Azəri
Sunday 24th of March 2019
  977
  0
  0

İstanbulun fəthi – ilahi fəth, yoxsa döyüş uğuru?

Tarixin maraqlı səhifələrindən biri İstanbulun fəthi hadisəsi ilə bağlıdır. Amma bu movzunu xüsusilə dindar kəsim üçün daha maraqlı edən onun hədislərdə yada salınmasıdır. İstanbulun fəthi ilə bağlı doğrudanmı öncədən nələrsə deyilib? Əlbəttə ki, bu kimi mövzularda həm tərəfdarları, həm də müxalifləri qane tmək asan iş deyil. Çünki insan öz istəyinin ardıncadır. İstəyini dəlilsiz qəbul edir , başqalarının istəyinə dəlil axtarır.

 

Xülasə, nəzərdə tutulan hədisdə deyilir:

 

\"Qəstəntiniyyə (Konstantinopol, İstanbul) mütləq fəth olunacaq - onun əmiri nə gözəl əmirdir, həmin ordu necə gözəl ordudur.\"

 

Bu hədisi mötəbər sayanlar və saymayanlar var. Hədisi İbn Əbi Xeysəmə \"ət-Tarix\"də, əl-Buxari \"ət-Tarix əs-Sağir\"də... rəvayət etmişdir. Hədisi əl-Hakim səhih saymışdır və əz-Zəhəbi onunla razılaşmışdır. Amma bəziləri onun sənədini mötəbər hesab etmir.

 

Fateh Sultan Məhəhəmməd dövrünün elmlərindən xəbərdar idi. Alim, şair və sənətkarları tez-tez yanına toplayar, onlarla söhbət etməyi xoşlayardı. Maraqlı və bilinməyən mövzular haqqnda məqalələr yazdırar və onları araşdırmağı xoşlayardı. Dahi sərkərdə və idarəçi idi. Fateh oxumağı çox sevərdi. Farsca və ərəbcəyə çevrilmiş dini və fəlsəfi əsərləri oxuyardı. Fateh Sultan Məhəmməd 1481-ci ilə qədər sultanlıq etdi.

 

20 yaşında Osmanlı xəlifəsi olan Sultan II Məhəmməd İstanbulu fəth edərək 1100 illik Şərqi Roma İmperiyasını ortadan qaldıraraq Fateh ünvannı qazandı. İstanbulun fəthini gerçəkləşdirərək böyük komandan olmağı bacaran Fateh Sultan Məhəmməd, düşmənlərə İslamın gücünü göstərən həqiqi sərkərdə və dövlət adamı idi. Bu böyük insan 1481-ci ildə may ayının 3-də vəfat etmişdir.

 

Fateh İstanbulun fəthi qayəsini həyata keçirmək üçün macarlara, serblərə və bizanslılara qarşı yumşaq davranmaqda idi. Məqsədi xristianların birləşməsinin qarşısını almaq, onları təhrik etməmək və vaxt qazanmaq idi. Min illik tarixinin sonuna gəlmiş olan Bizans kiçilə-kiçilə sadəcə İstanbul şəhərinin sərhədləri içərisində hökm sürən bir dövlət halına gəlmişdi. Buna baxmayraq Bizansın varlığı Balkanlarda müsəlman hakimiyyəti baxımından təhlükə daşımaqda idi. Bizans imperatorları Anadoludakı müxtəlif siyasi qüvvələri Osmanlılar əleyhinə təhrik etməkdən geri qalmırdı. Hətta, zaman-zaman Osmanlı şahzadələri arasandakı taxt-tac mübarizəsinə də qarışaraq daxili nizamı pozmaqda idi. İstanbulun Osmanlı dövləti tərkibinə qatılması iqtisadi və mədəni yöndən də əhəmiyyətli mövqelərin ələ keçirilməsi demək idi. Bununla boğazlar tam mənası ilə nəzarət altına alınacaq və Qara dənizdəki ticarət yolları ələ keçirilmiş olacaqdı. Qaramanoğulları məsələsini həll edən Fateh Sultan Məhəmməd İstanbilin fəthi üçün hazırlıqlara başladı.

 

Fateh Sultan Məhəmməd hazırlıqlarını tamamladqdan sonra Bizans İmperatoru Konstantinə bir elçi göndərərək qan tökülmədən şəhərin təslim edilməsini istəmişdi. Ancaq imperatorun “döyüşə hazırıq” cavabından sonra İstanbulun qala divarlarının önünə gələn Osmanlı ordusu 4 aprel 1453-cü ildə mühasirəyə başladı. Osmanlı ordusu Xəlicin girişində və Sarayburnu deyilən yerdə lövbər salmışdı. Ordu mərkəz, sağ və sol olaraq üç qismə ayrılmışdı. 19 apreldə edilən ilk hücumda təkərli qüllələrdən istifadə edildi və bu hücumla Topqapı qala divarlarna qədər irəli gedildi. Osmanlı ordusunda əskərin sayı 150-200 min arasında idi. Bu qüvvələrə Rumeli və Anadolu bəylərinə bağlı müxtəlif qüvvələr də qatılmışdı. Çox şiddətli döyüşlər getməkdə idi. Bizanslilar şəhərin qala divarları zədələnən kimi təmir edirdilər. Venesiyalılr və s. kimi xristian ölkələr də öz donanmaları ilə Bizanslılara yardım etməkdə idi.

 

Fateh İstanbulun fəthini asanlaşdracaq əhəmiyyətli bir qərar verdi: gəmiləri quru yolu ilə gətirib dənizə tökmək. Bununçün gəmiləri gətirəcəyi sahəyə şalbanlar düzdürdü. Gəmiləri şalbanların üzərində sürüşdürmək üçün Galatadakı xristianlaradan zeytunyağı, sadə yağ və donuz yağı alınaraq şalbanlar yağlanırdı. 21-22 aprel gecəsi 67 (vəya 72) gəmi düzəldilmiş bu yoldan körfəzə endirildi. Buradkı toplar İstanbul qala divarlarını vurmağa başladı.

 

29 mayda umumi hücum həyata keçiriləcəyinə dair qərar elan edildi. Artq döyüşlər zamanı Bizansın qala divarlarında bərpası mümkün olmyan yarıqlar açılmışdı. Bəzi hallarda qaladan içəri keçməyə müvəffəq olan Osmanlı əskərləri bizanslılar tərəfindən zorla geri oturdulurdu. 19 aprel, 6 may, 12 may və 29 mayda edilən dörd böyük hücum həmləsindən sonra Şərqi Roma İmperatorluğunun 1125 illik paytaxtı olan İstanbulun fəthi çox əhəmiyyətli nəticələri də özü ilə bərabər gətirdi.


source : www.abna.ir
  977
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment