Azəri
Saturday 23rd of March 2019
  691
  0
  0

Böyük Rəhbərin fətvası 2010-cu ilin ən mühüm dini hadisəsi seçilib

Beynəlxalq şöbə: İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Əli Xameneyinin Həzrət Peyğəmbərin (s) həyat yoldaşı və Sünni məzhəb mənsublarının hörmət etdiyi şəxsiyyətlərə hörmətsizlik etməyin haram olması ilə bağlı verdiyi fətva 2010-cu ilin 10 ən mühüm dini hadisəsi kimi seçilib.

İQNA Quran agentliyinin “Əl-Kövsər” kanalına istinadən məlumatına əsasən, Kuveytin şiə alimlərindən olan Yasir Əl-Həbib Peyğəmbər (s) həyat yoldaşı Ayişəni təhqir etmişdi. Bu hadisə şiə və sünnilər arasında geniş müzakirə mövzusu olmuşdu. Bu səbəbdən İran İslam İnqilabının böyük rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneyi fətva verərək Peyğəmbərin (s) həyat yoldaşı Ayişəyə və sünni məzhəb mənsublarının hörmət bəslədikləri şəxsiyyətlərə hörmətsizliyin haram olduğunu bildirib. Rəhbərin bu hərəkəti Sünni və Şiə məzhəb mənsublarının müsbət reaksiyasına səbəb olmuşdu və onlar bu hərəkəti alqışla qarşılamışdılar.

“On İslam” saytı Qərb və Ərəb mətbuatı o cümlədən ABŞ-ın “Taim” jurnalı və ekspert rəylərininə əsasən Böyük Rəhbərin bu fətvası 2010-cu ilin 10 ən mühüm dini hadisələrindən biri seçilib.

Ekspertlərin rəyinə görə, İran İslam Respublikasının Böyük Rəhbərinin bu fətvası çox həssas bir zamanda verildi və Yaxın Şərqdə olan müxtəlif İslami ölkələrdə yaşayan şiələr və sünnilər arasında müharibənin qarşısını aldı.

Qeyd edək ki, “On İslam” saytının məlumatına əsasən, ABŞ-ın Florida ştatında kilsə keşişi Tiri Consun 11 sentyabr hadisəsinin il dönümündə Quran yandırmaq günü kimi qeyd etməyə dəvət etməsi, Nyu-York Beynəlxalq ticarət binalarının yaxınlığında məscidin tikilməsi layihəsi, Avropada islamofobiyanın artması, Əhməd Təyyibin Əl-Əzhər universitetinin rektoru seçilməsi və Misirli keşişin islama zidd çıxışı 2010-cu ilin ən mühüm hadisələrindən hesab olunub.


source : www.iqna.ir
  691
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment