Azəri
Friday 22nd of March 2019
  618
  0
  0

Azərbaycan dindarları alimlərdən məktəblərdə hicaba qoyulmuş qadağaya müdaxilə etmələrini istəyib

İctimai və siyasi şöbə: Azərbaycan məktəblərində hicab qadağasına etirazlar davam edir. Bu ölkənin dindarları Qum və Nəcəf şəhəri dini elmiyyə hövzələrində olan müctəhidlərə müraciət edərək onların hicab qadağasına etiraz etməsini istəyib.

İQNA Quran agentliyinin məlumatına əsasən, Azərbaycanda siyasi məqsədlərlə süni şəkildə yaradılmış hicab problemi hələdə davam edir. Müraciət edənlər dini alimlər və müctəhidlərdən istəyirlər ki, bəyanatlar yayaraq bu məsələyə müdaxilə etsinlər.

Artıq bir neçə müddətdir ki, Azərbaycanda hicab problemi gündəmdədir. Azərbaycanın bir sıra məktəblərində hicabla bağlı yaranmış problem ölkə insanını narahat etməkdədir. Baxmayaraq ki, ölkə Konstitusiyasında və “Təhsil haqqında” qanunda hicabla bağlı heç bir qadağa yoxdur, bəzi direktorlar hicablı şagirdlərə qeyri-hüquqi məhdudiyyət tətbiq edərək, onları dərsə buraxmır.


source : www.iqna.ir
  618
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment