Azəri
Friday 26th of April 2019
  972
  0
  0

“Müsəlman tələbələrin Quran fəaliyyətləri üzrə beynəlxalq birliyin” təşkili məsələsi müzakirə olunacaq

Quran fəaliyyətləri üzrə şöbə: Müsəlman Tələbələrin III dövr Beynəlxalq Quran müsabiqəsinin proqramının açıqlanması məqsədi ilə keçirilən mətbuat konfransında bildirilib ki, müsabiqənin Məşhəd şəhərində keçirilməsi ilə yanaşı həmçinin “Müsəlman Tələbərin Quran fəaliyyətləri üzrə beynəlxalq birliyin” təşkil olması məsələsi də müzakirə olunacaq.

İQNA Quran agentliyinin məlumatına əsasən, Müsəlman Tələbələrin III dövr Beynəlxalq Quran müsabiqəsinin proqramının açıqlanması məqsədi ilə yanvarın birində Cahad-e Daneşgahi Mərkəzinin ofisində mətbuat konfransı keçirilib.

Konfranda İranın Cahad-e Daneşqahi Mərkəzinin sədri Məhəmməd Hüseyn Yadiqari bildirib ki, müsabiqənin təşkilindən məqsəd müsəlman tələbələr arasında Quran ətrafında birləşmək, müsəlman ziyalılar arasında elmi əməkdaşlıq, müsəlman tələbələr arasında ruh yüksəkliyi yaratmaq və onların Quran fəaliyyətlərində daha çox və aktiv iştirak etməkdə maraqlandırmaqdır.

Yadiqarı mətbuat konfransında Cahad-e Daneşqahi mərkəzinin gələcək planları və Quran sahəsində görəcəyi işlərdən danışıb. O deyib ki, İQNA Quran agentliyində yeni xəbər servislərinin yaradılması, tələbə Quran dərnəklərinin gücləndirilməsi və əyalətlərdə mərkəzin fəaliyyətinin genişləndirilməsi mərkəzin gələcək proqramlarındandır.

O bildirib ki, Quranı cəmiyyətdə daha geniş təbliğ etmək məqsədi ilə Cahad-e Daneşqahi mrəkəzi İranda “Milli Quran gününün” yaradılması və həmçinin “Beynəlxalq Quran günü”n təsis olunması təklifini İnqilab Ali Şurasına təqdim edib.

Daha sonra Müsəlman Tələbələrin III dövr Beynəlxalq Quran müsabiqəsinin katibi İsa Əlizadə müsabiqənin proqramını açıqlayıb. “Müsabiqənin təşkili çərçivəsində “Müsəlman Tələbərin Quran fəaliyyətləri üzrə beynəlxalq birliyin” təşkil olunması məsələsi müzakirə olunacaq.

O deyib ki, gələn dövr beynəlxalq Quran müsabiqələrinin hər dəfə müsəlman ölkələrin birində təşkil olunması məsələsini də nəzərdə tutmuşuq. “Müsabiqədə dünyanın 40 ölkəsindən qari və hafiz iştirake dir”, -deyə Əlizadə deyib.

Əlizadə bu dövr Quran müsabiqəsində birinci , ikinci və üçüncü yerin qaliblərinə, birinci yer 10 min dollar, ikinci yer 8 min dollar və üçüncü yerin qalibinə 5 min dollar mükafat veriləcəyini deyib.

O deyib ki, müsabiqə çərçivəsində həmçini iki elmi konfrans keçiriləcək.


source : www.iqna.ir
  972
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      خلیج فارس کی عرب ریاستوں میں عید الاضحی منائی جارہی ہے
      پاکستان، ہندوستان، بنگلہ دیش اور بعض دیگر اسلامی ...
      پاکستان کی نئی حکومت: امیدیں اور مسائل
      ایرانی ڈاکٹروں نے کیا فلسطینی بیماروں کا مفت علاج+ ...
      حزب اللہ کا بے سر شہید پانچ سال بعد آغوش مادر میں+تصاویر
      امریکہ کے ساتھ مذاکرات کے لیے امام خمینی نے بھی منع کیا ...
      کابل میں عید الفطر کے موقع پر صدر اشرف غنی کا خطاب
      ایرانی ڈاکٹروں کی کراچی میں جگر کی کامیاب پیوندکاری
      شیطان بزرگ جتنا بھی سرمایہ خرچ کرے اس علاقے میں اپنے ...
      رہبر انقلاب اسلامی سے ایرانی حکام اور اسلامی ممالک کے ...

 
user comment