Azəri
Monday 25th of March 2019
  794
  0
  0

Əl-Əzhər Misirn İsgəndəriyyə şəhərində baş vermiş terror aktını tənqid edib

Beynəlxalq şöbə: Misirin Əl-Əzhər universiteti ötən gün bəyanat yayaraq İsgəndəriyyə şəhərində Qibtiyan kilsəsi yaxınlığında baş vermiş terror aktını pisləyib.

İQNA Quran agentliyinin “casafree” saytına istinadən məlumatına əsasən, bəyanatda bildirilir ki, İsgəndəriyyə şəhərində baş vermiş hadisə milli vəhdəti parçalamaq niyyəti ilə atılmış addımdır və bu kimi hərəkətləri pisləyirik.

Bəyanatda həmçinin bildirilir ki, müsəlmanlar və məsihilər təhrik edici təbliğatlara uymamamlıdır və ifratçı qrupların əhalini parçalamaq istəklərinə tabe olmamalıdırlar.

Misirin müftisi Əli Cümə də öz növbəsində baş vermiş terror aktını pisləyib və bu hərəkətin milli birliyin parçalanmasına qarşı atılmış bir addım kimi dəyərləndirib.

Qeyd edək ki, yanvar ayının 1-də Misir məsihiləri yeni il şənliyi üçün toplaşdığı zaman İsgəndəriyyə şəhərinin Qibtiyan kilsəsin qarşısında bomba qoyulmuş avtomobil partladılıb və hadisə nəticəsində bir neçə nəfər ölüb və bir neçə nəfər yaralanıb.


source : www.iqna.ir
  794
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment