Azəri
Sunday 24th of March 2019
  852
  0
  0

Səudiyyə Ərəbistanda Quran müsabiqəsi keçiriləcək

Beynəlxalq şöbə: Səudiyyə Ərəbistanda hifz, qiraət və təfsir üzrə 32-ci Quran müsabiqəsi dekabrın 26-dan Məkkədə öz işinə başlayacaq

İQNA Quran agentliyinin “Əl-İqtisadiyyə” qəzetinə istinadən məlumatına əsasən, bu müsabiqə Ərəbistanın vəqflər,islami işlər və təbliğat nazirliyinin təşəbbüsü ilə keçiriləcək. İlk dəfədir ki, Quran müsabiqəsi bu ölkədə Məscidul-Haramda təşkil olunacaq.

Müsabiqənin təşkilatçı katibi Mənsur bin Məhəmməd Əl-Səmih bildirib ki, müsabiqənin təşkili üçün bütün hazırlıq işləri görülüb və iştirakçılar dünyanın müxtəlif ölkələrindən artıq Ərəbistana gəliblər.

Onun sözlərinə görə, müsabiqənin təşkili İslam ölkələrindən olan müxtəlif gənclər arasında dostluq və qardaşlıqların səviyyəsinin artırılmasına təkan verəcək.

Müsabiqə Quranın hamısının əzbər oxuması təcvid qaydalarına əməl etmək və təfsir, Quranın tilavəti təcvid qaydalarına əməl etmək və avaz, 20 cüzün əzbər oxuması tilavət və təcvid, 10 cüzün əzbər oxuması təcvid və tilavət, 5 cüzün əzbər oxuması təcvid və tilavət üzrə təşkil olunur.

Müsabiqədə dünyanın 38 ölkəsindən 122 nəfər və Qeyri müsəlman ölkələrinin 26 islami birliklərindən 66 iştiraçı qatılacaq. Müsabiqənin 10 hakimi Səudiyyə Ərəbistan, Misir, Suriya, Məğrib, Niceriyə, İndoneziya ölkələrindəndir.


source : www.iqna.ir
  852
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment