Azəri
Saturday 23rd of March 2019
  1135
  0
  0

Etirazçılar Qafqaz Müsəlmanları İdarəsinin hicab qadağasına müdaxiləsini istəyiblər

Ictimayi və siyasi şöbə: Azərbaycanda məktəblərdə hicab qadağasına etiraz edənlər Qafqaz Müsəlmanları İdarəsinin bu məsələyə müdaxilə etməsini tələb ediblər. Bu məqsədlə bu gün Gəncədən olan bir qrup müsəlman Qafqaz Müsəlmanları İdarəsində olub.

İQNA Quran agentliyinin Azərbaycan şöbəsinin məlumatına əsasən, Gəncə dindarlarından bir qrup şəxs paytaxt Bakıya gələrək QMİ-də olublar və orta məktəblərdə hicab qadağasına etirazlarını QMİ sədri Allahşükür Paşazadəyə çatdırmaq itəyiblər.

Deyerler.org saytının məlumatına əsasən, Gəncəli müsəlmanları QMİ-nin şöbə müdiri Qəmər Cavadlı qəbul edib. O bildirib ki, toxunulan problem Allahşükür Paşazadənin diqqət mərkəzindədir və gəncəlilərin də tələbi QMİ sədrinə çatdırılacaq.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə məktəblərdə hicab qadağasına münasibətində demişdi: “Hicab məsələsi müzakirə obyekti deyil, bu, Allahın əmridir və ona əməl olunmalıdır. Hicabın olub-olmaması yox, onun hansı şəkildə olması müzakirə edilə bilər. Bu, bir insan haqqıdır və belə görünməklə özünü rahat hiss edirsə, buna mane olmaq lazım deyil”.


source : www.iqna.ir
  1135
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment