Azəri
Sunday 16th of June 2019
  782
  0
  0

Elçin Behbudov: “Hicab qadağasını tətbiq etmək düzgün deyil”

Beynəlxalq şöbə:" BMT-nin işgəncələrə Qarşı Komitəsi"nin "Azərbaycan Milli Komitəsi"nin sədri və ATƏT-in saxlanma yerləri və həbsxanalar üzrə eksperti Elçin Behbudov Azərbaycanın müsəlman dövlət olduğunu və burada insanların arzularına uyğun baş bağlamalarının təbii olduğunu düşünür.

İQNA Qurana agentliyinin deyerler.org saytına istinadən məlumat verir ki, Behbudov deyib ki, “Azərbaycan müsəlman dövlətidir. Əlbəttə ki, burada insanların arzularına uyğun baş bağlamaları olar. Ölkədə dinə, namaza inam günü-gündən artır. Müəllim olsun, dövlət xadimi olsun, kim olur-olsun, kimliyindən asılı olmayaraq kim inancına görə başını bağlamaq istəyirsə, bu, onun haqqıdır. Uzağa niyə gedirik, Türkiyə Azərbaycandan qat-qat əvvəl demokratik ölkədir. Özü də Türkiyə avropasayağı respublikadır. Baş nazir R.T.Ərdoğanın xanımı başını örtür və bütün tədbirlərə də belə gedir. Burada bir qəbahət yoxdur”.

“Hicab qadağasını tətbiq etmək düzgün deyil. Bunu edənlər bir şeyi bilməlidir ki, Azərbaycan xristian dövləti deyil”, - deyə hüquq müdafiəçisi, "BMT-nin İşgəncələrə Qarşı Komitəsi"nin "Azərbaycan Milli Komitəsi"nin sədri və ATƏT-in saxlanma yerləri və həbsxanalar üzrə eksperti Elçin Behbudov açıqlamasında bildirib.

Qeyd edək ki, son günlər Azərbaycanın bir sıra məktəblərində hicabla bağlı yaranmış problem, ölkə insanını narahat etməkdədir. Baxmayaraq ki, ölkə Konstitusiyasında və “Təhsil haqqında” qanunda hicabla bağlı heç bir qadağa yoxdur, bəzi direktorlar hicablı şagirdlərə qeyri-hüquqi məhdudiyyət tətbiq edərək, onları məktəbə qoymurlar. Aldığımız məlumatlara görə, bəzi məktəblərdə hətta hicablı müəllimələr də dərsə buraxılmır.


source : www.iqna.ir
  782
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Qəzzəli əlillər sionist İsrail rejimin cinayətlərinə etiraz olaraq aksiya ediblər – Foto
      Dinsizliyin acı nəticələri, Bakıda sifarişli qətl: qadını öldürüb yandırdılar - Foto
      Fransa polisinin vəşiliyi Sarı gödəkçəliləri daha da əzimkarlıqla aksiyaslar keçirməyə ...
      Ölülərin bu dünyada dirilməsi hadisələri necə baş veribdir?
      İmam Xamenei: “ABŞ-ın düşmənçiliyi cavabsız qalmayacaq”
      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)

 
user comment