Azəri
Thursday 18th of April 2019
  528
  0
  0

BİDARİ ƏLİ BAŞ!

Əllamə Təbatəbai belə nəql edir:

Kiçik yaşlarımda olarkən Təbrizdə çox qəribə bir əhvalat baş vermişdi.

Təbriz şəhərindəBidar Əliadlı bir dərviş yaşayırdı. Bu buğdayı rəngli, arıq cüssəli dərvişin əlində həmişə bir təbərzin olardı. Onun Bidar Əli adlı kiçik bir oğlu da var idi. Bu dərviş ara-sıra iştirak etdiyi rozə məclis-lərində təbərzinini göyə qaldırıb camaata deyərdi:

Bidari Əli baş!” (Əlidən qafil olma) Mən özüm dəfələrlə onu belə məclislərdə görmüşdüm.

 Bir axşam Bidar Əlinin uzaq kəndlərin birində yaşayan dostlarından biri onun evinə qonaq gəlir. Bidar Əlinin arvadı qonağı layiqincə qarşılayır. Dostu həmin axşam onu çox gözləyir. Amma Bidar Əli gəlib çıxmır. Qonağın getməyə bir yeri olmadığı üçün gecə onun  bir otağlı evində qalmalı olur. Qonaq üçün yataq sərilmiş otağın bir küncündə Bidar Əlinin balaca oğlu yatmışdı. Ev sahibinin arvadı uşağı yuxudan oyatmaq istəmədiyi üçün həmin gecə balaca Bidar Əli qonaqla bir otaqda yatır. Qadın evdə tək olduğu üçün qonaqdan ehtiyat edib otağın qapısını arxadan qıfıllayır.

Gecənin bir aləmində qonaq ayaq yoluna getmək üçün yuxudan ayılır. Əl atır qapını açsın, görür ki, qapı arxa tərəfdən bağlıdır. qədər qapını döyüb çığırsa da, gəlib qapını açan olmur. Eyvanda yatmış qadın qonağın pis niyyəti olmasından xoflanıb özünü yatmışlığa vurur. Bir tərəfdən qonaq artıq özünü saxlaya bilmirdi. Öz-özünə fikirləşir ki, neyləyim, necə eləyim? Birdən ağlına belə bir fikir gəlir: Uşağı öz yerimə qoyum mən onun yerində yatıb xarablıq edərəm. Səhər açılanda da ev sahibi elə biləcək ki, uşaq yerini isladıb.

O, bu cür edir. Amma uşağı öz yatağına qoyan kimi uşaq onun yerini tamamilə batırır. Qonaq uşağın yerində uzanır. Amma xəcalətindən səhərəcən gözünə yuxu getmir. Çünki, səhər ev sahibi onun yatağını bu vəziyyətdə görəndə deyəcəkdi? Axı mən bunu onlara necə başa salacağam? Qaş düzəldən yerdə vurub gözünü çıxartmışdım.

Sübh azanında ev sahibinin arvadı qonaq yatan otağın qapısını açır ki, dəstəmaz almaq üçün çölə çıxsın. Qonaq xəcalətindən başını aşağı salıb sağollaşmadan evdən gedir.

Həmin şəxs Təbriz şəhərində olarkən çalışırdı ki, Bidar Əli ilə heç vaxt üz-üzə gəlməsin. Elə buna görə küçə bazarda uzaqdan Bidar Əlini görər-görməz tez bir küncə çəkilib gizlənərdi.

Amma elə gətirdi ki, bir gün bazarda Bidar Əli ilə rastlaşır. Onun gözündən yayınıb gizlənmək istəyəndə Bidar Əli dostuna deyir:

Ay gədə! O gecə hadisə baş vermişdi, məni başa sal.” Qonaq utanaraq deyir: “And olsun Allaha, mən heç eləməmişdim.” Sonra həmin gecə başına gələnləri Bidar Əliyə danışır.

Bu çox ibrətamiz bir əhvalatdır. Burada demək istəyir ki, günahını başqasının boynuna atmaq istəyən hər bir kəsi Allah-təala daha da pisinə mübtəla edər. Hər bir şəxs üçün abır-həya əhəmiyyətli olduğu kimi, başqalarının da abır həyası özləri üçün qiymətlidir. Heç kim öz mənafeyinə görə başqasının abır-həyasını apara bilməz. Hətta həmin şəxs kiçik yaşlı bir uşaq olsa belə.

Bunu da yaddan çıxarmamalıyıq ki, bizim bütün əməllərimizə nəzarət edən Allah-təala, hər hansı bir pis əməlimizi cavabsız qoymayacaqdır.[1]

Şübhəsiz ki, Rəbibn (bəndələrinin bütün əməllərini) baxıb görür.”[2]

 

` BƏLALARIN SƏBƏBİ

Son dövrün tanınmış ariflərindən olan Şeyx Rəcəbəli Xəyyat haqqında qəribə əhvalatlar nəql edib deyirlər ki, şeyx insanın başına gələn hər müsibətin məna aləmində səbəbini görə bilirmiş. Şeyxin şagirdlərindən biri aşağıdakı əhvalatı bu şəkildə nəql edir:

Bir nəfərin başı zərbədən yarılmışdı. Onu Şeyxin yanına gətirirlər ki, baxıb görsün tutub ki, bu günə düşüb. Şeyx ani sükutdan sonra deyir: “İşlədiyin zavodda bir uşağa əziyyət etmisən. Əgər uşağın könlünü almasan başına hələ çox müsibət gələcək.”

Başı yarılmış adam Şeyxin sözlərini təsdiqləyib deyir: “Sahə rəisinin oğlu gəlib mənə yersiz irad tutdu, mən da acıqlanıb ona dedim ki, burnunu hər yerə soxmasın.

Axşam maaşı almağa gedəndə həmin uşaq gözümə sataşdı. Günorta baş verən əhvalat yadıma düşdü, bərk dilxor oldum. Əsəbiləşib yersiz yerə uşağa bir-iki ilişdirdim, o yazıq da ağladı.”

Şeyx dedi: “Boş yerə sizin başınıza bəla gəlmir. Get, qədər ki, bundan betərinə düçar olmamısan uşaqdan halallıq al.”

Həmçinin, Şeyxin yaxın dostlarından biri nəql edib deyir: “İki yaşlı uşağım özünü saxlaya bilməyib xalçanın üstünə batırmışdı. Anası əsəbiləşib bunun üstündə uşağa necə bir sillə çəkdisə, az qaldı körpənin nəfəsi kəsilsin. Bir saat sonra yoldaşımın qızdırması qalxdı. Get-gedə halı pisləşməyə başladı. Sabahısı, axşam çağı Şeyxi öz maşınımla yas məclisinə aparırdım. Yoldaşım da maşında idi. Yol əsnasında Şeyxə dedim: “Cənab Şeyx! Dünənnən yoldaşımın qızdırması qalxıb, hələ düşmür.”

Şeyx dedi: “Olar da! Uşağı o cür vurmazlar ki! İstiğfar et, uşağa bir şey al apar, bəlkə könlünü ələ ala bildin.”

Şeyx deyən kimi etdik, dərhal qızdırma kəsildi.”[3]

 

 

 

 

 

 

 

HEYVANLARA ZÜLMÜN AQİBƏTİ

Bu bəhsə daxil olmazdan öncə mühüm bir məsələni oxucuların nəzərinə çatdırmaq istərdik.

Bir çoxlarının fikrincə yalnız insanlara zülm etmək günah sayılır bu məsələnin heyvanlara aidiyyəti yoxdur. Əslində bu çox yanlış bir fikirdir. Çünki hər hansı bir heyvana zülm etmək günah olub həm bu dünyada həm axirətdə cəzası vardır.

İnsan heyvan arasında olan fərq bundan ibarətdir ki, əgər bir insana zülm edilmiş olsa, həmin şəxs lazımı yerlərə şikayət edib öz haqqını tələb edə bilər yaxud kiməsə dərdini danışar. Heç olmasa da qışqır-bağır salıb ürəyini boşaldar.

Amma heyvanlarda bu cür deyil. Onların danışmağa şikayət etməyə dilləri yoxdur. `ziləri hətta özlərini müdafiə belə edə bilmirlər. Heyvanlara əzab verməyin günahı heç insanlara edilən zülmün günahından az deyil. Çünki onların hər ikisini Allah xəlq etmiş hər ikisi canlıdır. İnsanlarda olduğu kimi heyvanlarda da hissiyyat var. Onlara əzab verəndə ağrını-acını hiss edirlər.

İnsanla heyvan arasındakı başqa bir fərq bundan ibarətdir ki, əgər bir insan başqasına zülm edibsə, ola bilsin ki, bir gün peşiman olub tövbə edə həmin adamdan razılıq ala.

Amma heyvanlara azar-əziyyət edən şəxs onların razılığını necə ala bilər? Heyvanlara zülm edən şəxs həm bu dünyada həm axirətdə öz əməlinin cəzasını alacaqdır. Allah-təalanın əmrilə qiyamət günü heyvanlar da dirilib onlara zülm edən şəxsdən şikayət edəcəklər.

Kiçik yaşlarımdan yadıma gəlir ki, anamın ev heyvanlarını saxlamağa xüsusi rəğbəti vardı. Amma atam buna həmişə e`tiraz edərdi. Buna baxmayaraq anamın `kidiylə atam ev heyvanlarından bir neçə ədəd bülbül, qənari, cücə bir balaca pişik balasını saxlamağa razılıq verdi. Bu pişik balası çox qəşəng sevimli idi. Mimini (həmin pişik balası) ilk dəfə görən hər kəsin ondan xoşu gəlirdi. Hətta dəfələrlə onu satmağı bizə təklif etmişdilər. Amma atam bu təklifə öz e`tirazını bildirmişdi. Çünki bu balaca pişik balası daha çox atamla ünsiyyət bağlamışdı.

Mimi atamın işdən evə qayıtmasına bir-neçə dəqiqə qalmış hasarın üstündə oturar, sanki sevimli sahibinin gəlişini hiss edərdi. Atam həyət qapısına çatar-çatmaz Mimi tez özünü onun qucağına atardı. İcarə etdiyimiz ev sahibinin Turac adlı bir oğlu var idi. İki məsələyə görə Turacın öhdəsindən gələ bilmirdik.

Birincisi bu idi ki, Turac idmançı, uca boylu qaşqabaqlı bir cavan idi. Əgər bir yumruğuyla vursaydı, atamı yerə sərərdi. Digər tərəfdən əgər ev sahibinin oğlundan şikayət etsəydik, artıq bu evdə qala bilməzdik. Bu evin aylıq kirayəsi az olduğuna görə məcburiyyətdən bütün bunlara güzəştə getməliydik. Elə bu səbəbə görə atam çox vaxt Turacın kobud hərəkətlərinin qarşısında sükut edirdi.

Bir dəfə atam işə gedəndən sonra Turac əylənmək məqsədilə balaca pişik balasına möhkəm bir təpik vurdu. Turacın zərbəsindən zavallı pişiyin ayağı sındı təqribən bir aya yaxın gəzə bilmədi.

Axşam ata evə qayıdarkən həmişəki adəti üzrə pişik balasını hasarın üstündə görməyəndə çox narahat olur. Baş verənləri anamın dilindən eşidəndə Mimini qucaqlayıb ağlaya-ağlaya ev sahibinin qapısını döydü. Elə ata-anasının yanındaca üzünü Turaca tutub dedi: “Sən çox murdar heyvansan. Heyif ki, mənim sənə gücüm çatmır. Amma Allahdan istəyirəm ki, bu yazıq pişiyin başına açdığın müsibəti sənin öz başına gətirsin.”

Turac atamı ələ salaraq dedi: “Deyirlər, qara pişiyin duasıyla yağış yağmaz.” Artıq atam Turacın üzünü belə görmək istəmirdi. Buna görə bu evdən köçüb getməyimizi qərara aldıq. Səhər tezdən artıq biz əşyaları toplayırdıq. Turac gülə-gülə motorsikletinə minib getdi. Bir neçə saat sonra əşyalarımızı daşımaq üçün sifariş etdiyimiz yük maşını qapıda dayandı. Elə bu vaxt çalınan qəfil telefon zəngindən sonra Turacın ata-anası ağlaya-ağlaya evdən çıxdılar. Atam da onlarla birlikdə getdi. Bir-neçə saat sonra atam, Turac onun ata-anasıyla birlikdə evə qayıtdı. Amma Turacın bir ayağını dizdən yuxarıya qədər gipsə salınmış görəndə çox təəccübləndik. Atam dedi:

Turac səhər motorsikletinə minib gedərkən yolda bir maşınla toqquşur. Maşındakı dörd sərnişin onu o qədər vururlar ki, bir ayağı əməlli-başlı sınır xəstəxanaya aparıb ayağını gipsə salırlar.

Həmin günün səhəri yığışıb getmək istəyəndə, Turac ata-anası bu evdə qalmağımızı xahiş etdilər. Çünki Turac deyirdi: “Zavallı pişiyin başına açdığım müsibətə görə Allah-təala bu bəlanı mənim başıma gətirdi. Əgər siz bu evdən köçüb getsəniz mənə nifrin etsəniz, Allah bilir başıma daha nələr gələcək.”

Bəlkə inanmayacaqsınız, amma pişiyin ayağı sağalandan bir gün sonra Turacın da ayağının gipsini açdılar.[4]

İTİ ALLAH YARATMIŞDIR

Əsrimizin böyük ariflərindən olmuş Cəfər Ağa Müctəhidi (Təbrizi) belə nəql edir:

Günlərin bir günü, sübh azanından bir qədər keçmiş Həzrət İmam Rza (ə) tərəfindən inayət olunmuş bir cazibə məni evdən çölə doğru çəkdi. Çölə çıxıb məni çəkən cazibənin istiqamətində hərəkət etməyə başladım. Xiyabanı keçibHəzrətiadlanan meydana çatanda hiss etdim ki, artıq hərəkət etməyə qadir deyiləm. Sanki ayaqlarımı yerə mıxlamışdılar, irəliyə addım ata bilmirdim! Batinimdə bir səs mənə deyirdi ki, burada durub bir səhnəni müşahidə etməlisən.

Gördüm qoca bir it hərəmin günbəzinə tərəf boylanıb nalə edir.

Bu hadisədən yarım saat keçmiş gördüm ki, bahalı bir maşın meydanın kənarında dayandı. Maşının arxa qapısından əyin-başından varlı təbəqədən olduğu bəlli olan bir şəxs düşüb itə tərəf getdi. İtin gözü həmin şəxsə sataşar-sataşmaz quyruğunu bulamağa başladı.

Bu səhnəni görüb riqqətə gəldim. Hiss etdim ki, əvvəlki halətim dəyişildi artıq hərəkət edə bilirəm. Həmin şəxsə tərəf gedib salam verdim. Pərişan narahat olduğu qiyafəsindən aydın gözə çarpırdı.

Soruşdum:–Bu itin əhvalatı nədir belə? Deyəsən sizi tanıyır.

Kişi dərin bir ah çəkib dedi: Bu iti küçük ikən arvadımın təklifi ilə evə gətirdim. Yaxşı bəslədiyimiz üçün az bir vaxtda böyüdü. Tədricən həyət-baxçanın, qapı-bacanın gözətçisinə çevrildi. İllər keçdi, o qocaldı. Qocaldığı üçün artıq keşik çəkməyə halı qalmamışdı. Axırı, dünən gecə arvadım iki ayağını bir başmağa dirəyib dedi: Artıq bu it işimizə yaramır, apar onu bir yerdə azdır, qayıt! Gərək başqa bir it tapıb gətirək. Bu boyda həyət-bacanı itsiz qoymaq olmaz!

Sürücümə dedim iti özü ilə aparıb Məşhədin ətrafında bir yerdə azdırsın.

Sürücü iti maşına oturdub getdi. Bir saatdan sonra qayıdıb dedi: Yaman vəfalı heyvan imiş. İti Vəkilabadın ətrafında maşından düşürəndə yalvarıcı baxışlarını mənə zilləmişdi. Sanki mənim belə bir görəcəyimi gözləmirdi. Yola düşüb qayıdanda bir qədər maşının ardınca yüyürdü, amma sonra yorulub dayandı.

Təqribən gecə yarısı yuxuya getdim... Yuxuda qiyafəsindən cah-cəlal yağan bir seyyidi gördüm. Onun heybətli görkəmini görəndə bir anlığa duruxdum. Seyyid amiranə bir səslə mənə dedi: Sizin insanlığınız harada qaldı?! Niyə bu dilsiz ağızsız heyvana rəhm etmədiniz. Məgər siz qocal-mayacaqsınız?! Sizi qoca vaxtınızda ev eşiyinizdən məhrum edib çölə atsalar xoşunuz gələrmi? Gəlin onu aparın, onun gözü hələ yoldadır!

...Bu anda hövlanak yuxudan qalxdım.

Ürəyim şiddətlə döyünür, ağır-ağır nəfəs alırdım. Dilim-dodağım qurumuşdu. Başımda küt bir ağrı hiss etdim. Qalxıb bir az gəzişdim; su içib yenidən yatağa uzandım. Yavaş-yavaş təbii halım özümə qayıtdı. Amma yuxuda gördüyüm səhnə hələ məni narahat edirdi. Əsəblərimi tam ələ alandan sonra ürəyimdə dedim: Narahat olmağına dəyməz, bütün bunlar bir xəyaldır, adi bir yuxudur, başını at, yat! Qoca bir itin dəyəri var ki, bu qədər onun üstündə baş sındırırsan.

Elə ki, yuxuya daldım, yenidən həmin səhnə təkrarlandı. Bu dəfə həmin seyyid məni danlayaraq dedi: Daha niyə məəttəlsən, niyə özünə gəlmirsən?!

...Yuxudan dik atıldım. `nət şeytana - deyib öz-özümə dedim: Niyə bu fikirlər mənim başımdın çıxmır. Bu gecə niyə bu qədər uğursuz uzundur belə, elə bil səhər açılmaq istəmir.

Yuxu dərmanı atıb yenidən yerimə uzandım. Yuxuya dalar-dalmaz, üçüncü dəfə yenə həmin səhnə təkrar oldu. Amma bu dəfə həmin seyyid acıqlı bir ifadə ilə mənə dediklərini təkrarladı. Özümü itirmiş halda soruşdum: Axı mən bu böyüklükdə şəhərdə iti harada axtarım? Dedi: Şəhərin yuxarı meydanına gedin, it orada sizi gözləyir!

Yuxudan qalxanda artıq əvvəlki iztirabım çəkilib getmişdi. Tez libasımı geyinib sürücünü səslədim. Ürəyimdə dedim: Gedib yoxlamağına dəyər. Axırı it ya orada olacaq, ya da olmayacaq. Əgər it orada olsa özümlə evə gətirəcəm, yox, əgər olmadı, ən azı fikrim rahat olar. Bilərəm ki, yuxuda gördüklərim qarabasmadan başqa bir şey deyilmiş.

İndi budur, gəlmişəm, görürəm ki, bu vəfalı it burada dayanıb mənə quyruq bulayır. Sanki mənə demək istəyir ki, bizim Allahımız var! Siz bizi yaddan çıxarsanız da Allah bizi yaddan çıxarmır. Hər olsaq da Onun yaratdıqlarıyıq!

Həzrət Ağa Müctəhidi bu xatirəni danışandan sonra buyurdu: İmamın işlək əli bu aləmdə görür, bu əli görən göz lazımdır.[5]

Bu aləmdə hər bir varlıq Allahın yaratdığı olmaqdan əlavə, həm yaradılış sistemində ifa etdiyi rola görə ehtirama layiqdir. Heç bir varlığa həqarət gözü ilə baxmamalıyıq.

Rəhmətlik Ayətulllahul-Üzma Seyyid Məhəmməd Hadi Milani bu məsələnin təsdiqində deyirdi: Qur`ani-kərimin kəlmələrinə dəstəmazsız toxunmağa haqqımız yoxdur. Fərqi yoxdur, istərinsankəlməsi olsun, yakəlb” (it) yanəml” (qarışqa). Allahın yaratdığı olduqları üçün hər biri hörmətə layiqdirlər. Onların hər birinin hörmətinə tələb olunan həddə riayət edilməlidir.

`di Şirazi həmin məsələyə işarə edərək deyir:

 

Bir qarışqa olsa belə incitmə sən düşün bir

Canı vardır onun da, can hər kəsə şirindir.

 

Hərdən biz insanlar bir problemlə üzləşdiyimiz zaman, vəziyyyəti çıxılmaz görəndə hər qapıya üz tuturuq. Amma Allah dərgahına üz tutmaq, `sumlara təvəssül etmək yadımızdan çıxır. Sanki qəflətə düçar oluruq. Bu qəbildən olan hekayələrin yad edilməsi bizi canımıza çökmüş qəflətdən ayılda bilər.

Əgər biz Allahın yaratdıqlarının xidmətlərindən bəhrələniriksə, bu xidmətləri dəyərləndirib qarşılığını ödəməliyik.

 

 

CƏZASI ÇOX ÇƏKMƏDİ

BəhlulƏfqanıstanda olarkən şahidi olduğu bir hadisəni belə nəql edir:

Əfqanıstanda belə bir adət var idi ki, cümələr əlamətdar günlərdə camaat bir yerə yığışıb xoruz kəkliklərin döyüşməsinə tamaşa edərdilər. (Əlbəttə bu qadağan olunmuş bir idi. Əgər polis onları görsəydi camaatı oradan uzaqlaşdırar xoruz döyüşdürənləri tutub aparardı.)

Deyir: Bir gün küçədən keçərkən polisin cavan bir oğlanla kəklik üstündə mübahisə etdiyini gördüm. Polis oğlana deyirdi:

Sən bu kəkliyi döyüşdürmək üçün saxlayırsan. Mənə rüşvət verməsən kəkliyi səndən alacağam.

Cavan oğlan isə deyirdi: “Mən bu quşu döyüşdürmək üçün deyil, oxuduğuna görə saxlayıram. vaxt bu quşu döyüşdürdüyümü görsən, onda mane ola bilərsən.

Polis əsəbiləşib oğlanın əlindəki kəkliyin başını bədənindən ayırıb küçənin ortasına atır. Sonra polis üzünü cavan oğlana tutub deyir:

İndi hara kimə istəsən gedib məndən şikayət edə bilərsən.”

O, bədbəxt hələ əlli addım oradan uzaqlaşmamışdı ki, böyük bir maşın arxadan onu vurub asfalta döşədi üstündən keçib getdi. Polisin bədəni həmin kəkliyin bədəni kimi iki yerə bölündü. Başı ilə əlləri bir tərəfə, bədəni ilə ayaqları isə başqa bir tərəfə düşdü.[6]

AYAĞI KƏSİLDİ

Əmr ibn Əbduvəd dövrünün qorxmaz şücaətli döyüşçülərindən biri idi. O, Peyğəmbəri (s) öldürmək İslam dinini aradan aparmaq üçün Məkkə ətraf şəhərlərdən minlərlə silahlı döyüşçü toplayıb Mədinəyə hücum etdi. Amma müsəlmanların Mədinə şəhərinin ətrafında qazdıqları dərin xəndəklər onların şəhərə girişlərinə mane oldu. Əbu Süfyanın qoşunu şəhər kənarında çadır qurmağa məcbur oldu onlar bir aya yaxın orada qaldılar.

Bir gün Əmr atına minib, müsəlman qoşununun önündə rəcəz oxuyaraq döyüşə hərif çağırırdı. Peyğəmbər (s) üç dəfə öz səhabələrinə buyurdu: “Sizlərdən biri gedib onun cavabını versin.” Əlidən (ə) başqa heç kim dillənmədi.

Peyğəmbər (s) Əlini (ə) Əmr ilə döyüşməyə göndərdi. Həzrət Əli (ə) onunla üz-üzə dayanıb dedi: “Sənə üç təklifim var: Onlardan birini qəbul edə bilərsən.

1-Birinci təklifim budur ki, bütpərəstlikdən əl çəkib İslam dinini qəbul edəsən.

Əmr dedi: Mən İslamı qəbul edən idimsə bu gün sizinlə döyüşə gəlməzdim.

2-İkinci təklifim budur ki, döyüşdən vaz keçib Məkkəyə qayıdasan müsəlmanları rahat buraxasan.

Dedi: Bu təklif deyil, amma nəticəsi bu olacaq ki, hətta qoca qarılar belə bir-birinə deyəcək: Əmr Peyğəmbər (s) Əli (ə) ilə döyüşməkdən qorxub, zillət içində Məkkəyə qayıtdı.

3-Əli (ə) buyurdu: “Bu şücaətinlə sən atlısan, mən isə piyada. Atdan yerə en gəl döyüşək.

İmamın sözü Əmrə çox pis `sir etdiyindən dərhal atdan endi. Təkəbbüründən vurub atın ayaqlarını qılınc ilə kəsdi. Amma bu əməlinə görə bir neçə dəqiqə sonra cəzalanacağını heç ağlına belə gətirməzdi.

Əli (ə) ikinci dəfə ona hücum edəndə qılıncla vurub Əmrin ayağını kəsdi. Əmr ağır daş parçası kimi yerə yıxıldı.

`zən zalım şəxs neçə ay ya neçə il sonra öz pis əməlinin cəzasını alır. Amma Əmr bir-neçə dəqiqə ərzində öz cəzasına çatdı. Əgər o atının əl-ayağını kəsməsəydi, bəlkə Həzrət Əli (ə) onun ayağını kəsməzdi.

Amma Allah-təalanın hökmünə əsasən hər əməlin cəzası həmin miqdarda olmalıdır.[7]



[1] Mehri-taban”, Əllamə Hüseyn Hüseyni (Tehrani), səh. 96.

[2] Fəcrsurəsinin 14- ayəsinə iqtibas olunmuşdur.

[3] Məhəmməd Reyşəhri. “İxlas mücəəssəməsi”, səh, 64.

[4] Günahkarların aqibəti”, Seyyid Cavad Rəzəvi, səh. 112.

[5] Mücahidi Məhəmmədəli, “Dər məhzəre lahutiyan”, c. 1, səh. 151.

[6] Bəhlulun siyasi xatirələrindən götürülmüşdür, səh. 265.

[7] Biharül-ənvardan götürülmüşdür, c. 1, səh. 226. ibn Əbil Hədid, Nəhcül-Bəlağənin şərhi, c. 19, səh. 64.

  528
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...

 
user comment