Azəri
Thursday 21st of March 2019
  759
  0
  0

Rusiya müftisi hökumətin islamofobiya qarşı mübarizəsinin artırılmasını istəyib

Beynəlxalq şöbə: Rusiya müftiləri Şurasının başçısı Ravil Qaynutdin hökumətdən istəyib ki, Rusiyada islamofobiyaya qarşı baş qaldırmış hərəkatla mübarizəsini artırsın.

İQNA Quran agentliyinin AFP xəbər agentliyinə istinadən məlumatına əsasən, Rusiya müftiləri Şurasının başçısı Ravil Qaynutdin son aylarda İslama qarşı bəzi hərəkətlərin baş qaldırdığını söyləyərək bildirib ki, hökumət, dini rəhbərlər və ölkə KİV-ləri İslamofobiya dalğası ilə mübarizəsini artırmalı və bu hərəkətlərə qarşı çarə düşünməlidir.

“Tələsik hazırlanmış süni müftilər müsəlmanların inkişafına qarşı çıxaraq, dövlətin siyasətini həyata keçirən kuklalar olacaqlar. Dövlət strukturlarında çalışan marionetlər, şübhəsiz ki, Rusiyada İslamı məhv etməkdə qərarlıdırlar. Onlardan biri də islamofob Qrişindir (dövlət orqanlarının İslam təşkilatları ilə əlaqələrinə cavabdeh olan Rusiya prezidenti administrasiyasının müşaviri). Onlar anlayırlar ki, hazırda İslam Rusiyada böyük bir faktora çevrilib. Bunun üçün də onun qarşısını almağa çalışırlar. Artıq bu istiqamətdə real addımlar atılır",-deyə Qaynutdin deyib.

Qaynutdin son günlər Moskvada baş vermiş qarşıdurmalara da münasibət bildirərək deyib ki, Rusiya paytaxtında 2 milyondan artıq müsəlmanın yaşamasına rəğmən, hakimiyyət burda da anti-İslam siyasətini yürüdür: "Məscidlərin azlığından müsəlman bayram namazlarını küçələrdə, tramvay xəttlərində, bəzən isə hətta kilsələrin həyətlərində qılmaq məcburiyyətində qalırlar. Beləliklə də müsəlmanların alçalması siyasəti həyata keçirilir. Bunu bütün müsəlmanlar, bütün İslam aləmi görür".


source : www.iqna.ir
  759
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment