayılır).
Ayətullah Seyyid Əli həzrətləri Aşura hadisəsinin bu gün də yaşamasının sirri haqda buyurur: \"Əgər İmam Səccad (ə) və Xanım Zeynəbin (s.ə) əsarət dönəmində Kərbəlada, Kufədə, Şama gedən yolda, Şamın özündə, Yezidin sarayında və oradan qayıdandan sonra Kərbəlada və Mədinədə uzun illər boyu yaşadıqları dönəmlərdə həmin hadisənin mahiyyətini açıb ifşa etməsəydilər, Aşura olduğu kimi bizim əlimizə çatmayacaqdı. O zaman da indiki bəzi zalım qüdrət sahibləri kimi kifayət qədər yalan və qərəzli təbliğatlardan istifadə edirdilər. Belə mühitdə İslam dünyasının bir guşəsində, hansısa səhrada baş verən hadisəni bu möhtəşəmlikdə yayıb, qoruyub saxlamaq əlbəttə ki, o zamankı geniş səylər nəticəsində baş tutmuşdu\".
İmam Hüseynin (ə) bu qiyamı bizə dərsdən öncə, bir ibrət olmalıdır. İnsan hər nə qədər bu hadisə haqda araşdırma aparıb, mütaliə edib, fikirləşirsə, bir o qədər də yeni-yeni mövzular açılır. Əgər bu arşdırmanı diqqətlə aparsaq, İmamın Mədinədən çıxıb Kərbəlaya kimi hərəkətində yüzlərcə sərfəsil çıxarıb, onları hər hansı bir ümmət, ölkə və onun tarixi, özünün və cəmiyyətin tərbiyəsində istifadə etmək olar.
Ayətullah Seyyid Əli Xameneyi, Kərbəla hadisəsi mövzusunda söhbət açarkən başqa bir yerdə buyurur: \"Mənim fikrimcə, Kərbəla hadisəsindəki fədakarlıq, müstəsna bir canfəşanlıq və fədakarlıq idi\".
İslamın ilk zamanlarından indiyədək bir çox müharibələr, şəhadətlər və fədakarlıqlar olmuşdur. Biz indi də bir çox insanların bu yolda mücadilə və fədakarlıqlarının şahidiyik. Ancaq bunların heç biri Kərbəla hadisəsi ilə müqayisə edilən bir səviyyədə deyil. Hətta islamın ilk vaxtlarında olan Bədr və Ühud döyüşlərinin şəhidləri də belə bir mərtəbəyə yüksəlməmişlər. İnsan düşünəndə anlayır ki, nəyə görə bizim İmamlarimiz Həzrət Hüseynə (ə) xitabən: \"La yəumə kə-yəumikə ya Əba Əbdillah\" (\"Heç bir gün və hadisə Sənin bu hadisənə və Aşura gününə bənzəri yoxdur\") ifadəsini işlədiblər. Bu söz hadisənin müstəsnalığından xəbər verir.
Aşura hadisəsinin əsas məğzi bundan ibarət idi ki, hər yeri zülm, fəsad və zülmət bürüdüyü bir vaxtda İmam Hüseyn (ə) İslamın nicatı üçün qiyam etdi. Ancaq bu böyük dünyada kimsə ona yardımçı olmadı. Hətta Həzrətin dostları və kimliyindən xəbərdar kəslər, hansı ki, onların hər biri müəyyən cəmiyyəti özləri ilə İslamın və İmamın müdafiəsi üçün gətirə bilərdilər, vəzifələrindən boyun qaçırıb, İmamı meydanda tək qoydular. Onlar Yezidin qəddar, qaniçən və zülmə tələbində qəti olduğunu gördükdə hərəsi bir tərəfə dağılışdılar, hətta öz əməllərinə müsbət don geyindirməkdən ötrü zəmanənin İmamına məsləhət verməkdən belə çəkinməyərək, İmamdan zalıma beyət etməsini xahiş etdilər.
İmam Hüseynin (ə) şəxsiyyəti və verdiyi dərslər ancaq Kərbəla hadisəsi ilə xülasə olunmur. O Həzrətin həyatının bütün aspektləri başqa İmamların həyatları kimi ibrət və dərslərlə zəngindir. Bizim vəzifəmiz bunların hər birini yaxından öyrənib, ona əməl etməkdən ibarətdir.
  726
  0
  0
امتیاز شما به این مطلب ؟

آخرین مطالب

      با افتتاح سی ودومین نمایشگاه بین المللی کتاب؛ نشر ...
      گزارش تصویری/ سخنرانی استاد انصاریان در مسجد جامع آل ...
      گزارش تصویری/ سخنرانی استاد انصاریان در حسینیه هدایت ...
      استاد انصاریان: دعا عامِل رفع گرفتاری‌ها، سختی‌ها و ...
      مدیر کتابخانه تخصصی امام سجاد(ع)؛ بیش از 700 نسخه خطی ...
      در آستانه ولادت حضرت امام سجاد علیه السلام؛ تفسیر و ...
      استاد انصاریان تبیین کرد: خداوند در چه صورتی چشم و گوش ...
      نگاهی به کتاب «تواضع و آثار آن» اثر استاد انصاریان
      اعلام برنامه سخنرانی استاد انصاریان درماه شعبان ...
      استاد انصاریان: کنار اسلام دین‌سازی نکنید/ داروی حل ...

بیشترین بازدید این مجموعه

      کودکی که درباره یوسف و زلیخا شهادت داد و جبرئیل را ...
      متن سخنرانی استاد انصاریان در مورد امام علی (ع)
      متن سخنرانی استاد انصاریان در مورد حجاب
      عکس/ پرچم گنبد حرم مطهر امام حسین(ع)
      مطالب ناب استاد انصاریان در «سروش»، «ایتا»، «بله» و ...
      استاد انصاریان: لقمه حلال نسخه شفابخش همه بیماری ها و ...
      استاد انصاریان: کنار اسلام دین‌سازی نکنید/ داروی حل ...
      اعلام برنامه سخنرانی استاد انصاریان درماه شعبان ...
      نگاهی به کتاب «تواضع و آثار آن» اثر استاد انصاریان
      استاد انصاریان: دعا عامِل رفع گرفتاری‌ها، سختی‌ها و ...

 
user comment