Azəri
Tuesday 26th of March 2019
  899
  0
  0

İraqın Bəsrə əyalətinin məsihiləri Aşura günü əzadarlıq mərasimlərində iştirak edəcək

Beynəlxalq şöbə: İraqın Bəsrə əyalətinin məsihiləri miladi tarixinin yeni ili ilə məhərrəm ayının başlanması eyni vaxta düşdüyü üçün İmam Hüseyn (ə) əzadarlıqlarına hörmət əlaməti olaraq miladi yeni il şənliklərini təşkil etməyəcəklər. Onlar cari ilin Aşura günü İmam Hüseyn (ə) əzadarlıq məclislərində iştirak edəcəklər.

İQNA Quran agentliyinin "Nun" saytına istinadən məlumatına əsasən, Bəsrə əyalət şurasının dini azlıqlar komitəsinin sədri Səd Məta Petrios keçirdiyi mətbuat konfransında bildirib ki, Bəsrə məsihiləri qərara alıblar ki, yeni miladi ili və məhərrəm ayının üst-üstə düşməsi və Bağdada "seyiddətulnicat" kilsəsində baş verən faciə ilə əlaqədar oalraq bu il yeni il şənlikləri təşkil etməsinlər.

O əlavə edib ki, Bəsrə məsihiləri həmçinin Aşura günü İmam Hüseyn (ə) əzadarlıq heyətlərinə qoşulacaq və əzadarlıq edəcəklər. "Cari ildə Həzrət MƏsihin (ə) doğum günü bayram şənlikləri yalnız kilsələrin daxilində keçiriləcək və Bəsrənin məsihi ziyalıları əhalini şənliklər təşkil etməməyə çağırıb", -deyə Pterios deyib.

Petrios əlavə edib ki, Bəsrə məsihiləri bu şəhərin müsəlman gəncləri ilə birlikdə İmam Hüseyn (ə) əzadarlıq heyəti təsis ediblər. Bu heyət Bəsrənin "əl-Hüseyn" regionunda "Müqəddəs Məryəm " əzadarlıq heyəti adı ilə təsis olunub. Heyətin təsis olunmasından məqsəd dini tolerantlığı artırmaqdır.

Qeyd edək ki, İraqda baş verən müharibədən sonra bu ölkədə yaşayan məsihilərin əksəriyyəti digər ölkələrə mühacirət ediblər. Belə ki, onların sayı 1.5 milyon nəfərdən 500 min nəfər kimi azalıb.


source : www.iqna.ir
  899
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment