Azəri
Sunday 24th of March 2019
  921
  0
  0

Kuveytdə İslami sənət əsərləri mövzusunda beynəlxalq konfran keçiriləcək

Beynəlxalq şöbə: İslami sənət əsərləri mövzusunda IV beynəlxalq konfrans yanvarın 4-15 Kuveytin böyük məscidində təşkil olunacaq.

İQNA Quran agentliyi “Muhit” saytına istinadən məlumat verir ki, Kuveyt Böyük Məscidinin idarə rəisi Əhməd Əl-Əsfur bu gün Kuveytdə keçirdiyi mətbuat konfransında bildirib ki, konfrans Kuveyt İslami işlər və vəqflər nazirliyinin təşəbbüsü ilə təşkil olunur. Konfransda İslami sənət əsərləri sahəsi üzrə ekspertlər və nəzər sahibləri iştirak edəcək.

O bildirib ki, konfransın keçirilməsindən əsasə məqsəd, Kuveyt Böyük məscidinin mədəniyyət işlərində rolu və əhali ilə məscid arasında əlaqənin genişləndirilməsidir. Konfrans islami sənət əsərlərinin dəyəri və əhəmiyyəti haqda maarifçilik məqsədi ilə keçirilir.

Konfransda müsəlmanlar çox qədim dövrlərdə yaradıcılığı sayəsində ərsəyə gəlmiş seramika üzərindəki islami sənət əsərlərindən danışılacaq.

Konfrans çərçivəsində ərəb xətləri və islami rəsm əsərlərindən ibarət sərgidə təşkil olunacaq.

Əl-Əsfur həmçinin əlavə edib ki, konfransda Fələstinli sənətkarlar da iştirak edəcək və konfransı gündəliyində fələstinli incəsənət xadimlərinin əl işlərindən danışılacaq. Konfransda həmçinin Qüdsün Ərəb dünyasının mədəniyyət paytaxtı seçilməsi məsələsi də müzakirə ediləcək.


source : www.iqna.ir
  921
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment