Azəri
Tuesday 26th of March 2019
  1172
  0
  0

Azərbaycanın İslam Partiyası hicab məsələsi ilə bağli bəyanat yayıb

Beynəlxalq şöbə: Təhsil naziri Misir Mərdanovun məlum açıqlaması ilə bağlı ölkədə kifayət qədər ciddi rezonans doğuran açıqlamalar verilib.Bu gün də eyni tipli açıqlamalar verilməkdədir. Məsələ ilə bağlı Azərbaycan İslam Partiyası da bəyanat yayıb.

İQNA Quran agentliyi FaktXeber saytına istinadən məlumat verir ki, bəyanatda Azərbaycan İslam Partiası (AİP) bildirir ki, “Müsəlman xanımların ənənəvi geyim formaları, o cümlədən hicab onların həm mənəvi , həm də konstitusion haqqları və 95 faizi müsəlman olan azərbaycan xalqı tərəfindən qəbul olunan təqdiredici məsələdir. Bir xalqa, onun övladlarına bu kimi ağlasığmaz qadağa heç bir xoş niyyətə xidmət etmir. Cəmiyyət bunu antibəşəri, ölkədaxili pozuculuq fəaliyyəti kimi qiymətləndirir. Dini azadlıq, tolerantlıq keyfiyyətlərinin mövcud olmasına iddialı olan bir dövlətdə hər hansı bir məmur və ya nazirin anti-İslam, anti-müsəlman addımı və həm də bu addımın minlərlə insanın, vətəndaşın təhsildən, işdən kənarlaşdırılması yolverilməzdir, qanunaziddir".

"Müstəqil bir ölkənin vətəndaşlarına qarşı təhsil qadağası nəinki cəmiyyətin inkişafına, gələcəyinə ağır zərbə, eyni zamanda xalqımızın düşmənlərini sevindirən, onun istəyinə cavab verən addım qədər zərərli cəhd kimi qiymətləndirilməlidir. Bu, həm də islam dünyasına, müsəlman aləminə hörmətsizlik və etinasızlıqdır.”, -deyə AİP-in bəyanatında deyilir

Qeyd edək ki, Ötən gün Azərbaycan təhsil naziri Misir Mərdanov şagirdlərin dərsə hicabda gəlməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib ki, lazım gələrsə, biz məktəbə məktəbli formasında gəlməyən şagirdləri dərsə buraxmayacağıq”. Onun sözlərinə görə, artıq Azərbaycanda məktəbli formasına keçilib: “Ona görə də kimliyindən asılı olmayaraq, bütün məktəblilər dərsə məktəbli formasında gəlməlidir”.

deyerler.org saytının məlumatına əsasən, bu məsələ ilə bağlı Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin xanım fəalları xüsusi toplantı keçiriblər. DEVAMM-ın hicab məsələsi üzrə eksperti Humay Hacıyeva deyib ki, “Bu gün DEVAMM-ın hicab məsləsi üzrə ekspertlərinin və monitorinq qrupu üzvlərinin iştirakı ilə geniş toplantı keçirildi. Orta məktəblərdə hicablı şagirdlərlə bağlı yaranmış vəziyyətin geniş müzakirəsi aparıldı və həmçinin mövcud situasiyanın dəyərləndirilməsi həyata keçirildi, eyni zamanda problemin çözülməsi istiqamətində hüquq-müdafiə, maarifləndirmə formatında atılmalı preventiv addımların istiqaməti müəyyənləşdirildi”.

Qeyd edək ki, 30 nəfərə yaxın ekspertin və monitorinq qrupu üzvlərinin iştirakı ilə keçirilmiş toplantıya DEVAMM sədri Hacı İlqar İbrahimoğlu da qatılıb.


source : www.iqna.ir
  1172
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment