Azəri
Friday 22nd of March 2019
  641
  0
  0

VALİDEYNƏ İTAƏT

Rəbibn yalnız Ona ibadət etməyi valideynlərə yaxşılıq etməyi (onlara yaxşı gözlə baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üst-lərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış. Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıbEy Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən onlara rəhm et!”–de. Rəbibniz ürək-lərinizdə olanları (qəlblərinizin sirrini) ən yaxşı biləndir. Əgər əməlisaleh olsanız (ata-ananıza bilmədən etdiyiniz pislikdən peşman olub tövbə etsəniz bundan sonra onlarla yaxşı dav-ransanız (bilin ki,) Rəbibniz, həqiqətən, tövbə-karları bağışlayandır!”[1]

Bu ayələrdə Qur`an xüsusi tapşırıq verir: Övlad öz valideynləri ilə son dərəcə ehtiram ədəblə davranmalıdır. Onların bütün ehtiyaclarını gözəl şəkildə yerinə yetirməlidir. Övlad öz ata-anasının qarşısında təvazökarlıq göstərməlidir. Üstəlik, onun bu təvazökarlığı icbar ya məsləhət üzündən olmamalıdır; sidq ürəkdən onlarla mehri-ban davranmalı, onların hər hansı xoşagəlməz hərəkətlərinə, (qocalığın ixtiyar çağında `zi insanların hərəkətləri dözülməz olur) zəhmət-lərinə səbir etməlidir. Onlara dua edib Allahdan rəhmət diləməlidir.

Bu ayələrdə Allah-təala insana valideynlərə hörmət etməyi ən ali əməli tapşırıq olaraq `yin edir. Valideynlə hörmətlə davranmaq insanın şər`i vəzifəsi olmaqla yanaşı həm onun kamilliyi yolunda öz nəfsi ilə mücahidə aparması kimi qiymətləndirilir. Yüksək irfani məqamlara yetmək istəyən şəxslər üçün bu, xüsusi bir tapşırıqdır. Şagirdlərindən biri Əllamə Təbatəbaidən ir-fanın olduğunu soruşub xüsusi tapşırıq verməsini xahiş edəndə ona bu tövsiyəni etdi: “Çalış ailənlə xoş davran, bütün irfan budur.”

İnsan qoca valideynlərinin verdikləri zəhmətlərə qatlaşmaqla nəfsi çirkinliklərdən paklanır; həyatın ağrı-acısına səbir etməklə dünya axirət savabına çatır; ruhunda bir yüksəliş hiss edir. Ata-anası övladından razı qaldıqda onun haqqında xeyir-dua edir dualar əlbəttə ki, səmərəsiz qalmır. `zən zəif bir qocanın səmimi qəlblə etdiyi dua daha tez müstəcab olur.

Belə deyirlər ki, məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin həyatındakı əsaslı dönüşün ilk təkanverici nöqtəsi atasının onun haqqında etdiyi xeyir-duası olmuşdur: Böyük bir ailəyə başçılıq edən Tağıyev (Zeynalabdinin atası) xəstələnib yatağa düşür işə çıxa bilmir. Ailədə balaca Zeynalabdindən başqa kişi xeylağı olmadığı üçün ata Tağıyevin son ümidi Zeynalabdinə qalır. Zeynalabdin atasına ürək-dirək verib onu narahat olmağa qoymur. O gündən işə atasının yerinə Zeynalabdin gedir.

Ağır inşaat işləri böyük fiziki güc tələb etməsinə baxmayaraq, Zeynalabdin işin öhdəsindən gəlir. İlk qazancını evə gətirən Zeynalabdin axşam süfrə başında əyləşərkən atası onun qabarlı əllərini görüb bir anlığa qəlbi sınır, kövrəlir; əllərini göyə qaldırıb Allaha dua etməyə başlayır. Süfrə ətrafında oturmuş Zeynalabdinin kiçik bacılarına deyir ki, mən dua etdikcə siz amindeyin. Atasının bu duasından sonra xeyir-bərəkət qapıları Zeynalabdinin üzünə açılmış olur.

Ailə, övladlardan ata-anadan təşkil olmuş elə bir mürəkkəb quruluşdur ki, onun sütunları məhəbbət səmimiyyət üzərində dayanmışdır: Övlad valideynlərinin xidmətindədir, onlar isə övladlarının duaçısıdırlar. Bu minvalla onların ömrü sona yetir övlad ədəb-ərkanla, Allahdan rəhmət diləməklə onları torpağa tapşırır. Çox keçmir özləri ata ya ana olurlar, bir ayılıb görürlər ki, onlar da qocalmışlar. Onlar öz valideynləri ilə necə davranmışlarsa onlarla da beləcə davranılır.

 

Əkilmişi yeyirik, əkirik ki, yesinlər.

Dünya əkin yeridir, biçənəyi bilsinlər.

 

Amma, çox təəssüf ki, insanların `zisi valideyn kimi böyük ne`mətin qədrini bilmir, nankor çıxırlar. Xüsusilə azdırıcı, yabançı mədəniyyətlərin havasına uymuş şəxslər hər şeyə öz xudibnlikləri, mənfəətləri çərçivəsində yanaşırlar. Belə insanlar üçün hər bir şey onları mənfəətə çatdıran vasitədir. Hətta valideynlərinə iqtisadi gözlə baxırlar. qədər ki, ataanalarının əllərindən bir gəlir, maddi köməkləri dəyir onların başına dolanırlar. Amma elə ki, işdən düşdülər ya xəstələndilər, qocalıbartıq bir yükəçevrildilər, bu zaman artıq hər yolla bu bezdirici yükdən xilas olmağa çalışırlar. Elə nanəcib övladlar da olur ki, hətta ata-anaları öldükdən sonra da onların bədən üzvlərini satıb qazanc əldə etmək istəyirlər. qədər ki, valideyn işə yarayır sağmal inək kimi sağıb qanını sorurlar, elə ki, işə yaramadı, ən yaxşı halda aparıb qocalar evinə atır, bir yolla başlarından edirlər.

Axı, bu ata-ana bir ömür canını övlad yolunda çürütmüş, varını-yoxunu onun yolunda sərf etmişdir. İndi ki, qocalmışlar, əlləri bir tutmur deyə təhqirmi olunmalıdırlar?! Köməyə ehtiyacı olan bu qocaları ümidsiz qoymaq qədər insafsızlıqdır?!

...Oğul artıq qoca anasının əlindən yorulub; bundan da pisi gəlin qaynanasının evdə qalmasını istəmir, ona canlı mikrob kimi baxır; əmr edir ki, hələlik onlara evin bir küncündə yer ayırsınlar. Bir müddət keçir, hökm çıxarır ki, bu iylənmişi bir təhər başdan eləmək lazımdır. Oğul da itaətkar qul kimi başını aşağı salıb dinmir. Hünəri nədir arvadın sözünün üstünə söz desin. Arvadının camalını, cəlalınıyararsızvalideynindən üstün tutur. O hər işarə etsə canla-başla yerinə yetirir. Oğul evin bütün ixtiyarını, bəlkə desən, öz ixtiyarını da arvadın əlinə vermişdir. Arvad da ərini ağzı yüyənli at kimi hara dartsa ora da gedir. İxtiyar qadınların əlinə keçəndə kişiləri hara çəkdikləri `lumdur. Görən İslam Peyğəmbərinin (s) buyurduğuCənnət anaların ayaqları altındadırşüarına sahib bir insan bu işi tutarmı?

Bu yerdədir ki, Qur`ani-kərimin mübarək olan bu ayəsi qeyb üfüqündən baş qaldırıb fəryad edir: Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər.) Bu, Allahın onlardan birini digərinə üstün etməsi (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaətkardırlar. Allahın (onları) hifz etməsi müqabilində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, ərlərinin özlərinin namusunu, şərəfini) qoruyub saxlayırlar...”[2]

Ata-anaya ehtiram göstərmək İslam dinində o həddə `kid edilmişdir ki, hətta Qur`ani-kərim valideynlərin müşrik olduqları surətdə ehti-ramını lazım bilir. Ata-anaAllah eləməmişmüşrik olsalar belə onlarla gözəl davranmaq, dünyəvi işlərdə xoş münasibət saxlamaq lazımdır. Amma dinə zidd məsələlərdə, halalın haram, haramın halal edilməsi kimi işlərdə onların yolunu tutmaq olmaz:

Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ”Mənə ata-anana şükür et. Axır dönüş Mənədir! Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et.) Tövbə edib Mənə tərəf dönənlərin (İslamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən (dünyada) etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!”[3]

Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı tövsiyə etdik. (Ey insan!) Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik qoşmağa cəhd göstərsələr, onlara itaət etmə. Hamınız (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən (dünyada) etdiklərinizi sizə bir-bir xəbər verəcəyəm.”[4]

İslamın ilk illərində Mədinəyə gələn `zi yəhudi ya məsihi cavanları müsəlman olurdular. Onlar öz şəhərlərinə qayıtdıqda ata-anaları ilə rəftarları o qədər dəyişirdi ki, valideynləri təəccüblənib deyirdilər: “Biz elə bilirdik Məhəm-mədin (s) dininə gəldikdən sonra artıq bizim üzümüzə baxmayacaqsınız. Amma, əksinə görürük ki, bizə olan rəftarınız əvvəlkindən gözəl olmuş-dur. İndi bizə daha yaxşı baxır, daha diqqətli olmusunuz.”

Övladları onların cavabında deyirdilər: “Vali-deynlə bu cür davranmağı İslam bizə buyurmuşdur. İslam dininin ən mühüm tapşırıqlarından biri ata-anaya hörmət göstərib onların qayğısına qalmaq-dır.”

Bu cavabı eşidən valideynlər övladlarından xahiş edirdilər ki, onları da Mədinəyə apar-sınlar. Beləliklə, onlar da İslamla yaxın tanış-lıqdan sonra müsəlman olurdular. Çox keçmirdi, ki, bütöv bir qəbilə İslamı qəbul edirdi.

Üsuli-Kafikitabında rəvayət edilir ki, İmam Sadiqdən (ə) “Ata-anaya yaxşılıq edin”–ayəsinin təfsiri barədə soruşduqda Həzrət (s) belə cavab verir: “Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyənə qədər yaxşılığa çatmazsınız.

Yaxşılıq odur ki, onlarla xoş davranasınız. Məbada, imkan verəsən onlar ehtiyacı olduqları şeyi istəməkdə sənə ağız açsınlar. Hətta ehtiyac-ları olmasa belə onların səndən bir şey istəmə-lərinə razı olma.”

İmam Sadiq (ə) təfsirin davamında deyir: “Əgər onların biri ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlaraUf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə...”–ayəsinin `nası budur ki, əgər onlar səni narahat edib cana yığsalar belə sən onlara heçufda demə! Əgər səni vursalar, onlara əl qaldırma, müqavimət göstərib kənara itələmə!

Ayədəkionlarla xoş danışcümləsinin `na- isə budur ki, əgər səni vursalar, sən onlara de: “Allah sizi bağışlasın!”

Budurxoş danışkəlməsinin `nası: `ni, ehtiram mehribanlıqla olan danışıq.

Ayədəkionların hər ikisinə acıyaraq mərhəmət qanadının altına al...” cümləsinin `nası budur ki, gözünü onlara ağartma, acıqlı baxışlarla onları süzmə! Əksinə, mehriban nəzərlərlə onlara bax. Səsini onların səsindən yuxarı qaldırma! Əlini onların əlinin üstünə aparma! Yol gedəndə onlardan qabağa keçmə!”[5]

Həmçinin, “Üsuli-Kafi başqa bir rəvayətdə İmam Sadiqdən (ə) nəql edilir ki, buyurdu: “Əgər Allah-təalaufkəlməsindən daha aşağı bir kəlmə bilsəydiufkəlməsini gətirməzdi. (`niufdemək bu `nanı verir ki, insanın ata-anası ona bir söz desin, bu söz övladın xoşuna gəlmədiyi üçüneh”, “ax!” deməklə valideyninə e`tiraz etsin. Bu kəlmə inkarın ən aşağı, ən kiçik formasıdır.)

Əgər kimsə ata-anasına uf desə valideyninin üzünə olmuşdur. Bu valideynin üzünə olmağın ən aşağı dərəcəsidir. Valideynə qarşı çıxmağın başqa bir növü acı baxışlarla onlara baxmaqdır.”

Peyğəmbərimizin (s) imamlarımızın (ə) həyatına, kəlamlarına nəzər salanda Qur`anın buyurduğu bu ali `lim-tərbiyə metodunu bütün incəliklərinə qədər müşahidə edirik.

Rəvayətlərdə deyilir: İmam Zeynalabdin (ə) anasına qarşı həddən artıq mehriban qayğıkeş imiş. Ona deyəndə: “Sən anana qarşı hər kəsdən daha çox diqqətlisən, amma sənin onunla bir qabda yemək yediyini görməmişik, səbəbi nədir?”–Belə cavab verdi: “Qorxuram mən əlimi uzatdığım loğma anamın da ürəyindən keçə bununla onun qəlbinə toxunmuş olam.”

Qur`anda göstərilən bu ayələr həmçinin `sumlarımızın (ə) kəlamlarındakı tövsiyələrin hamısı insanı yüksək `nəvi kamilliyə doğru sövq etdirməkdədir. İnsanı kamilliyə aparacaq yol `zən bizim diqqət yetirmədiyimiz, əslində isə olduqca əhəmiyyətli olan əxlaqi davranışlarımız-dan çox asılıdır.

Qur`anın həqqünnas”, xüsusilə valideyn haqqında buyruqlarını əziz Peyğəmbərimiz (s) ilk anlardan cəmiyyətə çatdırmaq istəmiş, ümmətinə örnək olsun deyə deyilənləri ilk əməli olaraq öz rəftarında yaşatmışdır. Peyğəmbərlə (s) yanaşı yaxın səhabələri onun izi ilə gedərəksirati-müstəqimdən kənara çıxmamağa çalışmışlar. Bu yolda öz meyillərinə uyğun yox, Allahın istəyinə uyğun addım atmışlar.

`zən bizim doğru sandığımız yol, haqq bildiyimiz bir yanlış ola bilər. Hətta bir işi ibadət, itaət zənn edib, əslində günaha yolda qədəm götürmüş olarıq. Şeytan `zən insanın sorağına bu cür hiylələrlə gəlir. Hərdən haqla batili bir-birindən ayırmaq çox çətin olur. Bunun üçün hər bir işdə `sumlarımızın keçdikləri yollara diqqət etməliyik.

İslamın ilk illərində Peyğəmbəri (s) görmədən onun dininə iman gətirmiş şəxslərdən biri Yəmən torpağında yaşayırdı. Bu şəxsin adı Uveys Qərəni idi. O, saf imanla İslamı qəbul etmiş kamil bir `min idi. Saatlarla oturub Allahla razü-niyaz edərdi. Yeganə arzusu Peyğəmbəri (s) yaxından görüb söhbət etmək idi. Amma evdə qoca xəstə anası tək olduğu üçün bu istəyini dilinə gətirə bilmirdi. Anası Uveysə onu tək qoyub getməyə icazə vermirdi. Uveys canla-başla anasının qulluğunda durur, onun bir sözünü iki eləmirdi. Bir dəfə çox yalvarıb-yaxardıqdan sonra anası ona tez qayıtmaq şərtilə Mədinəyə getməsinə icazə verir. Uveysin sevincdən uçmağa qanadı yox idi. Tez hazırlaşıb Mədinəyə yola düşür. Mədinəyə çatan kimi Peyğəmbərin (s) sorağına gedir. Deyirlər ki, Peyğəmbər (s) səfərə gedib, bir-iki günə qayıdacaq. Uveys anasına söz verdiyi üçün, Peyğəmbəri (s) görməyə həddən artıq müştaq olmasına baxmayaraq gözləməyib geri qayıdır. Uveys ilahi vəzifəsinə əməl edir. Daha demir ki, eybi yox, bu qədər yolu gəlmişəm, bir gün gözləsəm olar. Görünür, Allah onu çətin sınaqdan çıxarmaq istəyirmiş. Əgər Uveys anasının sözünü yerə salıb Peyğəmbəri (s) gözləsəydi, aydın məsələdir ki, Peyğəmbərin (s) bu işdən xoşu gəlməyəcəkdi. Düşünün, Uveys qoca anasının acığı tutar, ondan narahat olar deyə, ən böyük arzusunun üstündən xətt çəkir. Elə buna görə İslam tarixində kamillik yolunu ustadsız başa vuran yeganə şəxs olur.

Peyğəmbər (s) geri döndüyündə, kimsə ona bir söz deməmiş, buyurur: “Burnuma Yəmən torpağının qoxusu gəlir, Uveys burada olmuşdur.”

Uzun əsrlər boyu agah insanlar bu həqiqəti dərk edərək yoldan azmamaq üçün Əhli-beytin (ə) izi ilə addımlamışlar.

Böyük ariflərin, alimlərin son nəfəslərində dediyi vəsiyyətlərə nəzər salanda hamısının bir məsələni `kidlə vurğuladığını görürük: Sileyi-rəhm, həqqünnas!

Görən son nəfəslərini yaşayan bu insanlar niyə bu qədər həmin məsələni xüsusi vurğu ilə qeyd etmişlər?!

Son dövrün böyük əxlaq müəllimlərindən olan ariflər ustadı Əllamə Qazi, oğluna ünvanladığı vəsiyyətnaməsində mühüm mətləbləri qeyd etdikdən sonra sonda xüsusi vurğu ilə bu tövsiyəni edir: “Allah, Allah, Allahki, heç kimin qəlbini sındırmayın!!!”

Qazi bu son cümləsinin əvvəlində üç dəfəAllahkəlməsini gətirməklə məsələnin olduqca mühüm olduğunu göstərmək istəmişdir.

Qazinin şagirdlərindən olan Ayətullah Nəcabət deyir: “Bir gün Qazinin yanına getmişdim, dedi: “Boynunda kimin haqqı varsa gərək özünə qaytarasan.”

Onun bu sözündən sonra dedim: “Bu yaxınlarda mənim dərs dediyim tələbələrdən biri yaxşı dərs oxumurdu, bunun üçün onu tənbeh etdim. Tələbənin valideynindən tərbiyə işlərində tənbeh etməyə icazə almışdım. Yeri gəlmişkən onu da deyim ki, həmin tələbə indi burada deyil. Bunun üçün onu tapıb halallıq almaq imkanım yoxdur.”

Qazi buyurdu: “Başqa yolun yoxdur, gərək onu tapasan.”

Axı ünvanını bilmirəm.

Gərək tapasan!

Ağa Qazi əlavə edib buyurdu: “Boynunda olan haqqı əda etməyincə ruhaniyyət qapıcı, Allaha qürbət babı, `rifət yolları üzünə bağlı qalacaq. `ni bütün bunların hamısı Həzrəti Xudanın işləridir. Allah-təala Öz razılığını xalqın razı qalmasında qərar vermişdir.”

Göründüyü kimi, əksər əxlaq ustadları ictimai fərdi davranış qaydalarına, xalqın hüquqlarına riayət etməyə çox `kid etmişlər. Təbii olaraq insan ailə içərisində, işlədiyi yerdə digər insanlarla daha çox ünsiyyətdə olur. Bu baxımdan gündə gördüyü, qarşılaşdığı adamlarla rəftarına danışığına daha çox fikir verməlidir. Xüsusilə, onun boynunda hər kəsdən daha çox haqqı olan valideynlərinə xüsusi qayğı ilə yanaşmalıdır. `nəvi yüksəlişə varmaq üçün insanın özünü heç dağa-daşa salması lazım deyil. Ariflərin ədasını çıxarmaqla insan kəramət sahibi olmur. Çoxlu kitab oxuyub söz əzbərləməklə insan hidayətə qovuşmur. Qur`ani-kərim buyurur: “Sizlərdən ən kəramətlisi daha çox təqvalı olanınızdır.”

Ariflər Qur`anın buyruqlarına baş əyərək, Əhli-beytin (ə) göstərdiyi yolla gedərək yüksək məqam sahibi olmuş, şagirdlərini bu cür tərbiyə etmişlər.

Həmin tərbiyənin bəhrəsini bu gün biz, kamil arif Ayətullahül-üzma Behcətin timsalında görürük.

Qazinin tələbəsi olan Ayətullah Behcət məhz ustadının sözünə qulaq asıb atasına itaət edəndən sonra `nəvi sirlər aləminə yol tapır. Həmin hadisəni xatırlamaq burada yerinə düşərdi:

Ayətullah Behcətin Əllamə Qazi ilə get-gəl etdiyini eşidən Qazinin əxlaq məktəibni bəyənməyən bəzi şəxslər Ayətullah Behcətin atasına məktub yazıb onun haqq yoldan azdığını, bir sufinin yanına get-gəl etdiyini qeyd edirlər. (O zaman Behcətin 18-19 yaşı ancaq olardı.) Atası məktubun cavabında yazır ki, vacib əməllərdən başqa bir şey öyrənməyinə filankəslə (Ustad Qazi ilə) get-gəl etməyinə razı deyiləm.

Ayətullah Behcət atasının yazdığı məktubla əlaqədar Əllamə Qazidən üzərinə düşən vəzifəsini soruşur. Ustad Qazi ona bu barədə təqlid etdiyi müctəhiddən sual etməsini buyurur. Ayətullah Behcət, Seyyid Əbülhəsən İsfahaninin yanına gedib məsələnin yerdə olduğunu danışanda, Əbülhəsən İsfahanidənvalideynə itaət etmək vacibdir”–cavabını eşidir.

Bu əhvalatdan sonra dərin sükuta qərq olan Behcət daha heç kimlə danışmır.

Ayətullah Behcətin dostu tələbə yoldaşı Şeyx Abbas Quçani o illəri belə xatırlayır: “Ayətullah Behcət sükut ixtiyar edəndən sonra mənəviyyat aləmindən onun qəlbinə qapılar açılır. O məndən xahiş etdi ki, bu sirri heç kimə açmayım.”

Diqqət etdinizsə, o zamanın böyük mərcəyi-təqlidi olan Əbulhəsən İsfahani Quranın hökmünə müvafiq olaraqatana itaət etmək vacibdirhökmünü verir. Başqa cür ola da bilməzdi. Bundan daha maraqlısı, özü böyük müctəhid olan Əllamə Qazinin bu hökmü bildiyi haldaget, şər`i vəzifəni təqlid etdiyin müctəhiddən soruşdeməsidir. Halubki, onun özü bunu deyə bilərdi zahirdə Behcəti Əbülhəsən İsfahaninin yanına göndərməyin elə bir lüzumu yox idi. Amma şagirdlərini Əhli-beyt (ə) məktəibnin göstəriş- lərinə uyğun tərbiyə edən Qazi hər bir işdə zəmanənin mərcəyi təqlidinə itaət etməyi lazım bilir.

Allah-təalaəl-İsrasurəsinin 23- ayəsində buyurur: Rəbibn yalnız Ona ibadət etməyi vali-deynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri ya hər ikisi sənin yanında (yaşayıb) qoca-lığın ən düşkün çağına yetərsə, onlara: “Ufbelə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!”

Aşağıda dediklərimizə şahid olacaq minlərlə əhvalatlardan ancaq bir qismini nəql edirik.

 

ANAYA XİDMƏTİLAHİ EŞQƏ APARAN YOL

Əllamə Məhəmməd Hüseyn Hüseyni (Tehrani) özününQur`anın nuruadlı kitabında şahidi olduğu bir əhvalatı belə nəql edir: Günlərin biri Tehranda kitab almaq üçünİslamiyyəadlı kitab mağazasına getmişdim. Dükan sahibi ilə yaxın münasibətlərimiz olduğu üçün hər görüşümüzdə bir az dükanda oturub onunla söhbət edər, çay içib dincimi alardım. Bu dükan, mallarını topdan satdığı üçün kitabları dəstə bağlanmış halda birbaşa anbardan verərdi. Müştərilərinin əksə-riyyəti royon kitabçıları idi.

Səhər saat doqquzda kitabçı ilə birlikdə dükanın anbarında kitablara baxırdım. Bu vaxt anbara kitab almaq üçün orta yaşlı bir kişi daxil oldu. Salam verib, anbarın bir küncünə keçib kitab seçməyə başladı. Hiss olunurdu ki, dükanın köhnə müştərilərindəndir. Kişi əlindəki dəri qayışı yerə sərib seçdiyi kitabları səliqə ilə onun üstünə yığmağa başladı. Seçdiyi kitablara diqqət etdim, gördüm əksərən Qur`an, məfatih, risalə, dua bu qəbildən olan kitablardır.

Kitabları üst-üstə yığıb rahladıqdan sonra qayışla dörd bir tərəfdən möhkəm sarıyıb, qaldırıb çiyninə keçirdi. Əlliyə yaxın kitab yığmışdı. Dedim yazığın indi çiyni qırılıb düşər yerə. Çıxmaq istəyəndə birdən dayanıb yanıqlı səslə dedi: “Həbibim Allah, təbibim Allah, yarım, sevgili-canım, cananım!”

Üzünə baxdım, gördüm pörtüb; tər alnından süzülüb arıq sifətindəki dərin yarıqlardan keçərək yamacda cığır açmış çeşmə kimi üzü aşağı axır.

Dedim: “Ağacan! Dərvişcan! Tək yemək ədəbdən deyil, bizə bir şey ver!” (`nəvi süfrənə bizi qonaq elə)

Bunu demişdim, başladı ətrafında dövr vuraraq hündürdən yanıqlı səslə böyük arif şair Baba Tahir Üryandan şe`r oxumağa. Şe`ri oxuyub dayandı. Yükünü yerə qoyub bir xeyli ağladı. Sonra tutqun çöhrəsi bahar təravətini duyan çiçəklər kimi açılmağa başladı. Şad xürrəm halda gülümsünüb alnının tərini sildi. Dedim: “Əhsən! Afərin! Mən həqir, fəqir (alim birisi olsam da) yolda ilişib qalmışam. Sizin duanıza möhtacam!”

Sözümə yenə arifanə bir şe`r oxumaqla cavab verdi. Dedi: “Əlhəmdulillah, yolun yaxşı yoldur. Seyyid! Məni ələ salırsan, nədir? Mənim özüm biçarə möhtacam, sən yükümüzün üstünə yük artırma! Mən sizi tanıyıram; “Qaimməscidində imam camaatsınız. O məscidə gəlmişəm, yenə gələcəyəm. Mənim bəlli bir yerim-yurdum yoxdur. Bir gün burdayam, o biri gün başqa yerdə. Gecələri gözümə yuxu getmir. Anam vəfat edəndən sonra evə çox az-az gedirəm.”

Dedim: “İnayət Allah tərəfindəndir. Amma zahirinizdən belə bəlli olur ki, Allahın sizə xüsusi inayəti olmuşdur. Bunun xas bir səbəbimi vardır?”

Dedi: “Bəli! Mənim qoca bir anam vardı: zəif halsız. Neçə illər idi ki, xəstə halda yataqda yatırdı. Ona özüm baxır, hər bir istəyini yerinə yetirirdim: Yeməyini bişirir, əl-ayağını yuyurdum; bir sözlə, qulluğunda dururdum. Anamın xasiyyəti olduqca pis idi. Hərdən acıqlananda mənə söyüş yağdırır, mən isə dinməyib dözürdüm. Hər bir pis hərəkətinə qarşı təbəssümlə cavab verirdim. Buna görə evlənmirdim. Yaşım qırxı keçsə anamın bu xasiyyəti ilə ailə qurmağı qeyri-mümkün hesab edirdim. Bilirdim ki, evlənsəm, ya geci-tezi ailəmiz dağılacaq, ya da başqa bir yolu bu idi ki, mən gərək anamı atıb gedəydim.

Anamı tək qoymağa vicdanım heç cür yol vermirdi. Bu üzdən evlənmədim, dedim mənim qismətimə belə yazılıb, gərək dözəm.

Anamın dözülməz xasiyyətinə səbir etməyimin nəticəsində hərdən gözlənilmədən qəlbimdə sanki şimşək çaxır, qəribə işartılar bərq vururdu. Təsəvvürəgəlməz rahatlıq, xoş hallar keçirirdim. Əlbəttə, bu hallar keçici, davamsız olurdu.

Qışın soyuq günlərindən birində anam tək qalıb qorxmasın deyə yatağımı o yatan otaqda salmışdım. Həm deyirdim birdən anamın bir şeyə ehtiyacı olar, məni çağırar, eşitmərəm. Kuzəni həmişə su ilə doldurub yanıma qoyurdum ki, birdən anam qalxıb su istəsə, tez, suyu ona verə bilim.

Gecənin bir yarısı, alaqaranlıqda anam su istədi. Tez qalxıb kasanı doldurub ona verdim, dedim: Buyur anacan.

Anam yuxulu olduğu üçün mənim onun yanında olduğumdan xəbərsiz idi. Ona görə başladı məni söyüb qarğımağa. Dedim, ana mən burdayam, al suyu! Anam kasanı alıb həmin andaca başıma çırpdı. Tez kasanı götürüb yenidən su ilə doldurub ona uzatdım dedim: Bağışla məni ana, eşitmədim, ona görə gec gəldim, üzr istəyirəm.

Bir anlıq baş verdiyini anlamadım. Qəlbimdə bərq vuran qığılcımlar birdən püskürüb vulkana döndü. Günəş üfüqdən baş qaldırıb aləmi işıqlandırdığı kimi qəlbim nura qərq oldu. Həbibim, təbibimAllahım mənimlə danışırdı. Bu hal artıq keçici olmadı, o vaxtdan qəlbimdə bir nur parlamaqdadır.”

Bu görüşümüzdən sonra mən onu bir daha görmə-dim.

Bu əhvalatı mən həmin ətrafda yaşayan dost-larımdan `zisinə danışanda, dedilər ki, biz onu tanıyırıq: Anası neçə ildir ki, dünyasını dəyişib, özündə qəribə hallar olur.

Kitabçı dostum dedi ki, o həmişə gəlib mənim dükanımdan kitab aparar. Aldığı kitabları səyyar şəkildə, hərdən bir yerdə, yolun bir kənarında dayanıb satar. Olduqca dəqiq adamdır. Ona görə vaxt gəlsə, anbara ötürürəm, özü istədiyi qədər kitab seçib götürür. Kitabların pulunu da satandan sonra gətirib verir. Çox vaxt özünü cahil adamlar kimi göstərir. Amma, əslində olduqca dərin adamdır.[6]

Bu əhvalatı nəql etməkdə məqsədim anaya xidmətin `nəvi nəticələrini bəyan etmək idi. Ana qəlbi Allah mehrinin sirrinin xəzinəsidir. Əgər bağlı olsa, asimanın qapıları bağlanmışdır, əgər açıq olsa, asimanın qapıları açılmış olar.

Çox görmüşük Allah yolunun yolçuları gecə namazlarına qalxmaqla, oruc tutub çillələr saxlamaqla bu yolu başa vurmağa çalışmışlar, ki, rəftarları ailədə pis olduğu üçün zəhmətlərinin bəhrəsini dadmamışlar. Uzun illərin məşəq-qətindən sonra bağlı qapı ilə üzləşmişlər.

Amma əhvalatını nəql etdiyimiz belə sadə insan-lar uzun məşəqqətli riyazətlərə baş qoşmadan, təkcə həqqünnas məsələsinə riayət etməklə tez bir zamanda ali məqamlara çatmışlar. Həqqünnas dedikdə, insanın ətrafındakı adamların hüquqlarına riayət etməsi nəzərdə tutulur. `ni sənin əlinin altındakı adamları incitməyəsən, ətrafındakılarla gözəl davranasan, sənə qarşı kobudluq olsa belə səbirli davranıb güzəşt edəsən. Bir sözlə rəftarımıza çox diqqət yetirməliyik.

 

ATANIZDAN HALALLIQ ALIN

Məhəmməd Əli Mücahidi müəllifi olduğuÖvliyaların hüzurundaadlı kitabında belə bir xatirə nəql edir:

Yaxın dostlarımdan olan Kaşani dünya görmüş, təqvalı bir şəxs idi. Həftənin əksər günləri onun evi qonaqla dolu olardı. Evi Allah dostlarının ümid məkanına çevrilmişdi. vaxt evinə getsəydin, süfrəsini açıq görərdin.

Mərhum Kaşani bir dəfə mənə belə bir əhvalat danışdı: Bir nəfər cavan oğlan tez-tez məsləhət üçün yanıma gələr, həyatındakı çətinliklərdən şikayət edərdi. Mən bacardığım köməyi ondan əsirgəmirdim, amma işləri nədənsə düzəlmirdi.

Bir gün məni Həzrət Əlinin (ə) doğum günü münasibəti ilə düzənlənmiş mərasimə `vət etdilər. Mən həmin cavana dedim ki, bu gecə bərat gecəsidir, gəl sən mənimlə gedək, görək olur.

Olduqca maraqlı bir mərasim düzənlənmişdi. Məddahlar biri digərinin ardınca öz mədhiyyələrini oxuyur, camaat da arada onlara qoşulub səs verir, salavat göndərirdi. Mərasimin başlanmasından bir saat keçmiş Ağa Müctəhidi gəlib çıxdı mənim yanımda boş yerdə əyləşdi.

Həmin cavan mənim Ağa Müctəhidiyə hədsiz ehtiram göstərdiyimi görüb anladı ki, bu şəxs kimdirsə, kəramətli bir insan olmalıdır. Bu üzdən o, elə hey məndən xahiş edirdi ki, onun məsələsini Ağa Müctəhidiyə söyləyim, bəlkə bir yol göstərdi.

Həmin cavanı ağa Müctəhidi ilə tanış etdim dedim: Neçə vaxtdır ki, düşdüyü problemlərin həllinə çalışır, amma bir yerə çıxa bilmir. Bu gecə əziz bir gecədir, lütf göstərib ona kömək edə bilsəniz sizdən çox məmnun olardım.

Ağa Müctəhidi nüfuzlu baxışlarını cavanın üzünə zilləyib bir anlığa fikrə getdi. Bir neçə saniyədən sonra ona buyurdu: Siz atanızın razılığını əldə etməlisiniz! Cavan oğlan təəccüblənmiş halda dedi: Atam iki il olar ki, rəhmətə gedib.

Elə sənin problemlərin iki il olar başlayıb. Yəqin axırıncı gün atanla aranızda olan söhbəti unutmamısan? Atanın ömrünün son saatlarında qəlbini qırmısan. Atanı həmin böhranlı dəqiqələrdə ürəyi qəhərli halda yalqız qoyub getdin!

Bu sözləri eşidəndə cavanı xəcalət təri basdı. Üzünü mənə tutub dedi: Ağa düz deyir. Gərək onu tək qoymayaydım. Mən onun yeganə oğlu idim. Çox böyük səhv etmişəm! Yaxşı, indi mən neyləyim?

Kaşani nəql edib deyir ki, Ağa Müctəhidi bir neçə dəqiqədən sonra həmin oğlana edəcəyini tapşırıb, bizimlə xudafizləşib getdi.

Həmin cavan oğlanın işləri Ağa Müctəhidinin tapşırığına əməl edəndən sonra qaydasına düşür.

Cənab Kaşani cavanın problemlərinin həlli üçün Ağa Müchədinin verdiyi tapşırığın olduğunu demədi. Amma dedi ki, cavan həmin görüşdən bir neçə gün sonra atasını yuxuda görür atası ondan razı qaldığını bildirir.

Atası oğluna deyir: Sən bu əməlinlə bərzəx aləmində mənim yolumun üstündən böyük bir maneəni götürdün.[7]

Allah-təala bizə yalnız Ona ibadət etməyi əmr edəndən sonra ata-anaya yaxşılıq etməyimizi tapşırır. Xüsusən valideynin qocalıq çağlarını xatırladıb deyir ki, əgər onlardan biri ya hər ikisi qocalığın ahıl çağlarına çatarsa (təbii ki, belə yaşlarda sizin zəhmətiniz artacaq) məbada onların xətrinə toxunacaq bir söz deyəsiniz. Allah-təala bizə öz danışığımız davranışımızla onları əziyyətə salmamağımızı tövsiyə edir. Deyir: Valideynlərinizlə hörmətlə davranın.

Bu ayədən belə nəticə çıxardırıq ki, ata-ananın Allah yanında məqamı olduqca yüksək əziz tutulur. Bu səbəbdəndir ki, bizi Özünə ibadət etməyə `vət edəndən sonra valideynlərə yaxşılıq etməyə səsləyir. Ata-anaya yaxşılıq etmək heç bir şərtlə yanaşı qeyd olunmur. Valideynə hörmət ümumi bir göstərişdir. Hətta, əgər ata-ana kafir olsalar belə onların hüququna riayət olunmalıdır. Xüsusilə qocalıq çağlarında onların əlindən tutmaq tapşırılır.

Valideynin üzünə olmaq böyük günahlardan sayılır bağışlanılmazdır. Çünki, valideynin bizim boynumuzda olan haqqıhəqqünnasnövün-dəndir. Allah-təala həqqünnasın paymal olmasını bağışlamır. Əgər bir kəsin haqqını tapdala-mışıqsa onu bərpa etməli, razılığını əldə etməliyik. O cümlədən ata-ana haqqı ən böyük hüquqlardan biridir. Bu hüquqa riayət edilməli, onun pozulmasına yol verilməməlidir.

Bu məzmunda olan hekayələr onu göstərir ki, bütün günahlar elə bu dünyada insanın yaxasından yapışır. Axirət dünyasına qədəm qoyduqda isə vəziyyət daha ağır olur. Bunun üçün fürsət varkən bu dünyada günahların yuyulmasına çalışmaq lazımdır ki, hər iki dünya səadətini əldə etmiş olaq.

 

 

ANA QARĞIŞI QƏBİR ƏZABI (1)

Nəql olunur ki, günlərin birində Peyğəmbər (s) məsciddə olduğu vaxt Cəbrayıl (ə) nazil olub, salam verdikdən sonra dedi:

Ey Allahın Rəsulu! Bəqi qəbiristanlığına gedin. Bəlkə sizin mübarək qədəmlərinizin sayəsində dar qaranlıq qəbir içində əzab çəkənlər nicat tapalar.”

Peyğəmbər (s) səhabələrdən bir neçəsi ilə birlikdə Bəqi qəbristanlığına yollandı. Əli (ə) Peyğəmbərlə (s) yolda rastlaşarkən salam verib hara getdiklərini soruşandaBəqi qəbristanlığına”–deyə Peyğəmbər (s) cavab verdi. Həzrət Əli (ə) onlarla birgə Bəqi qəbristanlığına yollandı. Qəbristanlığa çatanda Peyğəmbər (s) qəbirlərin birindən gələn səsi eşitdi:

Dadıma çat, ya Rəsuləllah!

Peyğəmbər (s) səs gələn qəbirə yaxınlaşıb dedi: “Ey qəbir əhli! üçün necə əzab çəkdiyinin səbəbini söylə.

Qəbirdən cavab gəldi: “Ey günahkarların dadına yetən! Ana qarğışı məni bu əzaba düçar etmişdir. Ona görə ki, anamı çox incitmişdim.”

Peyğəmbər (s) üzünü Bilal Həbəşiyə tutub dedi: “Mədinə camaatına xəbər verin ki, hamı öz ölənlərinin qəbirləri ətrafında toplaşsın.” Bilalın çağırışını eşidən Mədinə camaatı qəbristanlığa toplaşdılar. Beli bükülmüş qoca bir qarı da gəlib həmin qəbrin kənarında dayandı. Qarı Peyğəmbərə (s) salam verib, soruşdu: “Ey Allahın Rəsulu! Bizi buraya yığmağınızın səbəbi nədir?”

Ay qarı, bu sənin övladının qəbridir?–deyə Peyğəmbər (s) soruşdu.

Qarı dedi: Bəli.

Peyğəmbər (s) qarıya dedi: “Sənin övladın çox dəhşətli əzaba düçar olub. Gəl sən onun təqsirindən keç haqqını ona halal et!”

Yox, onu heç vaxt bağışlamaram!–deyə qarı dilləndi.

Peyğəmbər (s) səbəbini soruşanda qarı dedi: “Ey Allahın rəsulu! Bu uşağı min bir əzab-əziyyətlə böyütdüm ki, qocalanda mənə hayan olsun. Amma o, böyüyüb mənə daha da əziyyət verdi.

Peyğəmbər (s) buyurdu:

Ay qarı, övladının təqsirindən keç ki, bu dəhşətli əzabdan qurtula bilsin.”

Peyğəmbər (s) əllərini göyə qaldırıb dua etməyə başladı:

Ey Rəbbim, Səni and verirəmPənc tən Ali əba hörmətinə, bu övladın səsini anasının qulağına çatdır. Bəlkə ana ürəyi övladının yalvarışlı səsini eşidib rəhmə gələ!” Sonra üzünü qarıya tutub dedi:

Qulağını oğlunun qəbrinə söykə ki, onun fəryad səsini eşidəsən.” Qarı qulağını qəbrə söykəyəndə ürək ağrıdan nalə səsi eşitdi. İxtiyarsız olaraq ağlamağa başladı. Qarı dedi:

Ey günahkarlara şəfaət edən, bu necə fəryad nalə səsidir ki, qəbirdən gəlir? O deyir: “Başımın üstündə ayağımın altında, sağ sol tərəfimdə hər yer alovdur! Ey ana! Məni bağışla güna-hımdan keç. Yoxsa qiyamət gününə qədər bu əzab içində qalacağam.”

Bu sözləri eşidəndən sonra qarının ürəyi yumşaldı oğlunun halına acıyaraq dedi: “Ey Allahım! Övladımın günahından keçdim onu bağışladım.”

Ana övladına halallıq verən kimi Allah-təala öz rəhmət libasını ona geydirib, günahlarını əfv etdi.

Qəbirdən səs gəldi:

Ay ana! Sən məndən razı olduğun kimi, Allah-təala da səndən razı olsun.”[8]

 

 



[1] İsra”, 23, 25.

[2] Nisa\", 34.

[3] Loğman”, 14, 15.

[4] Ənkəbut”, 8.

[5] Bürhan təfsiri, daş çapı, “İsrasurəsinin təfsiri, c. 1, səh, 601.

[6] Məhəmməd Hüseyn Hüseyni (Terani), “Qur`anın nuru

[7] Mücahidi Məhəmmədəli, “Dər məhzəre lahutiyan”, c. 1, səh. 235, 237.

[8] Qafillərin tənbehi”, səh. 88.

  641
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...
      İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin ...

 
user comment