Azəri
Tuesday 26th of March 2019
  711
  0
  0

Gəncədə dindarlar hicab qadağasına etiraz edib, 40 nəfər həbs olunub

Beynəlxlaq şöbə: Gəncədə \"Şah Abbas\" məscidində cümə namazı qılındıqdan sonra bir qrup dindar, hicab qadağasına qarşı etiraz aksiyası keçirdiblər.

İQNA Quran agentliyinin deyerler.org saytına istinadən məlumatına əsasən, keçirilmiş aksiya ilə bağlı Gəncə \"Furqan\" İB-nin sədri Hacı Vüqar İsgəndərov bildirib ki, \"Bu gün də həmişəki kimi inanclı insanlar məscidlərə cümə namazını qılmaq üçün gəlmişdilər. Şəhərin came məscidi olan \"Şah Abbas\" məscidində cümə namazından sonra bir qrup dindar hicabla bağlı öz narahatlıqlarını bildirmişlər. Hamı artıq bu problemi öz evində yaşayır. Camaat hicab qadağasına etiraz edib. 500-dən çox dindar Gəncə İcra Hakimiyyətinin qarşısına yürüş etmək istədikdə məscidin ətrafında olan 100-ə qədər polis inanclılara hücum edib. Polis dindarlara qarşı zor tətbiq edib, onları dəyənəklərlə döyüb. Hələlik dəqiq həbs olunanların sayını bilmirik. Amma 30-40 nəfərin saxlanılması haqqında məlumatlar var. Polislər, həmçinin bu etiraz aksiyalarına heç bir aidiyyatı olmayan, yoldan keçən insanları da həbs ediblər. Bu azmış kimi, polislər məscidin qapısını bağlamış, içəridə namaz qılan insanları bir-bir çölə çıxartmışlar. Onların arasında yaşca böyük olanlar da saxlanılıb və polis zorakılığına məruz qalıb. Biz polis zorakılığını pisləyirik. Məmurlar xalqın dərdini dinləməli və onu həll etməlidirlər. Yoxsa ki, durub qoca, cavan demədən hər kəsi döyməsini pisləyirik. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə münasibət bildirməlidir. Hicab məsələsinin həlli üçün səylərini artırmalıdır.

Bildiyimiz kimi, bu gün ölkə başçısının doğum günüdür və bununla bağlı Gəncədə dünəndən bu gün keçiriləcək tədbirlərə hazırlıq gedib. Dünəndən şəhərdə tanınmış insanlar polis idarəsinə aparılıb, izahatlar alınıb. Hal-hazırda məscidlərin qarşısında polis qüvvələri yerləşdirilib. Biz ölkəmizdə vətəndaş qarşıdurmalarının olmasını istəmirik və inanırıq ki, dövlət rəsmiləri, aidiyyəti orqanlar və QMİ sədri bu problemin tezliklə həll olunması üçün ciddi işlər görəcəklər\".


source : www.iqna.ir
  711
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment