Azəri
Thursday 20th of June 2019
  672
  0
  0

Azərbaycanlı zəvvarların ilk qrupu Bakıya çatıb

Beynəlxalq şöbə: Həcc ziyarətini başa vuran zəvvarların birinci qrupu artıq bu gecə Bakıya qayıdıb. Geri dönən 207 zəvvar yaxınları tərəfindən Heydər Əliyev beynəlxalq hava limanında alqışlarla qarşılanıb.

İQNA Quran agentliyi Azərbaycanın faktxeber saytına istinadən məlumat verir ki, ziyarətdən qayıdan qurupun rəhbəri Hacı Cəlil Şahbazov isə təyyarə reyslərinin gecikməsinə aydınlıq gətirib. Ounu sözlərinə görə, Həccdən qayıdanların sayının həddindən artıq çox olması Ciddə hava limanınıda izdihama səbəb olub ki, bu da reyslərə öz təsirini göstərib: “Ciddə aeroportu böyükdür. Orada izdiham baş verib və ona görə də belə gecikmələrin olması təbiidir. Həm də Mədinə aeropotu təmirə dayanıb, ona görə belə şeylər baş verir”.

Hacı Cəlilin sözlərinə görə, təyyarə ilə qayıdacaq digər zəvvar qruplarının da tezliklə Bakıya qayıtması gözlənilir. “Üç qrup qalıb. O biri qrupların hər birində isə 210 nəfər olmaqla, onlar da bu gün və yaxın üç gün ərzində gələcəklər”.

Qrup rəhbəri onu da əlavə edib ki, gecikmələrin olmasına baxmayaraq təyyarə ilə qayıdacaq zəvvarların noyabırn 25-dək vətənə qayıtması gözlənilir.

Qeyd edək ki, bu ilki Həcc ziyarətində 2000 azərbaycanlı zəvvar iştirak edir. Bu il Azərbaycandan müsəlmanların Həcc ziyarəti üçün ümumilikdə 2000 nəfərlik kvota ayrılıb. Zəvvarların 1200 nəfəri avtobus, 800 nəfəri isə təyyarə ilə Həccə gediblər.


source : www.iqna.ir
  672
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Qəzzəli əlillər sionist İsrail rejimin cinayətlərinə etiraz olaraq aksiya ediblər – Foto
      Dinsizliyin acı nəticələri, Bakıda sifarişli qətl: qadını öldürüb yandırdılar - Foto
      Fransa polisinin vəşiliyi Sarı gödəkçəliləri daha da əzimkarlıqla aksiyaslar keçirməyə ...
      Ölülərin bu dünyada dirilməsi hadisələri necə baş veribdir?
      İmam Xamenei: “ABŞ-ın düşmənçiliyi cavabsız qalmayacaq”
      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)

 
user comment