Azəri
Wednesday 20th of March 2019
  649
  0
  0

Minlərlə insan Nardaranda hicab qadağasina etiraz etdilər

Beynəlxalq şöbə: Dekabrın 16-da Aşura günü Nardaranın minlərlə sakini toplaşıb, "Biz ölərik Hicabı əldən vermərik" şüarı səsləndiriblər

İQNA Quran agentliyinin faktxeber saytına istinadən məlumat verir ki, Nardaran pirində keçirilən mərasimdə dindarlar hicabın qadağası ilə bağlı prezidentə və Təhsil nazirinə müraciət ünvanlayıblar və imza toplama kampaniyasına başladıqlarını bildiriblər.

 

Ötən həftə Bakıda orta məktəbli qızların hicab taxmasına qoyulan məhdudiyyətə etiraz olaraq Təhsil Nazirliyinin binası qarşısında aksiya keçirilib. 10-dan çox adam saxlanıb.

 

Dekabrın 16-sı Azərbaycanda Aşura günü qeyd olunur. Bir sıra dini icma rəhbərləri Aşura günündə aksiyaların keçirilməməsi üçün dindarlara müraciət ünvanlayıb.

 

Təhsil naziri Misir Mərdanov orta məktəb şagirdlərinin hicab geyinməsi məsələsilə bağlı dərsə məktəbli formasında gəlmək qəbul olunmuş qərardır və ona riayət olunmalıdır.

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə isə Turan informasiya agentliyinə deyib ki, “hicab məsələsi müzakirə obyekti deyil, bu, allahın əmridir və ona əməl olunmalıdır”.

 

Şeyxülislam hicabın geyilməsinə gəldikdə, onun məktəb forması ilə uzlaşmasına diqqət çəkib:

 

“Hicabın olub-olmaması yox, onun hansı şəkildə olması müzakirə edilə bilər”. Şeyxülislam bu məsələnin bu məktəblərdə də müsbət həllini tapacağına ümidvar olduğunu deyib: “Bu, bir insan haqqıdır və belə görünməklə özünü rahat hiss edirsə, buna mane olmaq lazım deyil”


source : www.iqna.ir
  649
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment