Azəri
Sunday 24th of March 2019
  828
  0
  0

Doktor Aleksandr Proxanov bu il məhərrəm ayını Qum və Tehran şəhərlərində qonaq oldu

Bəli, mən belə qənaətə gəldim ki, müasir İran həqiqətən də bombaya malikdir. Bu bomba, həmin xalq, ictimai və mənəvi quruluşdur ki, İran dövləti İslam İnqilabından sonra onunla dünya səhnəsinə gələrək dikatatorları narahat etməyə başladı...

Mən gecə milyonlarla tehranlı ilə birgə hərəkət edirdim. Təbil və şeypurların uğultusu qulaqlarıma dolmuşdu. Dəvəquşu lələkləri mənim başıma toxunurdu. Alov şölələri içindən imam Xomeyni mənə baxırdı. Küçədə olan milyonlarla insan eyni zamanda nəfəsini dərərək sinə vururdular. Bütün bu zərbələr, ritmlər, dairələrin zərbəsi və milyonlarla ürəyin döyüntüsü xüsusi bir titrətmə yaradırdı. Ətrafdakı dağlar, səmadakı ulduzlar lərzəyə gəlirdi. Dəryaların suları dalğalanardı və qonşudakı ölkələrin xalqı da bu səsi eşidirdi. Bu titrəyiş dünyanın simasını dəyişmişdi və mən şadam ki, bu dəyişmiş dünyanın bir hissəsiyəm.

 

\"Doktor

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Rusiyanın mötəbər qəzetlərindən olan “Zavtra”-nın baş redaktoru Doktor Aleksandr Proxanov bu il məhərrəm ayını Qum və Tehran şəhərlərində qonaq oldu. O, İrandakı səfərinin son günlərində “Keyhan” qəzetinə xüsusi qeydlərini təqdim edib. Bu qeydlərdə İran cəmiyyətinə aid olduqca maraqlı faktlar var.

 

 

Keyhan qəzeti

 

 

Doktor Aleksandr Proxanov:

 

 

“İrandan yenicə qayıtmışam. Bu ölkədə modern şəhərlərə, əla yollara, dörd yol ayrıcı və izdihamlı prospektlərdə yerləşən büllur göydələnlərə və küçələrdə sel tək şütüyən maşınlara rast gəldim...

 

 

Bu isə İranın böyük rəhbərinin kiçik və sadə evidir. Dünyada misilsiz bir mənəvi İnqilabın banisi Ayətullah Xomeyninin evi. Bu şəxs İran dövlətini bəşər mədəniyyəti müstəvisinə çıxardı. İndi ölkədə heyrətamiz məscid və türbələr sədəf tək parlayır, qızıl günbəzlər mavi səmaya doğru ucalır.

 

 

Müqəddəs Qum şəhəri. Bu şəhər İranın mənəvi gücüdür. Şəhərdə Quran surələrini, ayələrini mütaliə edərək araşdıran çoxlu dini institutlar mövcuddur. Burada dövlət rəsmiləri, nazirlər, ziyalılar və tanınmış qəzetlərin baş redaktorları ilə görüşlər oldu.

 

 

Şəhərdəki kompüter mərkəzlərinə baxış keçirildi. Salonda və zallarda super təchizatlar quraşdırılmışdı. Burada kompüter proqramları yazılır, hazırlanmış proqramlar vasitəsilə Quran tədqiq olunur, mütaliə edilir. İranda texnoloqlar və alimlərlə də görüşümüz oldu. Görüşün mövzusu İranın yenidənqurulması və bu ölkənin nüvə proqramı ilə bağlı idi.

 

 

Mən İranda əzadarlıqda da iştirak etdim. Aşura mərasimində yüz minlərlə müsəlman küçələrə axışaraq İmam Hüseynin (ə) şəhadətinə görə əzadarlıq edirdilər.

 

 

Mən nalə çəkərək göz yaşı axıdan, əza saxlayan böyük cəmiyyətin və dəvəquşu lələkləri ilə bəzədilmiş ağır bayraqların əhatəsində hərəkət edirdim. Mənim ətrafımda azyaşlılar, cavanlar və ağsaqqal qocalar da hərəkət edirdi. Onlar rəmzi olaraq zəncir vurmaqla təkcə İmam Hüseyn deyil, ədalətsizliklə haqları tapdanmış, əziyyətlə üzləşmiş bütün qəmlilərin dərdinə şərik olduqlarını bildirirdilər.

 

 

Bəli, mən belə qənaətə gəldim ki, müasir İran həqiqətən də bombaya malikdir. Bu bomba, həmin xalq, ictimai və mənəvi quruluşdur ki, İran dövləti İslam İnqilabından sonra onunla dünya səhnəsinə gələrək dikatatorları narahat etməyə başladı.

 

 

Bu quruluş və cəmiyyət mənəvi inkişafı, mənəvi baxışı və ilahi ədalət hissini bəşər həyatının mərkəzində qərar verməklə bu prinsipə əhatəli bir məna bağışlayır.

 

 

Onlar dünyadakı həyat tərzini, gündəlik işlərini, fəaliyyətlərini səmavi dəyərlər çərçivəsində tənzimləyərək ilahi niyyətlə, din məktəbində deyildiyi kimi addımlayırlar.

 

 

İnsan həyatı üçün ayrılmış enerji mənasız və zərərli həvəslərə, hədsiz şəhvətin təmininə və ağılsızcasına sərf edilməməlidir. Bu enerji kamala çatmaq, həqiqəti tapmaq və müvəqqəti dünya həyatını sonsuz ilahi həyatla davamlandırmaq üçün sərf edilməlidir.

 

 

İran gecə klublarının, barların, şəhvətpərəstlik üçün olan əyləncə mərkəzlərinin kök atdığı ölkə deyil.

 

 

Ölkədə ötəri, var-dövlət toplamaq həvəsi ilə qaynayan həyata bel bağlayan şəxslərlə rastlaşmaq çətindir.

 

 

İran universitetlərin, məktəblərin, kitabxanaların, gələcəyə ümidli yeni nəslin, spirtdən uzaq insanların ölkəsidir. İran cavanları ağıllarını spirtli içkilərin və narkotik maddələrin tabeçiliyinə vermir. Ölkə bir növ xətiblərin kürsüsüdür.

 

 

Bu üsul-idarə və cəmiyyət bəşər həyatına mənəvi təkamül, mənəvi baxış və ədalət hissi gətirib. Bu baxımdan gerçəkdən ümumbəşəri bir mahiyyət ortaya qoyub. Beləcə dünya həyatı, gündəlik insan davranışları, peşələr, dünya fəaliyyətləri səmavi dəyərlər baxımından nəzərdən keçirilir. İnsanlar dini məktəbdə ilahi niyyətlə dünyagörüşü əldə edir.

 

 

İran sənətkarlığı və İran fəlsəfəsi, insanların bir-birləri ilə, təbiətlə, maddi və mənəvi dünya ilə münasibətlərini nizamlayır. Onların heyvani hissləri ram olunur, daxili və ilahi mahiyyət üzə çıxır.

 

 

Ədalət İranın dövlətçilik və dini fəlsəfəsində əsas nöqtədir.

 

 

İranda xüsusi bir demokratiyanın yaranmasına da elə bu ədalət səbəb olub. Seçki İranın prinsipcə zəruri və məhv olmayan qanunlarındandır. Seçkilər parlament, siyasi partiyalar, prezident aparatı, o cümlədən dini qurumlara da aiddir.

 

 

İranın mənəvi, dini gücü, ali rəhbəri olan Ayətullah səmadan enmiş mif yox, bir gerçəkdir. O da mənəvi bir mühitdə keçirilmiş seçkilər nəticəsində təyin olunur. Bu ölkə özbaşınalıqdan uzaqdır.

 

 

İran hökuməti dünyanın bir sıra nüfuzlu güc mərkəzlərinin razılaşmaları və fəaliyyətləri ilə üzbəüzdür. Həmin razılaşmalar və birgə layihələr İranın siyasi fəaliyyətlərini müəyyən həddə əngəlləyir. Digər bir tərəfdən, həmin mərkəzlərin fəaliyyətləri İranın siyasətini möhkəmləndirir, ölçülü edir, ifrat eniş-yoxuşlardan qoruyur.

 

 

İran təkcə fəal oğlanlar və kişilər ölkəsi deyil. Bu ölkə tam azadlıq içində yaşayan rəşadətli qadınların da ölkəsidir. İran qadını heç də qəmgin, haqları pozulmuş və özünə qapanmış bir məhbus deyil. İran qadını cəmiyyətin fəal bir üzvüdür.

Onlar siyasət, elm, mədəniyyət və digər mühüm sahələrdə kişilərlə yanaşı addımlayırlar. Onlar ali təhsil alırlar. İranlı xanımlar siyasi və mədəni müəssisələr, mətbuat, canlı yayımlar vasitəsilə cəmiyyətlə əlaqə yaradır və cəmiyyətdə olduqca mühüm rol oynayırlar.

 

Mən universitetlərdə, elmi laboratoriyalarda, fiqh məktəblərində və şəhərin müxtəlif prospektlərində oldum. Bütün bu məkanlarda cavanların sonsuz enerjisini hiss etdim. Bu enerji həmin qaynar nüvə plazmasıdır ki, dövlət onu başa düşüb və ondan bəhrələnir. Bu enerji elmi, mədəni, hərbi, ilahi bəsirətdə ağlagəlməz inkişafa səbəb ola bilər. Ayətullah Xomeyni (r) bu enerjini canlandırdı. O sürgün edildikdən sonra İrana dönərək şahın toplarla qorunan mühasirəsini qıran milyonlarla insanı inqilaba doğru apardı.

 

 

Amerikanın İranla düşmənçiliyi İranın saysız neft yataqlarına görə deyil. Onların qorxusu İranın nüvə enerjisinə sahib olduqdan sonra məntəqəyə nəzarəti ələ keçirməsi deyil.

Onların qorxusuna səbəb, İranın öz dövlət və ictimai quruluşu ilə təcavüzkar, təkəbbürlü və məhvə doğru addımlayan Qərbin varlığını şübhə altına almasıdır.

 

Öz iqtidarını var-dövlət, pul, qiymətli kağızlar bazarı və israf üzərində quran Qərb canlı qüvvələri məhvə doğru sürükləyir. Bu gün onların dünyası məhvə məhkumdur.

 

 

İran cəmiyyətlə bağlı yeni bir model təklif edir. Bu modelə əsasən yerlə göy, maşınla insan, ruhla maddə bir-birinə uyğundur.

İranın dünyaya təklif etdiyi düzəm çox cazibədardır. Olsun ki, ədalət prinsiplərini həyata keçirə bilməyən Sovetlər Birliyi dağıldıqdan sonra bəşəriyyətin bu istəkləri istiqamətində təlaş göstərən ölkə də İran olub.

 

İranın düşmənləri çoxdur. Onlar bu ölkəni blokada şəraitində saxlayaraq ona qarşı qətnamələr tənzimləyir. Onlar İranın nüvə alimlərini qətlə yetirirlər. Hər yerdə İran əleyhinə təbliğatlar apraraq bu ölkəni vəhşi bir varlıq kimi tanıtdırırlar.

 

 

Çox təəssüf ki, bu xeyirlə-şər müharibəsində Rusiya şər qüvvələrə qoşulub. Rusiya məhvə məhkum dünya tərəfinə keçərək, özünün mühüm tarixi xarakterindən, - ədalət tərəfdarı olmaqdan əl çəkib. Rusiya 20-ci əsri bu arzuya çatmaq arzusu ilə arxada qoydu.

 

 

Mən gecə milyonlarla tehranlı ilə birgə hərəkət edirdim. Təbil və şeypurların uğultusu qulaqlarıma dolmuşdu. Dəvəquşu lələkləri mənim başıma toxunurdu. Alov şölələri içindən imam Xomeyni mənə baxırdı. Küçədə olan milyonlarla insan eyni zamanda nəfəsini dərərək sinə vururdular. Bütün bu zərbələr, ritmlər, dairələrin zərbəsi və milyonlarla ürəyin döyüntüsü xüsusi bir titrətmə yaradırdı. Ətrafdakı dağlar, səmadakı ulduzlar lərzəyə gəlirdi. Dəryaların suları dalğalanardı və qonşudakı ölkələrin xalqı da bu səsi eşidirdi. Bu titrəyiş dünyanın simasını dəyişmişdi və mən şadam ki, bu dəyişmiş dünyanın bir hissəsiyəm.

 

 

Mən müsəlmanların içində addımlayırdım. Elə bu halda da öz ortodoks Tanrıma Rusiya üçün dua edirdim.\"


source : www.abna.ir
  828
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment